Gündəm

  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"
  • " width="300" height="266" />
    BMT İnsan Hüquqları Şurası Azərbaycana 259 tövsiyə verib –Rəsmi Bakının mövqeyi necədir?

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018
19 May 2018

Digər Xəbərlər

11 May 2018 - 17:31

NETANYAHU PUTİNİN ƏLİ İLƏ İRANA GÖZDAĞI VERDİ:"Deutsche Welle": "Moskvanın maraqlarına sadəcə tüpürürlər!"

 

K.Eggert

“Deutsche Welle”, Almaniya

 

Qırmızı Meydanda qələbə gününə həsr olunmuş təntənəli mərasimdə Vladimir Putinin yanında duran İsrail baş naziri Binyamin Netanyahu təbbəssümünü güclə gizlədirdi. İsrail hökumət rəhbərinin Moskvada olması mərasimin beynəlxalq əhəmiyyətini simvolik olaraq xeyli qaldırmışdı. Axı nüfuzlu Qərb siyasətçiləri 2014-cü ildən bəri Moskvada nadir hallarda gözə dəyir, əsasən isə bura heç gəlmirlər. Bu baxımdan Netanyahunun gəlişi Kreml üçün təsəlliedici hədiyyə idi.

Həmin ərəfədə Donald Tramp Birləşmiş Ştatların İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etdi. Saziş 2015-ci ildə İran rejimi ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, həmçinin Almaniya arasında imzalanmışdı.

İsraildə bu razılaşmanı haqlı olaraq ölkənin təhlükəsizliyinə təhdid sayırlar. Ona görə də Ağ Evin sazişdən çıxmaq və İrana qarşı yenidən sanksiyalar tətbiq etmək qərarına hədsiz sevinirlər.

Bu baxımdan İsrail baş nazirinin üzündə razı ifadənin olması tamamilə təbii idi. Netanyhunu məmnun edən daha bir məqam İranın əsas müttəfiqi və müdafiəçisi olan Vladimir Putinin də həmin an ona gülümsəməsi və dostyana münasibət nümayiş etdirməsi idi.

Bundan başqa, Moskvadakı mərasimdən sonra İsrail Hərbi Hava Qüvvələri Suriyanın müxtəlif obyektlərinə zərbələr endirdilər.

Netanyahunun bağlı qapılar arxasında Putinlə nədən danışdığını ehtimal etmək çətin deyil – İsrail öz təhlükəsizliyini hər şeydən üstün tutur və lazım gələrsə, İranla böyükmiqyaslı savaşdan çəkinməyəcək. Kremlin buna veriləcək hər hansı cavabı yoxdur.

İlk baxışdan elə görünə bilər ki, ABŞ-ın sazişdən çıxması Rusiyanın ürəyincədir. Sovet dövründən başlayaraq Kreml həmişə Birləşmiş Ştatlarla Avropadakı müttəfiqləri arasında parçalanmaya sevinib. İndi tam bu mənzərədir. Makron, Merkel, Boris Conson son həftələr ərzində Trampı Obama dövründə imzalanan (İranla 6 ölkə – ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) bu sazişdən çıxmamağa razı salmağa çalışıblar.

Buna bənzər hal 2003-cü ildə olmuşdu. O zaman Gerxard Şreder və Jak Şirak ABŞ-ın İraqa girmək planına qəti şəkildə qarşı çıxmışdılar. Həmin vaxt Putin federal kansler və Fransa prezidentinin tərəfində yer almış və uğurlu şəkildə özü üçün “ağıllı və sülhsevər” imici yaratmışdı.

Necə nəhəng dövrlər idi! Moskva həmin vaxt Avropanın ümidlərini boşa çıxarmamağı çalışırdı. Onlar özləri Putinin qucağına atılırdılar. Corc Buş administrasiyası da Kremllə mütəmadi dialoqu dəstəkləyirdi. Elə təəssürat yaranmışdı ki, bir az da belə davam etsə, Moskva transatlantik münasibətlərə ciddi təsir göstərə biləcək.

