XƏBƏR LENTİ

13 Dekabr 2018

Digər Xəbərlər

10 Mart 2018 - 11:10

Ermənistan daha bir beynəlxalq layihədən çıxdaş olundu:Ukrayna İrana çıxmaq üçün Azərbaycan variantını seçdi – Təhlil

Astara(Azərbaycan)-Astara (İran) dəmiyolunun açılışında sınaq qatarı 

 

Erika Lerner

regnum.ru, 09.03.2018

 

Gözləntilərə baxmayaraq Ukraynanın kənd təsərrüfatı və başqa məhsullarına AB bazarlarına imtiyazlı şərtlərlə azad çıxış verilmədiyi durumda Kiyev yeni bazarlara fəal şəkildə yeni yollar arayır. Alternativ yollar və bazarlar uzaq deyilmiş. Ukrayna İrana hədəflənib, bu ölkəyə taxıl bitkiləri ixrac etmək və günəbaxan yağının ixracını gücləndirmək istəyir. Cavabında İran qazı, neft, bitum tədarükünə ümid bağlayır.

Ukrayna Tehranla Kiyev arasındakı 2016-cı il anlaşmasına əsasən, Fars körfəzi-Qara dəniz nəqliyyat marşrutuna qoşulmalıdır. “Ukrzaliznıtsya” dövlət şirkəti İranda min km-lik dəmiryolu çəkmək təklifi alıb. Lakin məsələ yekun sazişi bağlamaq dərəcəsinə çatmayıb. Bu arada Ermənistanda bu marşrutun bir hissəsi artıq gerçəkləşdirilir. 550 km uzunluğunda yol İranı Ermənistan ərazisi üzərindən Gürcüstanın Poti və Batumi limanlarıyla birləşdirəcək. Əlbəttə, tranzit potensialı tam istifadə olunmayan Ermənistana yeni beynəlxalq layihələrə bağlanmaq sərfəlidir. Lakin İranla tarixi və coğrafı baxımdan əməkdaşlığın artıq öz dayanıqlı ənənələri varsa da, yeni oyunçuya bələd olmaq, onu öyrənmək lazım gəlir.

Bunun üçün iqtisadiyyat sahəsində Ukrayna qanunvericliyinin naqisliyi haqda dəfələrlə siqnal verən İran diplomatlarının ifadələrilə tanış olmaq yetər ki, bu da Ukraynaya yatırım artımını əsaslı şəkildə ləngidir, əksərən isə biznesi də hürküdür. Məsələn, ikitərəfli münasibətlərin daha fəal inkişaf mərhələsi dövründə birdən Ukraynanın “Enerqobank”-ında səfirliyin hesablarındakı 140 min avroluq məbləğ təcrid olunub. Bu, İranın diplomatik təmsilçiliyi işçilərinin maaşları idi. Lakin Ukrayna rəhbərliyi durumu düzəltmək üçün heç bir addım atmayıb, amma yeni layihələrlə bağlı danışıqları inadla sürdürüb. Habelə, ən azı, İranın 1 milyon ton qarğıdalı almaq təklifini iki il cavablandırmayan Ukrayna şirkətlərinin davranışı qəribədir. Görünür, İran şirkətlərinin gözləməyə səbri çatmayıb, lakin ehtiyac üzündən Odessa vilayətində dənli bitkilər becərmək üçün 1200 ha kənd təsərrüfatı yeri icarəyə götürüb.

Yeri gəlmişkən, Ukrayna rəhbərliyi bu yaxınlarda Ermənistanda qonaq olub, o cümlədən Ermənistanın tranzit imkanları və bundan Ukraynanın xeyrinə faydalanmaq müzakirə olunub. Ermənistan tranziti məsələsini məhz İranla əməkdaşlığın intensivləşdirilməsi kontekstində nəzərdən keçirmək lazım gəlir.

Başqa yandan, unutmağına dəyməz ki, Ukraynanın Azərbaycanla – Ukrayna məhsulunu İrana çıxara biləsi ölkəylə müttəfiqlik münasibətləri var. İndiki anda Rəşt-Astara dəmiryolu inşasının başa çatması üzrə işlər gedir.

Ukrayna hazırda bütün imkanları yoxlayır, lakin hər şeyə əsasən, Ermənistan tranziti onun üçün o qədər də cazibədar deyil. Yoxsa bu faktı nəylə izah etmək olar ki, artıq bu il Tehranda beş ölkə – İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa nəqliyyat əməkdaşlığı sahəsində saziş imzalayacaq. Kiyev iki ölkə arasında Ukrayna-İran nəqliyyat əlaqəsinin effektivliyini və rentabelliyini yüksəltmək imkanı kimi bu sazişə böyük ümidlər bəsləyir.

Təəssüf ki, çözülməmiş münaqişəyə baxmayaraq Ermənistan və Azərbaycanın (Qarabağ qarşıdurması tərəflərinin) iqtisadi sahədə əməkdaşlıq etmək bacarıqsızlığı və istəksizliyi Ermənistan tərəfinin böyük bölgəsəl layihələrdən çıxdaş edilməsinə səbəb olur. Bundan savayı, unutmağına dəyməz ki, yuxarıda sadalanan ölkələrdən üçü hələ də fəaliyyətdə olan qurumun – GUAM-ın tərkibinə daxildir. Buna görə də Ermənistanın Ukrayna-İran canlanmasından faydalanmaq şansları azdır.

Amma yaddan çıxarmağına dəyməz ki, Ukrayna qanunvericiliyinin naqisliyi, zəmanətlərin olmaması və Ukrayna hökumətinin qorxaqlığı və ciddi məsələlərin həlli üçün vaxtında müdaxilə istəksizliyi hətta qarşısında maneələr yaranan ən böyük layihələri də poza bilər.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə