Gündəm

  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"
  • " width="300" height="266" />
    “Azərbaycan Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək” –XİN-dən bəyanat
  • " width="300" height="266" />
    “Rusiya Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə etmək niyyətindədir” –Putinin köməkçisi
  • " width="300" height="266" />
    Bakının bu rayonlarında qanunsuz tikintilərlə bağlı cinayət işi açıldı –SİYAHI

Müsahibə

  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan Mühafizəkarlar Partiyasının sədri:"KOÇARYANIN HƏBSİ RUSİYA PLANINA XİDMƏT EDƏCƏK" - Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

14 Avqust 2018
13 Avqust 2018

Digər Xəbərlər

10 Fevral 2018 - 11:32

TÜRKİYƏ-RUSİYA MÜNASİBƏTLƏRİNİ POZMAQ ÜÇÜN SURİYADA QURULAN TƏLƏLƏR:İŞİD-lə PKK/YPG arasında pul dövriyyəsi üzə çıxıb- TƏHLİL

Batuxan Yaşar

"Türkiye" (Türkiyə), 09.02.2018

 

Qoy heç kim bədxahlıqla əllərini ovuşdurmasın… Afrində əməliyyat planlaşdırıldığı kimi gedir… Uzaqdan şəhərin mərkəzi görünür… Kürdüstan Fəhlə Partiyası (PKK)/“Demokartik Birlik” Partiyası və İŞİD sosial şəbəkələrdə bombardmana başlayıb…

Onlar dəridən-qabıqdan çıxırlar ki, döyüş meydanında durumu manipulyasiya etsinlər… Onlar dedikcə peşəkardırlar… Türkiyə, Rusiya və İranın arasına paz vurmaqdan ötrü hər cür tələlər qururlar… ABŞ və döyüş meydanında tərəfdaşı PYD heç bir fırıldaqdan iyrənmir. Güdülən məqsəd – üç ölkə arasındakı konsensusu dağıtmaqdır… Buna görə də “Rusiya hava məkanını bağlayıb” tezisi sosial şəbəkələrdə fəalcasına şişirdilir…

 

Yalan – “Bunun arxasında Türkiyə durur”

 

Bu prosesin başlanğıcını “Xmeymim” aviabazasına hücum qoyub… Sonra Rusiya təyyarəsi vurulub… Bu hadisələrdən hər birinin arxasında “Türkiyə ilə birgə hərəkət edən Suriya müxalifətinin qüvvələri”nin durduğu haqda təsəvvür formalaşdırmaq üçün cəhdlər edilib… Mifik akkauntlar işə salınıb… Ankaranı barmaqla göstərirdilər… Hücumların Türkiyənin nəzarət etdiyi rayonlardan həyata keçirildiyi haqda yalanlar quraşdırılıb… Rusiya prezidenti Putin ABŞ-a eyham vuraraq deyib: “Xmeymimə hücumun arxasında kimin durduğunu bilirik”…

 

İdlib və Reyhanlıya hücumlar Rusiyanın ayağına yazılıb!

 

Türkiyə bir tərəfdən İdlibdə sülhü qorumaq misssiyasını südrürür… Keçən həftə altıncı müşahidə məntəqəsi yaradılıb. Rusiya bu işin ən tez bir zamanda bitməsini istəyir. Müşahidə məntəqəsində yerləşən Türkiyə qoşunları hücumlara məruz qalır…

Bu arada analoji informasiya yanaşmasından istifadə olunub, ancaq bu dəfə əks qaydada… Reyhanlı raket və minaatanlardan atəşə tutularkən də Rusiyaya işarə ediblər. Sosial şəbəkələrdə bu hücumların arxasında məhz rusların durduqları haqda yalan dolaşıb. Kimsə Suriyada döyüş meydanında Türkiyə-Rusiya əməkdaşlığına aşkarca nöqtə qoymaq istəyir…

 

