Gündəm

  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"
  • " width="300" height="266" />
    BMT İnsan Hüquqları Şurası Azərbaycana 259 tövsiyə verib –Rəsmi Bakının mövqeyi necədir?

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018
19 May 2018

Digər Xəbərlər

10 May 2018 - 14:10

İSRAİL-İRAN SAVAŞI BAŞLASA, KİM QALİB GƏLƏCƏK? –Bütün Yaxın Şərqi fəlakət gözləyir – Təhlil

Aleksandr Jelenin

rosbalt.ru, 09.05.2018

 

İrana görə Yaxın Şərqdə əhatəli savaşın başlamaq üzrə ola biləcəyi  haqda heç də təkcə Fransa prezidenti Emmanuel Makron əndişə ifadə etmir. İsrail baş naziri Benyamin Netanyahu çərşənbə axşamı bildirib ki, “İran yəhudi dövlətini məhv etmək qəsdilə Suriyada çox təhlükəli silah yerləşdirməyə can atır”.

İsrail hökumətinin başçısı bu günlərdə İranın ünvanına artıq bir sıra misli görünməmiş kəskin bəyanatlar verib. Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Suriyaya hücum və müdafiə silahları, o cümlədən zərbə pilotsuzları, HHM vasitələri və “Yer-yer” sinifli raketlər gətirir.

ABŞ prezidenti Donald Tramp habelə çərşənbə axşamı İranla nüvə sazişindən imtina etmək qərarını elan edib – bu isə bölgədə onsuz da alovlanan ziddiyyətlər tonqalına böyük bir vedrə neft əndərməkdir. Yeni müharibənin potensial iştirakçılarında ən döyüşkən əhval hökm sürür. Netanyahu artıq bəyan edib: “Biz İranın bizə qarşı təcavüzünü dayandırmaq qətiyyətilə doluyuq – hətta bu, münaqişəni ifadə etsə də. Gec olsun, zor olsun”.

O, əlavə edib – vaxtında hərəkət etməyən ölkələr sonra yüksək bədəl ödəyir.

Məlum olduğu kimi, Netanyahu prezident Putinlə danışıqlarının baş movzusu İsrail hərbçilərinin Rusiya tərəfiylə uzlaşdırılan fəaliyyəti olacaq Moskva səfərini artıq razılaşdırıb. Kreml o qədər də asan olmayan seçim etməli olacaq. O, bir tərəfdən, İranın müttəfiqidir. Başqa yandan, RF-nin son illərdə İsraillə də yaxşı münasibətləri qurulub. Bundan başqa, Rusiya lideri, çox güman ki, İsrail tərəfinin arqumentlərinə qarşı mahiyyətcə heç nə qoya bilməyəcək – Mossad Tehranın nüvə silahı hazırladığı haqda lap bu günlərdə inandırıcı sübutlar oğurlayıb.

Bu qayda ilə, çox ehtimal ki, Moskvada qarşıdakı danışıqların yeganə predmeti İsrail və Rusiyanın Suriyada bir-birinin bölmələrinə zərbə endirməkdən qarşılıqlı imtina haqda anlaşma ola bilər. Amma bu zaman bir sıra suallar açıq qalır. Yəni yəhudi dövləti İran kimi böyük və hərbi baxımdan yetərincə güclü dövlətlə tamdəyərli savaşa hazırdırmı? Yaxın Şərqdə yeni böyük münaqişədə onun şansları necədir?

Rosbalt”ın icmalçısının izahat üçün üz tutduğu ekspertlər hesab edirlər ki, İsrail, həqiqətən, belə bir savaşı müstəqil aparmaq iqtidarındadır, amma bunun nəticələri gözlənilməz olar.

Yaxın Şərq və ABŞ üzrə mütəxəssis, Rusiya EA Avropa İnstitutunun baş elmi əməkdaşı Aleksandr Şumilin hər halda əmindir ki, İsraillə İran arasında savaşın başlanması hələlik az ağlabatandır. Ekspert qeyd edir – bunun bır sıra səbələri var, başlıcası bundan ibarətdir ki, “Netanyahunun vəzifəsi hazırda ABŞ-ın İranla müqaviləsini (“nüvə sazişi”ni) transformasiya etməkdən ötrü dünya birliyini səfərbər etməkdən ibarətdir”. Onun fikrincə, İsrailin İrana zərbəsi “Təl-Əviv üçün qələbəli, amma çox gözlənilməz nəticələrə gətirə bilər, buna görə də bu gün bu variant istisna olunur”.

Ekspert davam edir – prinsipcə, İsrail İranla müstəqil vuruşmağı bacarar, “amma indi deyil, bu gün bölgü başqadır”. Bundan savayı, onun baxışınca, israillilər zərbəyə cürət etsələr də, onda daha çox İranın Siriyadakı okyektlərinə, habelə İranın özündəki nüvə obyektlərinə zərbə endiriləcək. Şumilin əmindir: “Amma İsrail buna getsə də, tək etməyəcək, yalnız Fars körfəzi ərəb monarxiyalarının dəstəyi ilə (atəşlə vacib deyil)”.

