Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

13 Mart 2018 - 18:05

İran qəzeti Ukrayna böhranından yazdı:"Kiyev Avropa və Avrasiyaya inteqrasiya ideyaları arasında var-gəl edir" - TƏHLİL

Məhəmməd Rza Səttari

“Ebtekar” (İran)

 

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya tətbiqini əlavə altı ay müddətinə uzadıb. 2014-cü ildə Ukrayna böhranından sonra Rusiya əleyhinə sanksiyalara 38 şirkət və 150 nəfər rus daxil edilib. Aİ-nin bəyanatında bununla bağlı deyilir ki, Moskva Ukrayna böhranının həlli naminə heç bir müsbət addım atmayıb və energetika, bank sahələrində Ukraynanın ərazi bütövlüyünə təhlükə törədən tədbirlər görüb. Buna görə də, Rusiyanın maliyyə, hərbi sahələri və müdafiə sənayesi Avropa İttifaqı və ABŞ-ın sanksiyalarına məruz qalacaq.

Bununla yanaşı, martın 11-də NATO da, ərizəçi ölkələrdən biri kimi, Ukraynada öz mövqeyini gücləndirməklə, onun Alyansa daxil olmasını təşviq edir.

Digər tərəfdən, bu həftənin başlanğıcından Avropa Komissiyası irimiqyaslı maliyyə yardımı çərçivəsində dördüncü dəfə Ukraynaya yeni bir milyard dollarlıq yardım proqramını təsdiqləyib.

Bu yardımçı paketlərin məqsədi – iqtisadiyyatın sabitləşdirilməsinə və Ukraynada struktur islahatlarının həyata keçirilməsinə dəstəkdir. Bununla, Ukrayna vətəndaşlarının Avropaya vizasız səyahəti və ilkin şərtlərlə Avropa İttifaqına daxil olmaya imtinanın üstü örtülür.

 

Krım – Rusiya ilə ABŞ arasında qarşıdurmanın ciddi sahəsi

 

2014-cü ildə Moskva ilə Kiyev arasındakı ixtilaf və rusiyapərəst Yanukoviç hökumətinin iflasından sonra Ukrayna böhranı Rusiya və Qərb arasında qarşıdurma üçün münbit zəmin yaradıb. Təxminən dörd il əvvəl parlamentdə çıxış edən Vladimir Putin Krımın rəsmi ilhaqını Rusiyaya məxsus yarımada ilə bağlı Sovet İttifaqı dövründə baş vermiş tarixi ədalətsizliyin düzəlişi kimi səciyyələndirib.

Bu hərəkət Rusiyada milli qürurun rəmzi olaraq qarşılandığı halda, ABŞ və Avropa bunu Ukraynanın ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi tanıyıb və dərhal Moskvaya qarşı kütləvi sanksiyalar tətbiq edib.

Ukrayna elitasının qınağına əlavə, bu məsələ beynəlxalq birlik tərəfindən etirazla qarşılanıb və müstəqil dövlətin ərazisinin bir hissəsinin işğalı kimi dəyərləndirilib.

Seyyid Cəlal Dehqan Firuzabadi qeyd edir ki, yeni dövrdə Rusiyanın xarici siyasətinin əsas məqsədi ölkənin fövqəlgüc kimi beynəlxalq statusunu canlandırmadır: “Buna görə də, Rusiya niyyətinə nail olmaq üçün öz nüvə potensialını qoruyub saxlamalı, qlobal təsirini sərgiləməkdən ötrü, Baltikyanı region istisna olmaqla, post-sovet məkanındakı hökmranlığını bərpa etməlidir. Bu mənada, ABŞ və Aİ Rusiyaya əsas təhdid kimi görülür. Onların ənənəvi olaraq Moskvanın maraq və nüfuz dairəsi hesab olunan bölgələrdə Rusiyanı zəiflətmək, daha sonra təcrid etməyə səy göstərdiyi düşünülür”.

Buna görə də, Rusiya NATO-nu potensial bir təhlükə sayır və Vladimir Putin hesab edir ki, NATO-nun Rusiya sərhədləri boyunca güclü hərbi blok olaraq ortaya çıxması Rusiyanın milli maraqları üçün birbaşa təhdiddir.

Həmin əsnada ən ciddi sosial-siyasi təzahür kimi Ukrayna böhranının yaranması təkcə bu ölkə ilə Rusiya arasında münasibətlərdə deyil, ABŞ və Avropanın birbaşa iştirakı ilə, beynəlxalq miqyaslı münaqişəyə çevrilib.

Böhranın struktur amillərində kök salmasının bir səbəbi, Ukraynanın tarixi qopmasıtək, ölkənin şərq və qərb hissəsi arasında disproporsiya və ziddiyyətdir. Üstəlik, insanlar arasında açıq görünən Şərq-Qərb rəğbət/ikrah meylləri var. Buna görə də, Ukrayna Avropa və Avrasiyaya inteqrasiya ideyaları arasında var-gəl edir.

Bu amillər Yanukoviçin rusiyapərəst hökumətinin iflası ilə birləşərək, Moskvanı Ukraynada ya öz geostrateji niyyətlərini müdafiə etmək, yaxud maraqlar ziddiyyətində geri çəkilmək seçimi qarşısında qoyub və o, birinci yolu seçib.

Bu baxımdan, Vladimir Putinin, Rusiyanın prezident seçkiləri üçün hazırlanan sənədli filmdə Krımın hansı şərtlərlə geri qaytarılacağına dair suala cavabı maraq doğurur. O, açıq-aşkar deyib: "Məgər biz ağlımızı itirmişik?! Bu, heç vaxt olmayacaq!”

 

Əməkdaşlıq və davamlı rəqabət

 

Analitiklərin fikrincə, xüsusilə Moskva və Vaşinqton arasında münasibətlər səviyyəsində, Rusiya və Qərb arasında artan problemlərin təkamülünə baxmayaraq, Rusiya Amerika və ya Avropa ilə qarşıdurmaya girmədən yaxın illərdə Yaxın Şərq və Şərqi Avropada öz təsir dairəsini genişləndirməyə davam edəcək.

Rusiya ziddiyyətli siyasəti ilə, Qərbə müqavimət göstərəcək və gözlənildiyi kimi, o cümlədən Birləşmiş Ştatlarla qarşıdurmada olacaq.

Beynəlxalq məsələlər üzrə ekspert Həsən Behiştipurun sözlərinə görə, Kreml, şübhəsiz, Soyuq müharibə dövrünü canlandırmaq istəyir: “Sovet İttifaqı-ABŞ yarışı bütünlüklə ideoloji idi, amma hazırda mənfəət bölgüsü və öz təsir dairəsini genişləndirmək uğrunda rəqabət gedir. Belə bir vəziyyətdə iki ölkə bir-biri ilə nisbi əməkdaşlıq edir və ciddi rəqabət sahələrində mübarizə aparır. Məsələn, Krım – Rusiya və Qərbin bir-biri ilə toqquşduğu sahədir və bu trend hələ uzun illər mövcud olacaq”.

 

Tərcümə: Strateq.az