Gündəm

  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"
  • " width="300" height="266" />
    “Azərbaycan Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək” –XİN-dən bəyanat
  • " width="300" height="266" />
    “Rusiya Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə etmək niyyətindədir” –Putinin köməkçisi
  • " width="300" height="266" />
    Bakının bu rayonlarında qanunsuz tikintilərlə bağlı cinayət işi açıldı –SİYAHI

Müsahibə

  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan Mühafizəkarlar Partiyasının sədri:"KOÇARYANIN HƏBSİ RUSİYA PLANINA XİDMƏT EDƏCƏK" - Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

14 Avqust 2018
13 Avqust 2018

Digər Xəbərlər

12 Fevral 2018 - 22:50

ERMƏNİ SAYTI AZƏRBAYCANDAKI ERKƏN SEÇKİLƏR HAQDA:“Əliyev Qərb xüsusi xidmətlərinin planlarını pozub” – Təhlil

verelq.am (Ermənistan), 12.02.2018 

 

Prezident İlham Əliyev Azərbaycana xarici hədələri dondurulmuş Qarabağ münaqişəsinin Bakı üçün ən böyük təhlükə görünməyən daha geniş kontekstdə nəzərdən keçirir. Bu haqda Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru Vladimir Lepexin “VERELQ”-lə söhbətində bildirib. O əmindir – Ermənistan üçün əsas təhlükə göründüyü yerdə deyil.

Lepexin qeyd edib ki, bu gün siyasətçi və ekspertlərin çoxu fal açmağa çalışır ki, Azərbaycanda prezident seçkilərinin 2018-ci il oktyabrın 17-dən 11 aprelə keçirilməsi nədən doğub. Və onların bəziləri seşkilərin tarixinin dəyişdirilməsinin əsas səbəbi kimi, Azərbaycanın Qarabağ uğrunda savaşa “hazırlığın başlandığını” göstərirlər. Xüsusən Əliyev hakim partiyanın qurultayında Ermənistanı “sıxmağa” çağırdığı və Qarabağ probleminin həllində güc tətbiqini mümkün saydığı üçün.

Ekspert deyib: “Azərbaycan prezidentinin sözlərinin İrəvanda ağrılı qarşılanması tamamilə təbiidir. Hər halda, Ermənistan-Azərbaycan münasibətləri hətta Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ərəfəsində də yırğalanması gərəkməyən qayıqdır. Bununla yanaşı, ehtimal edirəm ki, bəzi şərhçilərdə yuxarıda sözügedən çıxışa münasibətdə siyasi bəsirət çatışmır. Düşünürəm ki, İlham Əliyev Azərbaycana xarici hədə-qorxuları dondurulmuş Qarabağ münaqişəsinin Bakı üçün ən böyük təhlükə kimi görünmədiyi daha geniş kontekstdə nəzərdən keçirir”.

Onun sözlərinə görə, bu gün Azərbaycanın sərhədlərinə nəzərə alınmaması cinayət olan supertəhlükə – bütün Yaxın Şərqdə nüfuz və hakimiyyət uğrunda dünyanın aparıcı oyunçuları arasında müharibənin ikinci dalğası yaxınlaşır. Görünür, 2011-2017-ci il mərhələsindən daha irimiqyaslı olacaq və artıq ən yaxın zamanda hökmən təkcə Suriya, İraq, Yəmən, Türkiyə və kürdlərə deyil, habelə İran, İsrail və Cənubi Qafqaz ölkələrinə toxunacaq müharibələr.

