Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

06 Mart 2018 - 21:14

KİM ÇEN İNDƏN İLK ADDIM VƏ TARİXİ BƏYANAT…- "Cənublu" rəsmiləri ilk dəfə qəbul edən Şimali Koreya lideri hansı vədləri verdi?

Martın 5-də Şimali Koreya prezidenti Kim Çen İn paytaxt Pxenyanda Cənubi Koreyadan gələn nümayəndə heyəti ilə bir masa arxasında nahar etdi. Son 6 ildə ilk dəfə idi ki, Kim Çen İnlə Seul rəsmiləri arasında birbaşa danışıqlar baş tutdu. Daha dəqiqi, Kim Çen hakimiyyətə gələndən (2011-ci il) bəri Cənubi Koreya yetkililəri ilə heç vaxt üzbəüz görüşməmişdi.

Cənubi Koreya prezidentinin xüsusi nümayəndələri Şimali Koreyaya martın 5-də yollanmışdı. Səfərin əsas məqsədi Pxenyanla Seul, eləcə də Pxenyanla Vaşinqton arasında danışıqlar prosesinin nizama salınması idi. İki gün davam edən səfərin gedişində heyət üzvləri Şimali Koreyanın yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparıblar və Koreya yarımadasında nüvə silahından imtina məsələsini müzakirə ediblər. 

Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə baş müşaviri və Prezident Administrasiyası milli təhlükəsizlik idarəsinin rəisi Çon İy Enin rəhbərlik etdiyi nümayəndə heyətinə Kəşfiyyat Xidmətinin direktoru Su Xun, həmçinin bir sıra rəhbər şəxslər daxil idi. 

 

Cənubi Koreyanın nümayəndə heyəti

CNN hesab edir ki, danışıqlarda Kəşfiyyat Xidmətinin rəhbərinin iştirakı Cənubi Koreya və Şimali Koreyanın prezidentlərin yaxın gələcək üçün görüşünə hazırlıq görməsi anlamına gəlir. 

Nümayəndə heytəi ilə danışıqlar zamanı Kim Çen İn Şimali Koreya və Cənubi Koreyanın aprelin sonlarında birgə sammitinin keçirilməsinə razılıq verib. Və dərhal göstəriş verib ki, Seulun bu təklifi ilə bağlı hazırlıq işləri başladılsın. 

Seulun məlumatına görə, Kim Çen Cənubi Koreyaya qarşı nüvə silahından istifadə etməyəcəyinə, həmçinin ABŞ-la müzakirələr müddətində nüvə və raket sınaqlarını donduracağına söz verib. 

Çon İy En keçirdiyi mətbuat konfransında bildirib ki, Şimali Koreya özünə qarşı hərbi təhdid görməsə və təhlükəsizliynə təminat verilsə, nüvə proqramını işə salmayacaq.

 

Kim Çen Cənubi Koreyanın nümayəndə heyəti ilə naharda

Şimali Koreyanın dövlət informasiya agentliyinin məlumatında isə deyilir ki, Kim Çen İn Cənubi Koreya ilə sıx yaxınlaşma arzusunu dilə gətirib və iki ölkənin birləşməsi ilə bağlı yeni tarix yazmaq istədiyinə dair tarixi bəyanat səsləndirib. Agentliyin xəbərinə görə, Kim Çenin xanımı, həmçinin bacısının da iştirak etdiyi nahar yeməyi olduqca isti atmoferdə keçib. 

Nümayəndə heyəti bu gün Cənubi Koreyaya qayıdan kimi ölkə prezidentini Mun Çje İni görüşlə bağl məlumatlandıracaq. Daha sonra da ABŞ-la Şimali Koreya arasında danışıqlar imkanının müzakirəsi üçün Vaşinqtona yollanacaq. Çon İy En və Su Xunun ABŞ-a səfəri bu həftəyə planlaşdırılıb.

Hələlik Birləşmiş Ştatlar Seulla Pxenyan arasında təmaslarla bağlı təmkinli mövqe nümayiş etdirərək bildirib ki, nüvə silahından imtina etməyənədək Şimali Koreya ilə Vaşinqton arasında birbaşa rəsmi danışıqlar olmayacaq.

