Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

13 Mart 2018 - 20:56

TRAMP TİLLERSONU NİYƏ YOLA SALDI?- ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo kimdir?

Donald Tramp ABŞ dövlət katibi Reks Tillersonu istefaya göndərdi və onun yerinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu gətirəcəyini açıqladı. Tillerosonun yola salınacağı uzun müddətdən bəri müzakirə olunsa da, həm Tramp, həm də dövlət katibi fürsət düşdükcə bunu inkar edirdi. Nəhayət, sərəncam verildi və Tillerson 13 aydır tutduğu postu tərk etməli oldu. 

Tramp istefa barədə qərarı özünün "Tvitter" hesabından açıqladı. Və bildirdi ki, xidmətlərinə görə Tillersona təşəkkür edir: "Mayk Pompeo – Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bizim yeni dövlət katibimiz olacaq. O bu işin öhdəsindən mükəmməl şəkildə gələcək. Reks Tilllersona isə xidmətlərinə görə təşəkkür edirəm".  

"Dövlət Departamentindən bildiriblər ki, Trampın istefa qərarı ilə bağlı Tillersonla şəxsi söhbəti olmayıb. Və istefa barədə tvit Tillerson üçün qəfil xəbər olub", – deyə "Bloomberg" yazır. 

 

Tramp nədən narazı qalıb?

 

Tillerson, Pompeo

İstefa ilə bağlı sensasion bəyanatdan sonra Tramp jurnalistlərə bildirib ki, Tillersonla pis yola getmirdilər. Lakin bir neçə məsələ ilə bağlı razılığa gələ bilməmişdilər: "Mən İranla sazişin dəhşətli dərəcə pis olduğunu hesab edirdim. O isə normal sayırdı. Mən bu sazişi ləğv etmək və ya dəyişmək istəyirdim, o isə fərqli düşünürdü". 

"Tvitter"dəki açıqlamasından bir neçə dəqiqə sonra Tramp rəsmi bəyanat yayaraq ABŞ-ın əsas diplomatik postuna niyə Mayk Pompeonu gətirdiyinə aydınlıq gətirib. O bildirib ki, Pompeo Vest-Poynt hərbi akademiyasını və Harvard hüquq məktəbini fərqlənmə ilə bitirib. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postunda kəşfiyyat fəaliyyətini gücləndirib və ABŞ-ın müdafiə qabiliyyətini yüksəldib. 

Tramp senatorlardan xahiş edib ki, Pompeonu ən qısa zamanda dövlət katibi postunda təsdiqləsinlər: "Silahlı qüvvələrdəki və Mərkəzi Kəşfiyyat İdarəsindəki təcrübəsi onu bu rola çox yaxşı hazırlayıb. Pompeo dövlət katibi postunda ABŞ-ın dünyadakı mövqelərini möhkəmləndirməyə, düşmənlərimizə müqavimət göstərməyə davam edəcək".

ABŞ mətbuatı zaman-zaman Trampla Tillerson arasındakı fikir ayrılıqları barədə yazsa da, dövlət katibi əmin etməyə çalışırdı ki, prezidentlə əlaqələri normaldır. Ötən ilin noyabrından Tillersonun gedəcəyi ilə bağlı xəbərlər instensivləşməyə başladı. Hətta mətbuat yazırdı ki, Tillerson Trampa "ağılsız" deyib. 

Noyabrın sonlarında "Assoşieyted press" ABŞ administrasiyasındakı mənbəyə istinadən yazmışdı ki, Ağ Evdə Tillersonun Pompeo ilə əvəzlənəcəyinə dair söhbətlər gəzir. Bu xəbəri "New York Times" və "Vanity Fair"in mənbələri də təsdiqləmişdi. 

Mətbuat onu da yazırdı ki, Tillersonla Tramp arasında Şimali Koreyanın raket sınaqları, İranın nüvə proqramına dair ciddi fikir ayrılıqları olur. Mövqelərdəki ilk belə ziddiyyət isə iqlim üzrə Paris sazişi ilə bağlı ortaya çıxmışdı.  

Reks Tillerson diplomat deyildi. O, 42 il dünyanın ən nəhəng neft şirkətlərindən olan "Exxon Mobil"də işləmişdi. Rusiya prezidenti ilə yaxın münasibətləri olan Tillerson Rusiyada "Dostluq" medalı ilə təltif olunmuşdu. 

 

Mayk Pompeo kimdir?

 

Mayk Pompeo

Mayk Pompeo 2017-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər təyin olunana qədər ABŞ konqresində Kanzas ştatını təmsil edirdi. 2016-cı ilin prezident seçkilərində əvvəlcə namizədlərdən Marko Rubionu dəstəkləmiş, sonradan Trampa üstünlük vermişdi.   

55 yaşlı Pompeo 1963-cü il dekabrın 30-da Kaliforniyada anadan olub. Vest-Poynt hərbi akademiyasında təhsil alıb və dövrünün ən yaxşı məzunu olub. 1986-1991-ci illərdə hərbi xidmətdə olub. Sonra hüquq üzrə elmi dərəcə alaraq "Williams & Connolly" şirkətində vəkil kimi fəaliyyətə başlayıb. Zamanla özünün "Thayer Aerospace and Private Security" şirkətini yaradıb. 2006-cı ildə şirkətdəki hissələrini sataraq neft emal edən avadanlıqların istehsalı ilə məşğul olan şirkətin prezidenti olub. 2011-ci ilin yanvarından Nümayəndələr Palatasında kəşfiyyat komitəsinin üzvü olub.

– Rusiyaya qarşı sərt və prinsipial mövqeyi ilə tanınır.

– Mühafizəkar "Tea Party"nin tərəfdarlarından olan Pompeo eyni zamanda keçmiş prezident Barak Obmanın siyasətinə, xüsusən də onun səhiyyə sahəsindəki islahatlarına qarşı çıxanlardandır.

– O, həm də Obama hökumətinin İranla bağladığı nüvə sazişinin qatı əleyhdarlarındandır.

– Milli Silah Assosiasiyasının üzvü olan Pompeo amerikalıların odlu silah daşıması hüququnun qorunmasına tərəfdardır.

– ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin izləmə proqramını dəstəkləyən Pompeo bu xidmətin işini vacib və əhəmiyyətli sayır. Və Edvard Snoudenin (Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı) Rusiyadan ABŞ-a təhvil verilməli olduğunu bildirir. Snoudenin ABŞ məhkəməsi qarşısına çıxarılmalı olduğunu deyən Pompeo hesab edir ki, ona ölüm hökmü verilməlidir. 

– Pompeo Quantanamo həbsxanasının qapadılmasına qarşı çıxır.

– Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsini mümkün sayan Pompeo hesab edir ki, Birləşmiş Ştatlar  hakerlərin hücumuna sərt şəkildə cavab verməlidir. 

– Rusiyanı aqressivlikdə və İŞİD-ə qarşı fəaliyyətsizlikdə ittiham edən Pompeo rusları və çinliləri kiberməkanda hiyləgər düşmən kimi xarakterizə edir.  

Qeyd edək ki, Tramp prezident seçiləndən bəri komandasında yüksək vəzifə tutan bir neçə məmuru işdən azad edib. "Qara siyahıya" düşənlər arasında Ağ Evin baş strateqi Stiv Bennon, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flin, Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi kimi nüfuzlu simalar, hətta Ağ Evin mətbuat katibi Şon Spayser də var. Lakin böyük ehtimalla, Tillersonun istefası bu siyahıda ən yaddaqalanı olacaq…

Strateq.az