Lepexin qeyd edib: “Heç kimə sirr deyil ki, Suriya epopeyası ikinci dövrəyə girir və dünyaya təqdim edilən serialın növbəti epizodu əsas oyunçuların dəyişilməsilə bağlıdır. Vaşinqton birinci dövrədə Qətərlə Türkiyəni fırladıb, onların vasitəsilə Suriyada RF-də yasaqalanan İŞİD daxil olmaqla hər cür antiəsəd terrorçu qruplaşmaları dəstəkləyib. Bu gün Amerika hərbçiləri bölgədə iştiraklarını genişləndirirlər. Bu zaman bölgədə nüfuz uğrunda müharibədə artıq Əfqanıstana – Mərkəzi Asiya sərhədlərinin yaxınlığına keçən islamçı radikallara deyil, kürdlərə və isarillilərə bel bağlayırlar. ABŞ kölgədən çıxır və bu, Rusiya və İran hərbçilərilə getdikcə daha irimiqyaslı toqquşmalar vəd edir. Nəticə kimi – indiki istirahət günlərinin iki epizodu: İsrail HHQ-nin mərkəzi Suriyada hökumət qoşunlarının mövqeyinə hücumu və Amerika HHQ-nin Suriyaya və Fərat vadisində Rusiya hərbçilərinə zərbəsi. Güman edirəm ki, bu cür kontekstdə əsas məsələ artan transbölgə müharibəsində Türkiyənin rolu haqda məsələdir”.

AİB İnstitutu direktoru şübhə etmir ki, Dövlət Departamenti Türkiyə rəhbərliyini Suriya lideri Bəşər Əsədə qarşı müharibənin ikinci mərhələsinə başçılıq etməyə vadar etmək üçün hər şeyi edəcək. Və istisna etmir ki, ABŞ Suriyanın şimalında Türkiyə-kürd toqquşmasını məhz ona görə törədib ki, Rəcəb Ərdoğanı yalnız bir çıxış yolu – Vaşinqtonun nəzarətinə qayıtmaq ola biləcək tələyə qovsun.

Lepexinin qeyd etdiyi kimi, Qərbin Azərbaycana münasibətdə də Azərbaycanda prezident seçkilərinin keçirilməsilə sinxronlaşdırılan planı var. Bax, Bakıda buna görə prezident seçkilərini apreldə keçirməyə qərar veriblər.

O, hesab edir – bu qərar respublikada seçki kampaniyasından, birincisi, respublikada durumu sabitsizləşdirmək, ikincisi isə Azərbaycanın Ermənistanla münasibətlərini kəskinləşdirmək üçün faydalanmaq niyyətində olan Qərb xüsusi xidmətlərinin planlarını pozub.

Lepexin deyib: “Azərbaycan rəhbərliyi bu cür durumda sadəcə bu gün olmasa, Türkiyə və Azərbaycan daxil olmaqla sabah bütün Yaxın Şərqi partladacaq həmin hadisələrə hazırlaşmağa nail olmaq, habelə o  cümlədən antierməni ritorikasından istifadə etməklə elektoratı öz ətrafında maksimal şəkildə birləşdirməyə can atır”.

Bu zaman ekspertə aydındır ki, Qərbin Ermənistan haqda da hiyləgər planı (özü də bir deyil) var. Məsələn, “A” planı bundan ibarətdir ki, Türkiyə və ardınca Azərbaycanı da ABŞ-ın qarşısında “əymək” mümkün olarsa, İrəvan “haçapaça” durumda qalacaq: ya Rusiya ilə müttəfiqlikdən imtina edəcək (KTMT-dən çıxacaq, Gümridən Rusiya hərbi bazasını çıxaracaq və s.), ya da ABŞ və NATO Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması cəhdiylə müharibəyə başlamaqda “beynəlxalq xüsusi təyinatlıları” dəstəkləyəcək.

Həmsöhbətimiz xülasə edib: “Bax, buna görə Ermənistan siyasi ekspertlərinin İlham Əliyevin və Azərbaycanın başqa liderlərinin bəyanatlarından yapışması lazım deyil. Uzaga və geniş baxmaq və Allaha təşəkkür etmək lazımdır ki, İrəvanın Yaxın Şərqdəki Böyük müharibənin Qafqaza yaxınlaşmaması üçün Suriyada öz əsgər və zabitlərinin həyatı bahasına hər şeyi edən Rusiya kimi müttəfiqi var”.

Tərcümə Strateq.az-ındır.