İsrail və İranın qarşıdurması Suriyada durumu son dərəcə təhlükəli edir. REA Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı, İran problemləri üzrə ekspert Vladimir Sajin öz növbəsində bu cür fikir ifadə edir. O, hesab edir ki, eyni zamanda, hər hansı qaçılmaz dəyişiklik baş verməsə, çətin ki, İsrail İranın ərazisinə zərbə endirsin.

Bundan başqa, ekspert hesab edir ki, “İsrail elitasının dalaşqan və ümumən haqlı bəyanatlarına baxmayaraq, hazırda iqtisadiyyatı yüksəlişdə olan İsrail İranla hərbi əməliyyatlar istəmir”.

Sajin davam edir – digər yandan, “İsrail Suriyada öz sərhədlərinin yanında hərbi bazalar, döyüş sursatı anbarları, habelə “Hizbullah” daxil olmaqla Tehranın maliyyələşdirdiyi və təlim keçdiyi şiə “könüllülər”i qismində İranın iştirakına dözməyəcək”.

O, qeyd edir ki, bəzi məlumatlara görə, bu gün Suriyada İran və İranyönlü silahlı qtruplaşmaların sayı 80 min nəfərə yaxındır. Ekspert əmindir: “İraq, Əfqanıstan, Pakistan, Suriya və İranın özündən çoxsaylı şiə “könüllüləri” bunların içindədir. Onların peşəkar hazırlığı sıfıra yaxındır, amma kütlə xeyli böyükdür. Bundan savayı, İran indi Suriyada özünün gələcək hərbi bazaları üçün özül yaradır və əlbəttə, bu, İsraili əsla qane etmir”.

Eyni zamanda, SAXAL hərbi əməliyyatlara başlasa, çox ehtimal ki, İran ərazisinə deyil, iranlıların Suriyada nəzarət etdikləri obyektlərə, ya da onların “şiə satellitlərinə” zərbə vuracaq. Sajin hesab edir ki, bu qarşıdurmada böhranlı durum Tehranın birbaşa İsrailə raket zərbəsi halında meydana çıxacaq: “SAXAL onda çox ciddi cavab verərək birbaşa İran ərazisini vuracaq”.

Eekspert deyir – İranın İsraillə böyük müharibəyə hazırlığına gəlincə, “İran siyasətçilərinin davakar bəyanatlarına baxmayaraq, Tehran İsrailə qarşı genişmiqyaslı əməliyyat aparmağa hazır deyil”.

Onun fikrincə, “İran silahlı qüvvələrinin İsrailinki üzərində sayca üstünlüyünə baxmayaraq, iki ordunu təchizat, hazırlıq səviyyəsi, keyfiyyət parametrləri üzrə tutuşdurmaq mümkün deyil – burada tam üstünlük İsrail hərbçilərinin tərəfindədir”.

Ekspert hesab edir ki, Suriyada İsrail-İran savaşı başlayacağı halda “İran müxtəlif növ qoşunları işlətməklə genişmiqyaslı hərbi əməliyyatlar apara bilməz, çünki İran silahlı qüvvələrinin arxa cəbhəsi ilə hərbi əməliyyatların Suriya teatrı arasında məsafə yetərincə böyükdür. Burada üstünlük İsraildə olacaq. Düzdür, İsrailin minusu onun kiçik ərazisi və normal arxa cəbhə fəaliyyəti üçün imkanların yoxluğundan ibarətdir”.

Belə, ya elə, Sajin əmindir – amma Suriyada “qığılcım qopsa, hər şey təkcə İran deyil, həm də bütün Yaxın Şərq üçün fəlakətlə qurtara bilər”.

Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqid xatırladır ki, İranın bölgədə son dərəcə güclənməsi amerikalı və israilliləri qıcıqlandırır. O deyir: “Tehran Suriya və İraq rejimlərilə dostluq bağlarına, şiə könüllülərinin silahlı şəbəkəsinə söykənərək Yaxın Şərqdə özünün neoimperiyasını quraraq İraq, Suriya və Livanı xeyli nəzarətə götürməyə nail olub”.

Ekspert hesab edir: “Buna görə də İsrailin və prezident Donald Trampın əsas tələblərindən biri İran qoşunları və İranyönlü könüllülərin bu imperiyanın mərkəzi hissəsindən – Suriyadan çıxıb getməsindən ibarətdir. İran rəhbərliyinin baxış nöqtəsinə görə, bu, icrası mümkünsüz tələbdir: Suriya prezidenti Bəşər Əsədin rejimi iranlılarsız çökə bilər. Eyni zamanda, İran rejimi Suriyada müharibəyə on milyardlarla dolar itirib və öz istilalarını elə-belə əldən verə bilməz. Lakin Tehranın Amerika-İsrail basqısına qarşı durması çətindir. Bu isə bildirir ki, yeni sanksiyalar, ya da müharibə təhlükəsi böyükdür”.

