Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

13 Mart 2018 - 19:01

KRIMIN QAYTARILMASI, MERKELDƏN GƏLƏN PAY, TƏYYARƏNİ VURMAQ ƏMRİ…- Putinlə bağlı yeni sənədli filmdə nələr var? (VİDEO)

Jurnalist Andrey Kondraşovun Rusiya prezidenti Vladimir Putindən bəhs edən filmi iki gün ərzində milyonlarla izləyici toplayıb. Bundan əvvəl "Krım. Vətənə gedən yol" filminə müəlliflik edən Kondraşov Putinin seçki qərargahının mətbuat katibidir. Onun yeni filmində Putin uşaqlıq və gənclik illərinin dostlarından, KQB-dəki fəaliyyətindən və ailəsindən danışır, bəzi etiraflar edir. Ayrı-ayrı vaxtlarda, müxtəlif yerlərdə verilən müsahibələrdə Putin həyatı ilə bağlı bəzi incəliklərə toxunur, ona təsiri olan insanlardan, özünün və Rusiyanın taleyindəki qırılma nöqtələrindən bəhs edir. Filmdə Rusiyanın yüksək vəzifəli məmurlarının, həmçinin sadə insanların fikirlərinə də yer verilib.

"Mən həddən artıq çox şeyi xatırlayıram və bu, həmişə mənimlə olacaq" deyən Putin bağışlamağı bacardığını, lakin xəyanətin əfvi olmadığını bildirir. Krımın geri qaytarılması ilə bağlı sualı "Siz ağlınızı itirmisiz?", – deyə cavablandırır və Soçi olimpiadası zamanı yaşanan və bu vaxta qədər açıqlanmayan həyəcanlı anlardan danışır.

 

Rusiya prezidenti elə ilk kadrdan Qərbin ölkəsinə qarşı münasibətindən gileylənir. Deyir ki, Sovet İttifaqı dağılandan sonra Qərb Rusiyaya yerini göstərməyə çalışır: "Bizimsə bu yer xoşumuza gəlmir. Məsələnin bu şəkildə qoyuluşu ilə qətiyyən razı deyilik. Bunu ultimatumla yox, yalnız dialoqun köməyi ilə həll etmək olar".   

Putin xatırlayır ki, 90-cı illərdə Rusiya Yuqoslaviya ssenarisi üzrə çöküşün bir addımlığında idi və nəticələr Çeçenistandakı savaşdan daha fəlakətli ola bilərdi.  

Putindən siyasətçi kimi 1994-cü ildə danışmağa başlayıblar. Avropa Birliyinin prezidenti Lennart Meri seminarda rus işğalından danışarkən Putin nümayişkaranə şəkildə tədbirin keçirildiyi zalı tərk etmiş, qapını da möhkəm vurub çıxmışdı. Həmin an zala səssizlik çökmüş məşhur «Who is mister Putin?»  (Cənab Putin kimdir?) ifadəsi ilk dəfə orada səslənmişdi.

Putin əmindir ki, Lennart Merinin Rusiyanın ünvanına səsləndirdiyi fikir yolverilməz idi.

 

Soçi olimpiadasının açılış mərasimi

Putin üzərindən xeyli vaxt keçəndən sonra Kondraşova Soçi olimpiadasında baş verən insidentdən də danışıb. Məlum olur ki, olimpiadanın açılış mərasimində xüsusi xidmət orqanları Putinə Türkiyəyə məxsus təyyarənin ələ keçirildiyi və göyərtədəki bin nəfərin Soçiyə uçmaq əmri verdiyi barədə məlumat veriblər. Həmin an Rusiya qırıcıları havaya yüksələrək hazır vəziyyətə gətirilib. Putin göstəriş verib ki, təhlükə olarsa, təyyarə vurulsun. Rusiya prezidenti hesab edir ki, göyərtədə 100 sərnişin olsa da, stadionda 40 min insan var idi və onların həyatı təhlükəyə girə bilərdi. İnsidentə sərxoş bir sərnişinin səbəb olduğu müəyyən ediləndən sonra Rusiya tərəfindən hər hansı müdaxiləyə ehtiyac qalmayıb.  

Putin filmdə valideynlərinin keçdiyi çətin günlərdən, savaşda iştirak edib yaralanan atasından, rus xalqının almanlarla barışmasının zərurətindən də danışıb: "Zaman bütün yaraları sağaldır.  Əlbəttə, biz hamımız keçmişdən nəticə çıxarmalı, gələcəkdə buna bənzər hallara yol verməməliyik. Tarixin təmizliyinə çox diqqətlə yanaşmalıyıq. Nəyinsə çıxarılmasına və ya nəyinsə dəyişdirilməsinə imkan verməməliyik".

Almaniya ilə mürəkkəb siyasi münasibətlərə baxmayaraq, Putin hazırkı kansler Angela Merkelin ona hərdən bir neçə şüşə pivə pay göndərdiyini də etiraf edib.  

Qızlarından danışan Putin onların olduqca zəhmətkeş olduğunu bildirib: "Çox çalışırlar, çox zəhmət çəkirlər. Onların əməyə münasibətindən çox razıyam". Dediyinə görə, qızları ilə Rusiyanın gələcəyini də müzakirə edir, ölkəni daha yaxşı etməyin yolları barədə onlarla fikir mübadiləsi aparır.

Putin xüsusi xidmət orqanlarında işləməyə necə qərar verməsindən də danışıb: "Bir və ya iki insanın döyüşlərin gedişinə, minlərlə insanın taleyinə təsir edə bilməsi mənə həmişə cəlbedici gəlib. Vətənə xidmət məni həmişə ruhlandırıb, indi də ruhlandırır".

Strateq.az