Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın sabiq prezidenti Sabit Bağırov:“Heydər Əliyevə təcili məktub yazdım, o da kontraktı ləğv elədi” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018

Digər Xəbərlər

13 Aprel 2018 - 20:52

RUSİYADAN ABŞ-a CAVAB ZƏRBƏSİ!- Moskva əks-hücuma keçdi, sanksiya siyahısı açıqlandı...

Rusiyanın ABŞ Maliyyə Nazirliyinin son sanksiya qərarına cavabı özünü çox gözlətmədi. Cəmi bir həftə sonra Moskvanın Vaşinqtona kontr-sanksiyaları gündəmə gəldi. Rusiya Dövlət Dumasına ABŞ sanksiyalarına cavabı nəzərdə tutan qanun layihəsi təqdim olundu. Rusiya tərəfi bu sənədin ortaya çıxmasını Birləşmiş Ştatların düşməncəsinə münasibəti ilə izah edir.

Layihədən belə məlum olur ki, Rusiya ABŞ dərmanlarına, siqaretlərinə, spirtli içkilərinə qadağa qoyur, eyni zamanda Rusiya zavodlarında istehsal olunan raket mühərriklərinin ABŞ-a çatdırılması dayandırılır.

Dumanın birinci vitse-spikeri İvan Melnikov bildirib ki, qanun layihəsində həmçinin nüvə sənayesində və aviatikinti sahəsində beynəlxalq münasibətləri dayandırmaq (təkcə ABŞ-la yox, rus oliqarxlara qarşı sanksiyaları və Vaşinqtonun Suriya ilə bağlı mövqeyini dəstəkləyən digər dövlətlərlə də) da təklif olunur.

 

İdxalat: qadağa və ya məhudiyyyət qoyulacaq

– ABŞ və digər ölkələrin dövlət və bələdiyyə qurumlarından, həmçinin bir sıra təşkilatlardan proqram təminatları və informasiya texnologiyaları avadanlıqları;

– Dərmanlar (Rusiyada analoqu olmayanlar istisnadır);

– ABŞ-ın tütün məmulatları və spirtli içkiləri;

– ABŞ və onun mövqeyini dəstəkləyən ölkələrdən kənd təsərrüfatına aid mal və məhsullar;

– Nadir torpaq metalları, xammal

Mal və məhsullar şəxsi istifadə üçün nəzərdə tutulubsa, məhdudiyyət tətbiq edilməyəcək.

Dumanın deputatları eyni zamanda ABŞ vətəndaşlarının Rusiya ərazisində işləmək hüququnu məhdudlaşdırmaq, əcnəbi şirkətlərin özəlləşdirmədə iştirakını qadağan etmək, onlara konsaltinq, audit və hüquqi xidmətlərin göstərilməsini məhdudlaşdırmaq istəyirlər.

 

İxracat: ABŞ-a çatdırılmasına qadağa planlaşdırılır

– Uran (ümumiyyətlə, nüvə sənayesi sahəsində əməkdaşlığı dayandırmaq);

– Rusiya şirkətlərində istehsal olunan raket mühərrikləri;

– Təyyarələr üçün aksesuarlar;

Aviatikinti sahəsində əməkdaşlığın dayandırılması dedikdə, Rusiya tərəfinin konkret nəyi nəzərdə tutduğu bilinmir. Hələlik məlum olan odur ki, Rusiyanın “Boeing” kimi şirkətlər üçün istehsal etdiyi metalların və hissələrin ixrac edilməsi qadağandır.

Əvvəllər iqtisadi məhdudiyyətlərlə bağlı sənədləri parlamentə hökumət təklif edirdi. Bu dəfə qanun layihəsi Dumaya bütün fraksiyaların liderləri tərəfindən irəli sürüldü.

Qanun layihəsində hökumətə ABŞ istehsalı olan istənilən mal və məhsulları “qara siyahıya” əlavə etmək haqqı da tanınır.

Kontr-sanksiyaların anonsunu Rusiya baş naziri Dmitri Medvedev hələ aprelin 11-də vermişdi. Baş nazir bildirmişdi ki, ABŞ məhsullarının Rusiya bazarına girişini məhdudlaşdıra bilərlər: “Bizim bazarda ABŞ-ın kifayət qədər məhsulu var. Bunlar təkcə qiymətli kağızlar deyil, həm də bazarımıza gətirilən və Amerika biznesinin istehsal etdiyi bir sıra digər mallardır”.

