Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

16 May 2018 - 15:57

MƏRKƏZİ ASİYADA RUSİYAYA QARŞI ABŞ-QAZAXISTAN-ÖZBƏKİSTAN ÜÇBUCAĞI YARANIR:Mirziyoyev Bakıya vasitəçi qismində gələ bilər - TƏHLİL

Aydın Mehdiyev

pravda.ru, 15.05.2018

 

Çərşənbə axşamı – mayın 15-də Özbəkistan prezidentinin ABŞ-a üçgünlük rəsmi səfəri başlayıb. Şavkat Mirziyoyev Vaşinqtona amerikalı həmkarının  dəvətilə gəlib. Amerika KİV-ləri qeyd edir ki, ABŞ və Özbəkistan ikitərəfli münasibətlərdə strateji əməkdaşlığın yeni erasını açır.

Bu, Özbəkistan liderinin Ağ Ev başçısıyla ilk görüşü olmayacaq. Mirziyoyev 2017-nin  mayında Səudiyyə Ərəbistanında ərəb-müsəlman ölkələri və ABŞ sammiti çərçivəsində Trampla artıq görüşüb.  Özbəkistan prezidenti 2017-nin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasına qatılıb, orada  da ABŞ və Özbəkistan liderlərinin qeyri-formal görüşü olub.

Amerika və Özbəkistanın biznes strukturları 2017-nin sentyabrında Nyu-Yorkda, haradasa, üç milyard dollar məbləğində müqavilələr bağlayıb. Nyu-Yorkda Özbəksitanın “Uztreyd” ticarət evini, Daşkənddə isə Vebster universitetinin Amerika ATM-nin MDB ölkələrində tamdəyərli ilk filialı olacaq filialını açmaq haqda qərar da qəbul edilib.

Biz prezident Mirziyoyevin Vaşinqtona Birləşmiş Ştatlarla Özbəkistan arasında strateji əməkdaşlığın yeni erasının başlandığını göstərən tarixi  səfərini səbirsizliklə gözləyirik, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. – Bölgəsəl təhlükəsizliyin, ticarətin möhkəmləndirilməsi və bölgənin iqtisadi inkişafı, habelə Özbəkistanın Mərkəzi Asiyada rolu və onun Əfqanıstanda ABŞ-ın səylərinə dəstəyi kimi qarşılıqlı prioritetlərin geniş spektri nəzərə alınmaqla səfər ikitərəfli münasibətləri dəriləşdirəcək”.

Vaşinqtonda həmçinin ümid edirlər ki, ABŞ və Özbəkistan liderlərinin sammiti “ABŞ və Mərkəzi Asiyanın keçmiş altı sovet respublikasının danışıqlar formatını” möhkəmləndirəcək və ABŞ və Özbəkistana bu mexanizm çərçivəsində “Əfqanıstan da daxil olmaqla məsələlər dəsti” üzrə konstruktiv qarşılıqlı fəlaiyyət imkanı verəcək.

Müşahidəçilər qeyd edirlər ki, Mirziyoyev Nursultan Nazarbayevdən sonra Mərkəzi Asiya bölgəsinin ikitərəfli əsasda alyans yaratmaqda Donald Trampın xeyir-duasını alan ikinci lideri olub.

Xatırladaq ki, Qazaxıstan lideri bu ilin yanvarında Vaşinqtona səfər edib. Və o, səfərdən bir an sonra Qazaxıstana səfər edən ABŞ vətəndaşları üçün viza rejimini ləğv edib. Bundan savayı, Pentaqona Qazaxıstan HDQ-nin Xəzərdəki Kurık və Aktau bazalarından faydalanmaq icazəsi verib.

Bəs Şavkat Mirziyoyev? O da Nursultan Nazarbayevdən geri qalmamağı kəsdirib. Onun Donald Trampa sarı təzimi BMT Baş Assambleyası trubinasından “Özbəkistanın Qoşulmama Hərəkatının iştirakçısı olduğu və öz ərazisində xarici hərbi bazaları yerləşdirməkdən imtina etdiyi”  haqda bəyanatı olub.

Başqa sözlə, Mirziyoyev Vaşiqntona eyham vurub ki, Daşkənd Moskvanın təsir orbitindən qəti şəkildə çıxır. Özbəkistan KTMT-dən bütünlüklə çıxıb və AİB-ə girməyə hazırlaşmır.

Daşkəndin xarici siyasətində bu cür dönüş Ağ Ev sahibinin tam ürəyindən olub. Və vətəndaşların hüquq və azadlqılarını genişləndirən və ticarət və yatırımların genişləndirilməsinə təkan verən önəmli islahatların başlanmasına görə Özbəkistanı tərifləyib.

Bu qayda ilə artıq bu gün məqsədi beynəlxalq problemlərin dəyərləndirilməsində vahid mövqeyin hazırlanması olan Vaşinqton-Astana-Daşkənd strateji üçbucağının yaradılmasından danışmaq olar. Qazaxıstan və Özbəkistan liderləri bununla da Moskvaya eyham vururlar ki, Rusiyanın okeanarxası fövqəldövlətlə “soyuq savaş” siyasətindən aralanırlar. Əksinə, Astana və Daşkənd Vaşinqtonla bu cür dostluğun siyasi dividendlər və iqtisadi qazanc vəd etdiyini anlayaraq onunla dostlaşmaq istəyir.

Məsələn, Mirziyoyevin Vaşinqtondakı danışıqlarında Özbəkistanın neft-qaz sahəsinə böyük yatırım layihələri müzakirə olunacaq. Özbəkistan prezidenti Amerikanın “Chevron” və “Exxon Mobil” nəhənglərini faydalı qazıntıların geoloji kəşfiyyatı və hasialtına, “General Electric”i isə respublikanın energetika stansiyalarının rekonstruksiyasına dəvət edir.

Mirziyoyevin Vaşinqtona səfərini Bakıda qısqanclıqla izləyirlər: Donald Tramp İlham Əliyevi özünün Oval kabinetinə dəvət etmir. Səbəb sadədir: ABŞ Dövlət Departamenti hələ bir neçə il qabaq Azərbaycan rəhbərliyini hüquq müdafiəçiləri və müxalif hərəkata qarşı repressiyada ittiham edib. Cavabında Bakı Vaşinqtona Azərbaycanın daxili siyasətinə qarışmamağı məsləhət görüb.

Belə ki, İlham Əliyevin ABŞ-a rəsmi səfəri hələlik uzaq gələcəyin məsələsidir. Amma Bakıda ümid edirlər ki, Vaşinqtonla çox gözəl münasibətlər qurmuş Şavkat Mirziyoyev Azərbaycan və ABŞ arasında  etibarlı münasibətlərin qurulmasında vasitəçi ola bilər.

Bakıda isə hələlik Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfərinə hazırlıq görürlər. Bu səfər Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə yeni bölgəsəl nəqliyyat-energetika alyansının qurulmasında həlledici ola bilər.

Tərcümə Strateq.az-ındır.