Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

07 Mart 2018 - 09:59

QƏTƏR BÖHRANININ SİRRİ ÇÖZÜLÜR –Vaşinqtonun Ərəb Əmirlikləriylə qaranlıq əlaqələrinin araşdırılması daha nələri üzə çıxaracaq? - TƏHLİL

Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

15 iyul çevriliş təşəbbüsü öncəsi FETO-çulara fələstinli agent Məhəmməd Dahlan vasitəsilə pul göndərdiyi və Gülənlə də görüşdüyü məlum olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tramp administrasiyası ilə qurduğu qaranlıq əlaqələr xüsusi prokuror Müller tərəfindən araşdırılır.

İllər öncə Qəzzadan çıxarıldıqdan sonra BƏƏ-yə qaçan və bu dövlətin agenti halına gələn Məhəmməd Dahlanın fəaliyyətlərini 11 noyabr 2017-ci il tarixli “Bölgəmizdə gizli planları kim qurur?” başlıqlı yazımda anlatmışdım. BƏƏ əmirinin müşaviri olan Dahlanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da güclü əlaqəsi vardır. BƏƏ-nin yönləndirdiyi Dahlan, ABŞ, Səudiyyə Ərəbistanı və İsrail əməkdaşlığı ilə həyata keçirilən böyük regional planın Vaşinqtondakı pərdəarxası oyunçularının da adamıdır.

Xüsusi prokuror Müllerin Rusiya ilə əlaqələri araşdırma prosesində şahid kimi dindirdiyi insanların verdiyi ifadələr səbəbilə, o araşdırmanın miqyası başqa ölkələri də içinə alacaq şəkildə inkişaf edir və Tramp administrasiyasının qurduğu bəzi qaranlıq əlaqələr araşdırılır.

Bu qaranlıq əlaqələrin tam da göbəyində Vaşinqtonda Türkiyə əleyhinə fəaliyyətləri ilə tanınan BƏƏ səfirinin olması, onlarla birlikdə işləyən və qaranlıq fəaliyyətləri məlum olan bir özəl təhlükəsizlik məsləhət şirkətinin sahibi Eliot Broidinin (Elliott Broidy) Qətər səfirinə yazdığı məktubun New York Times”a verilən surəti sayəsində ortaya çıxıb.

Hər casusluq hadisəsində olduğu kimi, bu hadisədə də qaranlıq xarakterlərin sayı kifayət qədər çoxdur və hamısının da birdən artıq dərin əlaqəsi olduğu üçün məsələni həmən təhlil etmək asan deyil. Bu üzdən baş verənləri bir-bir yazmağa çalışacam.

 

Qaranlıq və dərin əlaqələr

 

Mənim burada ilk dəfə vəzifə aldığım Klinton administrasiyası dövründən bu yana xüsusilə Suriya ilə ABŞ hakimiyyəti arasında gizli əlaqələri quran Corc Nader (George Nader) adlı Livan əsilli bir amerikalı var. New York Times” da əlaqələr zənciri haqqında yazdığı yazını bu xarakter üzərində qurub.

Bu Corc Nader son illərdə Vaşinqtonda BƏƏ əmirinin müşaviri olaraq işləyir və Ağ evə də tez-tez girib çıxır. BƏƏ-nin hakimiyyətdə əlaqələr satınalma təşəbbüslərinin baş aktyoru Naderdir.

Daha öncə bəhs etdiyim Eliot Broidi, kampaniyalarına pul tapdığı üçün Trampa çox yaxın olan biridir. Nader də Broidi ilə yaxınlaşaraq, onun vasitəsilə Trampla əlaqə qurur. BƏƏ-nin Türkiyə əleyhinə olan fəaliyyətlərini də bu əlaqələri sayəsində administrasiyaya təsirli formada çatdırır.

Eliot Broidi bundan təxminən altı ay öncə Trampla Oval Ofisdə xüsusi bir görüş keçirdi, sonra da bu görüşdə olan söhbəti Naderə anlatdı. Danışılanların yayıldığı anlaşılınca da Qətər səfirliyinin ona qarşı casusluq etdiyini və həmin məlumatları oğurladığını anlatmağa başladı. Qətər səfirliyinə bir məktub (bu məktubun bir surəti məndə də var) da yazıb bu ittihamı irəli sürdü.

Qaranlıq əlaqələr şəbəkəsi beləcə bir-bir ortaya çıxır və araşdırılır. Naderin Qətərə qarşı əməliyyat aparması üçün Trampı Broidi vasitəsilə razı saldığı da bildirilir.

FETO-ya pul yardımı da edən BƏƏ-nin xüsusi prokuror Müller tərəfindən araşdırılmağa başlanması FETO əlaqələrinin araşdırılmasını istəyən və Gülənin verilməsini tələb edən Türkiyə baxımından olduqca önəmli bir hadisədir.

8 martda burada yaradılacaq üç komissiyadan (ABŞ-TC komissiyası – tərc.) biri Gülənin təhvil verilməsilə bağlı olacağından, baş verən bu hadisələrin əhəmiyyəti daha da artır. Bu arada, BƏƏ-nin burada Türkiyə əleyhinə fəaliyyət göstərən bəzi FETO-çu mətbuat qurumlarına pul yardımı etdiyi də unudulmamalıdır.

Dərin əlaqələri aça bilən bəzi qaynaqların dediyinə görə, “Əgər Müller bu kirli əlaqələri də ortaya tökərsə, bu, Gülənin təhvil verilməsi baxımından Türkiyənin əlinə böyük bir kozır verə bilər”.

Ayrıca, bunu da qeyd etməliyəm: Naderin Suriya və İraqda aktiv olan və “Akademiya” adı ilə tanınan özəl təhlükəsizlik şirkəti Blackwater”la da əlaqəsi var. Əgər bir gün bu Blackwater” şirkətinin qaranlıq əlaqələri araşdırılarsa, ortaya Türkiyə baxımından çox önəmli nəticələrin çıxacağı da söylənir.

Tərcümə Strateq.az-ındır