Qeyd edək ki, ABŞ-ın aprelin 6-da Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərdə olan 24 biznesmen və məmura şamil olunub – Oleq Deripaska, Mixail Fridman, Aleksey Dyumin, Sergey Fursenko, Süleyman Kərimov, Kirill Şamalov, Viktor Vekselberq, Andrey Akimov, Vladimir Boqdanov, Oleq Qovorun, Vladimir Kolokotsev, Konstantin Kosaçev, Andrey Kostin, Aleksey Miller, Nikolay Patruşev, Vladislav Reznik, İqor Rotenberq, Yevgeni Şkolov, Andrey Skoç, Aleksandr Torşin, Vladimir Ustinov, Aleksandr Jarov, Viktor Zolotov və Timur Valiulin.

Sanksiyalardan əsas zərər çəkən Oleq Deripaska olub. “Qara siyahıya” salınan şirkətlərdən 8-i, həmçinin “RusAl” ona bağlıdır.

Sanksiyaların şamil olunduğu şəxslərin ABŞ-a səfər etməsi qadağan olunub, onların Amerikadakı aktivləri dondurulub.

Sərmayəçilər və tərəfdaşlar yeni sanksiya qərarına görə iyunun 5-dək 12 şirkətlə bütün müqavilələri ləğv etməlidirlər. Bura Oleq Deripaskanın, Viktor Vekselberqin, İqor Rotenberqin və Kiril Şamalovun idarə etdiyi şirkətlər də daxildir.

Təkcə ABŞ-ın yox, üçüncü ölkələrin də şirkət və şəxsləri sözügedən müqavilələri pozmalıdılar. Əks halda Birləşmiş Ştatlar onları da sanksiya siyahısına sala bilər.

Sərmayəçilər eyni zamanda mayın 7-dək En+, QAZ və “RusAl”la da əməliyyatları başa çatdırmalıdılar.

ABŞ-ın sanksiyalarından sonra ilk iş günündə – aprelin 9-da Rusiya şirkətləri dəyər itirməyə başladı. “RusAl”ın səhmləri Honkonq birjalarında 50 faiz ucuzlaşdı. Şirkət defolt təhlükəsi ilə üz-üzə olduğunu açıqladı.

London birjalarında demək olar ki, bütün Rusiya şirkətləri, o cümlədən “Lukoyl”, “Novateka”, NLMK, “Fosaqro”, “Polyusa Zolota”, “Rosneft”, “Surqutnefteqaz” dəyərdən düşdü.

Moskva birjasının indeksi təqribən 7 faiz endi. Həmin günün nəticələrinə görə, 50-dən artıq rusiyalı biznesmen təqribən 16 milyard dollar itirdi. Eyni zamanda rublun məzənnəsi dollara və avroya nisbətdə xeyli gerilədi.

Hökumət bəyan etdi ki, sanksiyaların təsirinə düşən şirkətlərə yardım edəcək. Maliyyə naziri Anton Siluanov isə bildirdi ki, dövlət “RusAl”a pul ayıra bilər.

ABŞ Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 24 milyard dollar olub. Rusiya ABŞ-a əsasən neft, metal, nüvə yanacağı, mineral gübrələr və balıq verirdi ki, bunlar da Rusiyanın ABŞ-a ixracatının 90% -ni təşkil edirdi.

ABŞ-ın Rusiyaya ixracatının əsas hissəsi “Boeing” korporasiyasının payına düşür. Bunlar təyyarələr, təyyarə mühərrikləri və təyyarələr üçün komponentlərdir. Bundan əlavə, ABŞ Rusiyaya maşınqayırma məhsulları verirdi.

Rusiya son dəfə kontr-sanksiyaları 2014-cü ildə tətbiq etmişdi. Həmin vaxt Rusiya, AB, ABŞ, Avstraliya, Kanada, Norveçdən ət, tərəvəz, meyvə, quşçuluq, balıq, pendir və süd məhsulları tədarükünə qadağa qoymuşdu. Daha sonra qadağalar Albaniya, Monteneqro, İslandiya, Lixtenşteyn və Ukraynaya da şamil olunmuşdu…

Strateq.az