Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

10 Aprel 2018 - 22:21

MEDVEDEVLƏ BAĞLI SÜRPRİZ QƏRAR?- Kremldə təkbətək görüş: baş nazir postu kimə həvalə olunacaq?

Rusiya prezidenti Vladimir Putin aprelin 11-də baş nazir Dmitri Medvedevlə görüşəcək. Görüş hökumətin Dövlət Dumasında illik hesabatı ilə bağlı olsa da, yerli mətbuat ikilini bir araya gətirən səbəbin təkcə bu olmadığını yazır. Putinin mətbuat katibi Dmitri Peskov isə bu ehtimalları şərh etməyərək görüşün yalnız Dumadakı hesabatla bağlı olduğunu bildirir.

Məsələ burasındadır ki, yeni müddətdə prezident seçilən Vladimir Putinin mayın 7-də inauqurasyia mərasimi keçiriləcək. Qanuna görə, həmin tarixdən iki həftə gec olmamaqla prezident ölkənin yeni baş nazirini təyin etməli, bu təyinat üçün də Dövlət Dumasının razılığını almalıdır.

Baş nazir təyinatından sonra prezidentə hökumətin yeni tərkibi və strukturu təqdim olunmalıdır. Əsas məsələ də bu tərkib və strukturla bağlı Putinə kimin hesabat verəcəyidir.

Bir çox ekspertlər Medvedevin öz postunu qoruyub saxlayacağını düşünür: “Ola bilsin, o, güclü baş nazir deyil. Hətta Rusiya tarixindəki ən zəif hökumət başçısıdır. Lakin Putin üçün ən vacibi bu deyil. Putinin ətrafı ilə bağlı əsas gözləntisi peşəkarlıq yox, sədaqətdir. Xəyanət Putinin heç kimə bağışlamayacağı səhvdir”.

Jurnalist Andrey Kondraşovun Putindən bəhs edən və bu yaxınlarda ictimaiyyətə təqdim edilən yeni filmində də Rusiya prezidenti bağışlamağı bacardığını, lakin xəyanətin əfvi olmadığını bildirmişdi.

Ekspertlər deyir ki, bu mənada Medvedev Putinin sınağından yaxşı çıxıb. 2008-ci ildə prezident postuna sahib olanda ikinci müddətdən imtina edib. Baxmayaraq ki, öz prezidentlik müddətini uzada da bilərdi:“Putini baş nazir postundan uzaqlaşdırar, onu inzibati resurslardan məhrum edərdi. Medvedev buna getmədi. Hakimiyyətin narkotik olduğu deyilir. Prezidentlik isə hakimiyyətin ən yüksək pilləsidir. Medvedev özündə güc tapıb bu narkotikin asılılığından qurtula bildi. Aydın məsələdir ki, Rusiyada baş nazir postu əsasən texniki vəzifədir. Ölkədə həlledici qərarları Nazirlər Kabinetinin başçısı yox, Kremlin sahibi qəbul edir. Amma fakt odur ki, Medvedev iki rəhbər şəxs arasında birinci olmaqdan imtina etdi. Halbuki birinci ola bilərdi. Putin belə xoşməramlı davranışı qiymətləndirməyə bilməz”.

Bütün bunlar Medvedevin öz postunu qoruyacağı deməkdirmi? Ekspertlərə görə, bu variant istisna olunmur, amma hələ ki fakt deyil. Bir çoxları Ziyavudin və Məhəmməd Məhəmmədov qardaşlarının həbsindən sonra Medvedevin şanslarının bir qədər azaldığını düşünür. Milyarder qardaşlar Medvedevə yaxın biznes çevrəsi ilə sıx bağlı idilər.

Məlumatlı mənbələrdən biri yerli mətbuata açıqlamasından bildirib ki, Məhəmmədov qardaşlarının həbsinə qədər Medvedev baş nazir postuna əsas namizəd hesab olunurdu. İndi isə o namizədlərdən sadəcə biridir.

Müşahidəçilərin fikrincə, hökumətin parlamentdə hesabatı ərəfəsində Putin Medvedevlə görüşdən imtina etsəydi, bu, prezidentin baş nazirin aqibətini müəyyən etməyi deputatların öhdəsinə buraxması kimi, simvolik jest olardı. Lakin məsələ ondadır ki, Putin hətta Medvedevi uzaqlaşdırmaq və onun yerinə Kudrini, Qolikovu və ya Manturovu gətirmək istəyirsə belə, onu Dumanın ixtiyarına buraxmaz. Çünki bu halda Medvedevin Dumanın təzyiqi ilə istefaya göndərildiyi qənaəti yaranar. Putin isə heç vaxt təzyiqlə hərəkət etmir.

Məsələn, rusiyalı müxalifətçi Aleksey Navalnının Dmitri Medvedevlə bağlı ifşaedici araşdırmasından sonra Rusiyada etirazlar baş qaldırmış, ölkənin demək olar ki, bütün bölgələrində korrupsiya əleyhinə mitinqlər keçirilmişdi. Araşdırmadan məlum olmuşdu ki, Rusiya hökumət başçısı ölkənin həm daxilində, həm də xaricdə nəhəng torpaq sahələrinə, bahalı yaxtalara, qədimi mülklərə, aqrokomlekslərə, üzümçülük sahələrinə, bağ evlərinə, saysız-hesabsız əmlaka sahibdir.

Bununla belə, Putin Medvedevlə bağlı hər hansı bir tədbirə əl atmadı. Əksinə, bu yaxınlarda hakim partiyanın təşəbbüsü ilə Dumaya bu tip araşdırmaların önünü kəsən qanun layihəsi təqdim olundu.

Məhkəmə icraçılarının fəaliyyətini tənzimləyən qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan sənəd hökumətin internet-resursları bloklamaq imkanlarını genişləndirir. Layihə Dumadan keçərsə, məhkəmə icraçılarına internet-resursları bloklamaq səlahiyyəti veriləcək. Məhkəmə bu resurslarda yayılan hansısa məlumatın vətəndaşın şərəf-ləyaqətini alçaltdığını, hüquqi şəxsin işgüzar nüfuzuna zərbə vurduğunu müəyyən etsə və qarşı tərəf də mübahisəyə səbəb olan materialı 5 gün ərzində silməsə, icraçılar dərhal bloklanmanı həyata keçirəcəklər.

Ekspertlər hökumətin Duma qarşısında hesabatının uğurlu keçəcəyini deyirlər: “Ola bilsin ki, Jirinovski və Zyuqanov hesabatı tənqid edəcək, amma bu heç nəyi dəyişməyəcək”.

Müavinləri ilə görüşdə Dmitri Medvedev bəyan edib ki, bu dəfə bir yox, bir neçə ilin hesabatını verəcəklər: “Müasir Rusiya tarixində ən uzunömürlü hökumət olmuşuq. Ona görə də, bir ilin yox, bütün fəaliyyət dövrümüzün hesabatının verilməsi doğru olar. Deputatlara və vətəndaşlarımıza bu illər ərzində qəbul etdiyimiz qərarları və onların nəticələrini, səmərəsini ətraflı izah etməliyik”.

Bu çıxışa istinad edən bəzi ekspertlər hesab edirlər ki, Medvedev məlum fikirləri ilə yaxşı tərəfdən yadda qalmaq, ictimai rəyə təsir etmək istəyir ki, bunu da əsasən vidalaşan siyasətçilər edir. Təbii ki, bu sadəcə bir ehtimaldır və Medvedevin postunu tərk edib-etməyəcəyi ən qısa zamanda məlum olacaq…

Strateq.az