Rusiya Suriyada yeni radar şəbəkəsi yaradır

 

Ankara və Moskva arasında kanallar açıqdır. Gündə onlarla danışıqlar aparılır, Suriyada da bu cürdür. Döyüş meydanında sıx əməkdaşlıq sürür…

Rusiya, hər şeydən əvvəl, çiyindən buraxılan raketlərdən müdafiə üçün HHM sistemini təzələyir. Rusiya təyyarələrinə nisbətdə təhlükələrin aradan qaldırılması üçün yeni radar şəbəkəsi qurulur. Rusiya yeni sistem vasitəsilə çiyindən buraxılan raketlərin elektron izlənməsini həyata keçirə bilər.

 

Türkiyə SQ və ASO çiyin-çiyinədir

 

Afrində döyüş meydanında hər şey gərəkən şəkildə gedir… Hərbçilərimiz və Azad Suriya Ordusu (ASO) çiyin-çiyinə irəliləməyi davam etdirir. Aralarında müntəzəm əməkdaşlıq var. Onların əlbəyaxa döyüş aparmalı olduğu anlar olur…

 

Səngər qazmağa başlayıblar

 

PKK/Xalq Özünümüdafiə Dəstələri (YPG) Surə və ya Zirədəki kimi (Türkiyənin cənubi-şərq bölgələri-tərc.), Afrinin mərkəzində səngərlər qazmağa başlayıblar. Şəhər şəraitində döyüşə hazırlaşırlar… Kəşfiyyat bütün bunları qeydə alır. Şəhərin mərkəzi haqda Türkiyənin də planları hazırdır. Biz şəhər döyüşlərinin necə olduğunu çox yaxşı bilirik… 2015-ci il Surə, Cizrə, Silopi hadisələrini (PKK üzvlərinə qarşı əməliyyatlar-tərc.) xatırlamaq yetərlidir.

 

Əsir düşən PKK /PYD üzvlərinin ifadələri

 

Güvənlik qurumlarının məlumatına görə, terrorçular qadın və uşaqları güllə altına qoyurlar. Onlar mümkün hər şeyi edirlər ki, dinc əhali arasında qurbanlar mümkün qədər çox olsun.

Budur, əsir düşmüş PKK/YPG döyüşçüsünün ifadəsi: “Onlar uşaqlarımızı əlimizdən alırlar. Mane olmağa çalışarkən öldürmək hədəsi gəlirlər. Uşaqları ən böhranlı obyektlərdə yerləşdirirlər. Hamıdan qabaq isə qızları…”

 

Mülki geyimə bürünüblər

 

Alınan məlumatlara əsasən, PKK/YPG terrorçuları kamuflyajı soyunub sivil libas geyiniblər. Onlar mülki geyimdə toqquşmalara qatılırlar. Kimsə həlak olarkən foroşəkil çəkilir, bu zaman silah kadrdan çıxarılır.

Və belə çıxır ki, “hücum edilir, dinc sakinlər öldürülür”.

Mənbicdən gələn dəstəyi də qeyd etmək lazım gəlir… Terrorçular Afrinə “mülki konvoy” adıyla girmişdilər…

 

Terrorizm laboratoriyası

 

İŞİD və PKK/YPG döyüş meydanında seçilmir. İŞİD Cindərəs bölgəsindən ciddi dəstək verir. Bundan başqa, iki terror qurumu arasında pul dövriyyəsi üzə çıxarılıb. İnsan alveri… Narkotiklər… Bir bölgədən digərinə yer dəyişmək üçün pul alınması… Terrorun bütün növləri… İŞİD və PKK /YPG bölgəni əsil terrorizm laboratoriyasına çevirib. Marksist-leninçi və ultraradikal təşkilatlar əl-ələ hərəkət edir. Türkiyə döyüş meydanında tədricən güc toplayır, durumu diqqətlə izləyir və hər şeyə göz qoyur.

Tərcümə Strateq.az-ındır