Gündəm

  • " width="300" height="266" />
    İtaliya prezidenti:“Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”
  • " width="300" height="266" />
    ATƏT PREZİDENT SEÇKİSİ İLƏ BAĞLI YEKUN RƏYİNİ AÇIQLADI:“Seçki Məcəlləsi dəyişdirilsin, komissiyaların tərkibinə yenidən baxılsın...”  
  • " width="300" height="266" />
    “ABŞ PREZİDENTİ AVROPANI ALÇALDIR” –İspaniya KİV-ləri Tramp – Putin görüşünü şərh edib
  • " width="300" height="266" />
    Trampdan Rusiya ilə bağlı gözlənilməz açıqlama:"Kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”
  • " width="300" height="266" />
    “TRAMP PUTİNİN AYAĞI ALTINA QIRMIZI XALI SƏRDİ”- Almaniya mətbuatı ABŞ prezidentini "topa tutdu"
  • " width="300" height="266" />
    “Strateji Yol Xəritəsi”ndə mühüm dəyişikliklər –Prezident hansı nazirlik və qurumlara yeni vəzifə verdi? + DETALLAR
  • " width="300" height="266" />
    “Minsk qrupunun statusunda dəyişiklik üçün heç bir səbəb görümürəm” –Amerikalı diplomat
  • " width="300" height="266" />
    Allahşükür Paşazadə Gəncədə bəyanat verdi:"Bu hadisələrdə qonşu dövlətlərin, xüsusən də Ermənistanın əli var"
  • " width="300" height="266" />
    “Gərgin iş gedir…” –Səfir prezident İlham Əliyevin Rusiyaya səfərindən danışdı
  • " width="300" height="266" />
    Ermənistan müdafiə naziri də Paşinyanın yolunu təkrarladı –Oğlunu Qarabağa hərbi xidmətə yola saldı

Müsahibə

  • " width="300" height="266" />
    EKS-SPİKER RƏSUL QULİYEV:"Bu hadisələrin ruslarla heç bir əlaqəsi yoxdur" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTATDAN DAHA BÖYÜK TƏXRİBATLARIN OLA BİLƏCƏYİ HAQDA XƏBƏRDARLIQ:"Özünü quldurbaşı kimi aparanlar hakimiyyətdən qovulmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Ən yaxşı mühəndis”dən enerji böhranı ilə bağlı şok açıqlamalar –"Sistemi cəmi iki saata bərpa etmək mümkün idi..."
  • " width="300" height="266" />
    EKS-PREZİDENT AYAZ MÜTƏLLİBOV DA DANIŞDI:“Daxildən Rusiya ilə yaxınlaşmağımıza qarşı çıxan qüvvələr tapılacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN STRATEQİNDƏN SENSASİON AÇIQLAMA:“Sarkisyan 5 rayonu qaytarmağa hazırlaşırdı...” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əli Məsimli:“Məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır”(MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:"ABŞ-ın Rusiyaya güzəştə getməsi mümkün deyil..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏBÜLFƏZ ELÇİBƏYİN OĞLU:“Mən də ata sevgisi görə bilərdim...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:“Qarşıdakı görüş göstərəcək ki, Ermənistan buna hazırdır, ya yox” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq köməkçisi Gəncədəki sui-qəsddən danışdı:“İdarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

19 İyul 2018
18 İyul 2018

Digər Xəbərlər

09 Mart 2018 - 11:35

Yeni layihə: “Strateq baxışı” –Yeni dünya düzənində Azərbaycan məsələsi-VİDEO

Pənah Hüseyn: “Fırtınalı bir okeandayıq və təəssüf ki, sükan da bizim əlimizdə deyil”

Yasəmən Qaraqoyunlu: “Müxalifət və iqtidar projelərindən asılı olmayaraq, Azərbaycanın maraqlarına nə uyğundursa, mən onu dəstəkləyirəm – Azərbaycan bir Qafqaz yox, Orta Şərq dövlətidir”

 

Sülhəddin Əkbər: “Yeni dünya nizamının yaranması üçün 3-cü dünya müharibəsinə ehtiyac var …və biz bu oyunda oyunçu olmalıyıq”

 

Strateq.az saytı olaraq yeni layihəyə start veririk. Bu aydan etibarən ayda bir dəfə “Strateq baxışı” adı ilə geostrateji, geopolitoloji məsələləri masaya çıxaracaq və müzakirəyə qoyacağıq. İndiki Azərbaycan mətbuatında bizcə buna ciddi  və gerçək ehtiyac var. Azərbaycanı əhatə edən bölgənin, bölgəni əhatə edən qitənin və dünyanın problemləri, gərginləşən siyasi-iqtisadi münasibətlər ölkələr üçün – xüsusilə Azərbaycan üçün, ən azı, daxili siyasət qədər önəmlidir. Əsasən, daxili siyasət və onun problemləri ilə məşğul ikən xarici siyasəti, dərin dünya məsələlərini sanki unutmuşuq. “Strateq baxışı”nda bunları dartışmaya çıxaracağıq.

Təkqütblüdürmü dünya? Yoxsa mümkün olmadı bu? Bəs çoxqütblüdürmü, dünya beləmi olacaq? Ziddiyyətlərlə dolu dünyamızda Azərbaycanın yeri və mövqeyi necə olacaq? Necə olmalıdır? Bunun üçün nələr edilməlidir? Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-İran, Azərbaycan-Gürcüstan, Azərbaycan-Ermənistan, Azərbaycan-Avropa, Azərbaycan-Amerika münasibətləri necə idi, necədir və necə olmalıdır? Azərbaycanın Türk və İslam Dünyasında yeri haradadır və harada olmalıdır? Ziddiyyətləri günbəgün dərinləşən dünyada yolumuzu necə müəyyənləşdirəcəyik? Hara gedirik və hara getməliyik? Avrointeqrasiyamı, yoxsa özünəməxsus lokal inkişafmı? Nə etməliyik?

Bu və ya digər məsələlərə “Strateq baxışı”nda aydınlıq gətirməyə çalışacağıq. Təbii ki, kürəsəl miqyasda problemlər bu qədər az da deyil, çoxdur. Və biz çalışıb bu problemlərin mütəmadi izahını verəcək, müzakirə edəcəyik.

Proqramın daimi qonaqları keçmiş Milli təhlükəsizlik nazirinin 1-ci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, AXC-Müsavat hökumətinin Dövlət Katibi və Baş naziri, Azərbayan Xalq Partiyasının sədri Pənah Hüseyn və “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi”nin prezidenti Yasəmən Qaraqoyunludur. Amma biz mövzuya uyğun olaraq istənilən sahənin ən təcrübəli mütəxəssislərini verilişimizə dəvət etməyi planlaşdırırıq. Burada həm də Oxucularımızın üzərinə iş düşür. Onlar da bizə yardımçı olmalıdır və ümid edirik ki, olacaqlar. Onlar həm də bizim istiqamətimizi müəyyənləşdirəcəklər.

Beləliklə, Yeni Dünya Düzənində Azərbaycanın yeri mövzusunda ilk masamızı sizə təqdim edirik, əziz Oxucular. Qiyməti və dəyəri Siz verəcəksiniz…

 

 

"Strateq baxışı"ndan fotolarda qalanlar:

 

 

Strateq.az