Bu gün Kreml beynəlxalq izolyasiyadadır. Və Netanyahunun gəlişinə sevinməyə bilməzdi. Netanyahu da ölkəsinin konkret maraqları olmasaydı, Moskvaya gəlməzdi.

Ukraynayla savaş, Suriyada uzanan müharibə, “Skripal işi”, ABŞ-dakı son seçkilərə müdaxilə, indi də Britaniyadakı seçkilərə müdaxilə… Və az qala hər həftə yenisi gələn sanksiyalar, sanksiyalar, sanksiyalar… Parisdə öz güvənsizliyini gizlətməyən Makron. Berlində yorğun Merkel və Moskvaya qarşı skeptik yanaşan XİN-in yeni başçısı Hayko Mas.

Və bütün bunlarla yanaşı, Vladimir Putindən gözlənilməz qərarlar üzrə dünya çempionu titulunu alan Donald Tramp. Trampın da yanında tanınmış Kreml əleyhdarları Pens, Bolton, Pompeo və Mattes. Onlar “ABŞ-ın yenidən qüdrətli edəcəyik” şüarına uyğun olaraq Moskvanın maraqlarına sadəcə tüpürürlər. Və lazım bildiklərini edirlər.

İranla sazişdən çıxdıqdan bir sutka sonra Vaşinqton Rusiya şirkətlərinə və hərbi kəşfiyyatına yeni sanksiyalar tətbiq etdi. Bununla göstərdilər ki, Tehran mollalarının müttəfiqlərini də diqqətdən kənar qoymayacaqlar.

Avropalılar artıq başa düşüblər: Trampla mübarizə aparmaq mənasızdır. Onu dilə tutmağın yolunu öyrənmək lazımdır. Ona dost olduğunu bəyan etmək, bu və ya başqa qərarını dəyişəcəyinə ümidin olduğunu göstərmək üçün çiyninə əl qoymaq, əgər alınmırsa, təmkinlə gözləmək lazımdır.

Böyük ehtimalla Tramp 2020-də təkrar seçilməyəcək… İstənilən halda Putinlə 2003-dəki diplomatik əlaqələri heç kim qurmayacaq. Və Avropa şirkətləri ABŞ-ın sanksiyalarının təsirinə düşməkdənsə, yenidən İran bazarından getməyə üstünlük verəcəklər.

Kreml də özünü eyni qaydada aparacaq. Rusiya Yaxın Şərqdəki müttəfiqi üçün heç nə edə bilmir. Putin İranla İsrail arasında artan gərginlik fonunda kənarda qalmağa üstünlük verəcək.

Bu münaqişəyə qarışmaq üçün Rusiyanın nə gücü, nə istəyi var. Əksinə bu münaqişədə xeyli zəif tərəfləri var.

Bu da Moskvanın Yaxın Şərq siyasətindəki ən zəif yeri olacaq. Kremlin Yaxın Şərq siyasəti tamamilə Birləşmiş Ştatlarla qarşıdurmaya hesablanıb. Əgər sabah Tramp Putinə “Vladimir, Ukrayna, Moldova və Gürcüstanı götür, iranlı dostlarımı isə mənə saxla” desə, Rusiya prezidenti heç şübhəsiz ki, sevinə-sevinə bu dəyişikliyə gedər.

Amma belə təklif olmayacaq. Ona görə də Rusiyaya İsrail raketlərinin, ABŞ pilotsuz aparatlarının kameralarından yan keçmək, ictimaiyyət arasında ABŞ-ın altıncı donanmasının təyyarələrini vurmaqla hədələmək, kənarda isə uçuş koridorlarını müzakirə etmək, “Hizbullah” liderləri ilə danışıqlar aparmaq, amma “Mossad” onları partladanda səs çıxarmamaq və ABŞ-la İsrailin İranı tamamən küncə sıxmayacağına, Bəşər Əsədi əvəzləməyə qərar verməyəcəyinə ümid etmək qalır…

Tərcümə Strateq.az-ındır