Maqidin fikrincə, “İsrail ABŞ-ı bu müharibəyə çəkmək istərdi. Netanyahu bu məqsədlə İranı nüvə proqramını davam etdirməkdə ittiham edir, amma MAQATE daxil olmaqla nüfuzlu beynəlxalq qurumlar bu ittihamları rədd edir. Hazırda ABŞ-da Amerikanın bütün tarixci boyunca ən İsrailyönlü administrasiya olduğundan bu cür variant mümkündür. (İranla mümkün savaş haqda) Netanyahunun bəyanatı İranla nüvə sazişini artıq ləğv etməyə hazırlaşan Trampla əlaqələndirilib”.

Mütəxəssis davam edir – prinsipcə, “İsrail İranla savaşa özbaşına da cürət edə bilər. Bunun ona gərəkib-gərəkmədiyi başqa məsələdir. İsrailin dostlarının yönəltdiyi Amerika Şimali Koreyanı uğurla hərbi şantaj edəndən sonra eyni üsullarla İranı da sıxmaq istəyir, onu Suriyadan getməyə və bir sıra hərbi proqramları yığışdırmağa vadar etmək istəyir. Artıq bu, İrana Amerika zərbəsinə gətirə bilər. Bu variant Təl-Əvivə daha əlverişlidir”.

Maqid qeyd edir – İsrail amerikalılarsız vuruşacağı halda “bu, asimmetrik müharibə olacaq. İsrail HHQ Suriyada İran obyektlərinə, həmçinin İranyönlü güclərin bazalarına və Əsədin bölmələrinə zərbə vuracaq. Cavabında iranlılar, “Hizbullah” və Əsəd Suriyadan və ehtimal ki, Livandan hərəkətlənərək İsrailə “yer-yer” raketləri yağdıracaqlar. Bu, 2006-cı il “Hizbullah”-İsrail müharibəsi ssenarisinin təkrarı, amma daha böyük miqyasda olacaq”.

“Hazırda “Hizbullah”ın raket potensialı 2006-cı ildəki 10 minə qarşı 100 mindir, özü də bir bölümü böyük məsafəli və güclüdür, – Maqid davam edir. – Atəşin isə təkcə Livandan deyil, ola bilsin, Suriyadan da açılacağı, İran, İraq, Suriya və Livan arasında quru dəhlizinin işləkliyi də nəzərə alınsa, raket yağışı sonsuz ola bilər. Bu, İsrailin bütün əhalisini bomba sığınacaqlarına qova və ölkənin bütün iqtisadiyyatını iflic edə bilər. İranın bu cür asimmetrik strategiyası kiçik İsrailin dişbatanlığına əsaslanır”.

Ekspert pronozlaşdırır – cavabında “İsrail təkcə hava deyil, həm də quru əməliyyatlarına başlamağa cəhd edə bilər. Amma bu dəfə ona qarşı “Hizbullah” deyil, nəhəng bütün şiə-İran könüllü şəbəkəsi duracaq və o, partizan əməliyyatlarında ciddi itkilər verəcək. İsrail isə canlı qüvvə itkisinə qarşı çox həssasdır”.

Maqid hesab edir: “Durum sonra gözlənilməz şəkildə inkişaf edə bilər. İsrail artıq vəd edib ki, Təl-Əviv atəşə tutulacağı halda Tehrana zərbə endirəcək. İsrail F-35-ləri (ABŞ-ın tədarük etdiyi ultramüasir görünməz təyyarələr) bu yaxınlarda artıq İranın üzərindən uçub və qeydə alınmayıb. Tehran öz növbəsində İsrailə raket zərbələrilə cavab verəcək. Habelə ehtimal var ki, İsrail Əsəd-İran qüvvələrinə ağır itki verməyi bacarar və bu, antiəsəd müxalifətin böyük hücum əməliyyatlarına təkan verəcək. Lakin bütünlükdə bu cür savaşın nəticəsi gözlənilməzdir və İsrail çox risk edir”.

Onun sözlərinə görə, “İran elmi-texniki planda zəifdir, amma onun ciddi asimmetrik cavablar imkanı var. Fakt deyil ki, İsrail öz məqsədinə çatacaq və İran qoşunlarını və “Hizbullah”ı sıxıb Suriyadan çıxarda bilər. Əgər onun fəaliyyəti antiəsəd müxalifətlə əlaqələndiriləcəksə”.

Tərcümə Strateq.az-ındır.