Gündəm

  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"
  • " width="300" height="266" />
    BMT İnsan Hüquqları Şurası Azərbaycana 259 tövsiyə verib –Rəsmi Bakının mövqeyi necədir?

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018
19 May 2018

Digər Xəbərlər

11 May 2018 - 14:44

PUTİNİN İSRAİL VƏ İRANLA BƏRABƏR OYUNU:Kremlin "nə yardan doyur, nə əldən qoyur" siyasəti - TƏHLİL

Herb Keynon

“Jerusalem Post”

 

Baş nazir Benyamin Netanyahu çərşənbə axşamı saat 11:00-da İsrailə qayıtdı. Moskvada keçirdiyi bircə gündə o, Rusiya dövlət başçısı Vladimir Putinlə görüşlər keçirmişdi.

Bundan dörd saat əvvəl İsrail jurnalistləri ilə keçirilən mətbuat konfransında “Rusiyanın Suriyada İsrailin manevr imkanlarını məhdudlaşdıracağını düşünməyə əsas yoxdur”, – dedi.

O, görünür, nəyə isə arxayın olaraq danışırdı. Çünki İsrailə döndükdən 75 dəqiqə sonra iranlılar Colan Təpələrindəki İsrail ordusu (IDF) mövqelərinə 20 raket atdılar.

İsrail bu hücumu gözləyirdi, çünki Suriyadakı mövqelərinə əvvəlki hücumlara görə İran qisas almağa səy göstərdi.

Müdafiə naziri Aviqdor Libermanın sözlərinə görə, Suriyadakı İran hərbi infrastrukturunun çoxu məhv edilib.

Ruslar heç bir şey etmədilər. Onların Yaxın Şərq elçisi Mixail Boqdanov hadisələrin “həyəcanverici”, gərginliyin azaldılmasına ehtiyac olduğunu və vəziyyətin Suriyada İŞİD-ə qarşı mübarizədən yayındırdığına dair şərh verdi.

Suriyada İsrailin iki əvvəlki hücumunda iranlı döyüşçülər öldürüldükdən sonra, Təl-Əvivdə Tehranın cavab verəcəyi ehtimalları vardı.

İsraildən gələn dəqiq mesaj bu idi: belə bir addımın cavabsız qalmasına imkan verilməyəcək.

Bu qarşıdurmanın təbiəti – hücum ediləcək dəqiq hədəflər, əməliyyatın genişliyi və miqyası – ruslarla müzakirə olunub, çünki israillilər Rusiya ilə ciddi şəkildə işləməyə çalışırlar və bu, Moskvada təəccüb doğurur.

Heç kim – nə ABŞ prezidenti Donald Tramp, nə də Putin İsrailin onları təəccübləndirməsini istəmir, lakin İsrailin hər iki şəxslə yaxşı və açıq əlaqə kanalı var, bu, onun marağındadır.

Netanyahu Rusiya hərbçiləri arasında mövcud olan yaxşı əlaqə və Putinlə güclənən münasibətlər barədə tez-tez danışır. Rusiya prezidentinin 73 il əvvəl Almaniya üzərində qələbə ilə əlaqədar hərbi paradı izləmək üçün onu Moskvaya dəvət etməsi bunu isbatlayır.

Əlbəttə ki əlaqənin yaxşı olmasının səbəblərdən biri də sürprizlərin yoxluğudur. Ruslar indi israillilərin cavab vermə üçün nə səbəbləri olduğunu və bu cavabın formasını çox yaxşı bilirlər.

İndiyə qədər ruslar yoldan kənara çəkilib və israillilər uyğun gördükləri kimi fəaliyyət göstəriblər.

Netanyahunun tənqidçiləri deyirlər ki, əgər Rusiya lideri ilə münasibətlər belə yaxşıdırsa və koordinasiya varsa, o zaman niyə Putin Suriyada iranlıların cəhdlərinə son qoymur?

Rusiya diplomatlarından bunu soruşduqda, İranın Rusiyanın nəzarətində olmayan suveren bir dövlət olduğunu söyləyirlər. Moskvanın İsraillə Suriyada fəaliyyət göstərməyəcəyini söyləyə bilmədikləri kimi, İranın da orada ruslarsız fəaliyyət göstərməyəcəyini söyləyə bilərik.

Ancaq Moskvanın hər iki tərəflə əməkdaşlığının Rusiya maraqlarına və ya aktivlərinə zərər vermədiyi açıq-aydındır. Suriyadakı əsas Rusiya aktivi – Moskvanın rejimi milyonlarla rubl sərmayə qoyduğu və rus əsgərlərinin naminə öldüyü Bəşər Əsəddir.

Digər aktivlər Tartusda Rusiya dəniz bazası və Latakiya hərbi hava bazasıdır.

Rusiya İranla yaxşı əlaqələr qurur, İsraillə də yaxşı münasibətlər mövcuddur. Putin, Netanyahu ilə görüşdüyü kimi, İran prezidenti Həsən Ruhani ilə də dəfələrlə görüşüb. Məsələn, bu iki şəxs aprel ayında və keçən noyabr ayından əvvəl Putinlə görüşüblər.

Hətta Netanyahu zaman-zaman Suriyadakı İranın hərəkətlərini ləğv etməsi üçün Putinə yalvardığı kimi, Ruhani də Putini İsrailin hərəkətlərini dayandırmağa çağırır.

Putin hər ikisini də dinləyir və hər iki tərəfə qarşı heç bir şey etmir: İsraili məhdudlaşdırmır və İranın əl-ayağını yığmır.

Rusiyanın maraqları ziyan görməyincə Putinin baxımından bu döyüş Rusiyanın deyil.

 

Tərcümə: Strateq.az