Cənubi Koreya prezidenti Şimali Koreyanın yüksək rütbəli rəsmiləri ilə fevralda – Pxençan olimpiadasının açılış və bağlanış mərasimində görüşmüşdü. Həmin vaxt Kim Çen İnin kiçik bacısı Kim E Çen prezident Muna qardaşının (Kim Çen İnin) məktubunu çatdırmışdı. Məktubda prezident Mun Şimali Koreyaya dəvət olunmuşdu.

 

Ekspertlər deyir ki, Kim Çen İnin Cənubi Koreya nümayəndə heyəti ilə danışıqları olduqca vacib məqamdır. Onların fikrincə, Şimali Koreya liderinin məqsədi ABŞ-dan güzəşt qoparmaqdan daha çox, Cənubi Koreyanı Vaşinqton tərəfə baxmadan iki Koreya arasında münasibətləri inkişaf etdirməyə razı salmaqdır.

Koreya yarımadasında gərginlik ilin əvvəllərindən etibarən səngiməyə başladı. 2017-ci ildə Pxenyan bir neçə raketi, həmçinin Alyaska ərazisinə və Quam adasındakı ABŞ aviabazasına qədər gedə biləcək ballistik raketi sınaqdan  keçirdi. Bunun ardınca bütün ABŞ ərazisini əhatə edə bilən qitələrarası ballistik raket sınaqdan keçirildi.  

Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları gücləndirdi. Eyni zamanda ABŞ da bu ölkəyə tətbiq etdiyi sanksiyaları genişləndirdi. ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına 1 fiziki şəxs, 27 şirkət və 28 gəmi əlavə edildi. Bununla yanaşı, Vaşinqton qoyulan məhdudiyyətlərə nə dərəcədə əməl edildiyinə nəzarət etmək üçün Sakit okeanda ABŞ-ın hərbi iştirakını gücləndirməyə qərar verdi. 

Yeni il barışıq addımları il başladı. Kim Çen İn yeni il müraciətində bəyan etdi ki, ölkəsi danışıqlara hazırdır və Olimpiya oyunlarında iştirak etmək istəyir. Yanvarın 9-da tərəflər milli birliyə məsul olan nazirlər səviyyəsində ilk görüşünü keçirdi. Danışıqların nəticəsində iki ölkə son 12 ildə ilk dəfə Olimpia oyunlarının açılış mərasimində bir bayraq altında çıxmağa razılıq verdi. 

 

Martın 3-də Şimali Koreya bəyan etdi ki, Vaşinqtonla danışıqlara hazırdır. Lakin bu şərtlə ki, danışıqlar qarşılıqlı maraqlara cavab verməli, əvvəldən hər hansı şərt qoyulmamalıdır. Xarici İşlər Nazirliyinin bəyanatında o da qeyd olunurdu ki, Şimali Koreya dialoqa hazır olduğu kimi, hərbi müqavimətə də hazırdır. 

Kim Çen yeni il çıxışında onu da bildirmişdi ki, nüvə düyməsi stolunun üzərindədir və Vaşinqton onlarla savaşa başlayarsa, bütün ABŞ ərazisi zərər görəcək.

Olimpiada zamanı ABŞ vitse-prezidenti Mayk Pens Şimali Koreyaya qarşı münasibətdə yeni taktikanı elan etdi. Pens "Washington Post"a müsahibəsində bildirdi ki, Şimali Koreya danışıqlar masasına əyləşmək istəyirsə, Vaşinqton buna hazırdır. 

ABŞ danışıqlara başlamaq üçün Şimali Koreyaya raket-nüvə sınaqlarını dayandırmaq şərti qoymuşdu. Həmin vaxt – dekabrın sonlarında Pxenyan dialoqdan imtina edərək ABŞ-ı Şimali Koreyaya qarşı düşmənçilik siyasəti yürütməkdə ittiham etmişdi. Və bəyan etmişdi ki, Şimali Koreyanın nüvə arsenalı sövdələşmə mövzusu ola bilməz.

Ekspertlərə görə, Şimali Koreyaya ABŞ Maliyyə Nazirliynin sanksiyaları təsir edib. Həmçinin Pxenyan ehtiyat edib ki, Tramp savaşı başladacaq qədər çılğınlıq edə bilər.

Hələlik Şimali Koreya ilə Cənubi Koreya arasında buzlar əriməyə başlayıb. Vaşinqton-Pxenyan münasibətlərində isə gərginlik müəyyən qədər azalıb. Proseslerin sonrakı gedişini, tərəflərin hansı səviyyədə anlaşmaya varacağını isə zaman göstərəcək… 

Strateq.az