Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “DƏRİN DÖVLƏT” HƏSƏN RUHANİNİ DEVİRMƏK İSTƏYİR –İran islahatçılarının günbəgün artan əndişəsi - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

22 May 2018
21 May 2018

Digər Xəbərlər

16 May 2018 - 17:32

MERKEL ORDUYA PUL XƏRCLƏMƏYƏ NİYƏ XƏSİSLİK EDİR? –Bir vaxtların məşhur alman döyüş maşını indi pas atır - TƏHLİL

Adam Tooze, Şahin Vallee

“Project Syndicate”

 

Avrozonanın inteqrasiyası ilə əlaqədar Almaniyanın iki mantrası var: məsuliyyət və nəzarətin tənzimlənməsi; Aİ üzvləri arasındakı risklərin birləşdirilməsindən qabaq əvvəlki risklər aradan qaldırılmalıdır.

2010-cu ildən etibarən bu iki mantra Avrozonanın necə möhkəmləndiriləcəyi barədə bütün müzakirələri formalaşdırıb və onlar əsasən, Avropa bank ittifaqının yaradılması ilə bağlı başlıca irəliləyişləri izah edir.

Berlindəki liderlər deyir: “Almaniya ortaq gələcəyə başlamağa hazırdır, amma bir şərtlə – Avropa təmiz səhifədən başlamalıdır”.

İlk baxışdan bu təklif kifayət qədər ağlabatan görünür. Amma onun tam nəticələrini başa düşmək üçün eyni məntiqi başqa bir siyasət sahəsinə tətbiq edin: təhlükəsizlik və müdafiə.

Fransa Avrozonaya inteqrasiyasına yanaşmasında qarşılıqlı müdafiə öhdəlikləri məsələsini qaldırarsa, necə olacaq? Yaxud fransızlar təhlükəsizlik məsələsində daha çox əməkdaşlığa mütləq bir şərt kimi israr edərsə, Almaniya müdafiə büdcəsini dərhal artırmaqla yanaşı, son onilliklərdə müdafiə xərclərinə “qara gün üçün” yığdıqlarını da buna əlavə edəcəkmi?

Almaniya həmişə başqa insanların müdafiə xərclərinə pul ayırmağa həvəsli olmayıb. Doğrudur, Qərbi Almaniya NATO-nun Soyuq müharibə yükünün bölüşdürülməsi sistemində etibarlı bir oyunçu idi və 1980-ci illərdə Bundesver möhtəşəm güc idi. Yaxşı və ya pis olması əsas deyil, o, Kayzerrayxdan bu yana alman ordusunun məşhur ənənəsinə əsaslanırdı. Xidmət milli norma idi. Müdafiə xərcləri ÜDM-in 3%-i həddində qalırdı.

1989-cu ildə Berlin divarı çökdü. Almaniya sülh dividendinin intiqamını aldı. Silahlı qüvvələrinin azaldılması və kütləvi qırğın silahlarının ləğv edilməsi Almaniyanı birləşdirmə müqaviləsinə həkk olundu. Ancaq hərbisizləşdirmə özündə ictimai dəyişiklikləri əks etdirdi. Federal Respublikanın siyasi mədəniyyətində dəyişiklik baş verdi.

Daha çox gənc hərbi xidmətdənsə mülki həyatı seçdi. 2011-ci ildə orduya çağırış ümumiyyətlə dayandırıldı. Praktiki məsələlərdən biri kimi, bu qərar, yəqin ki, daha tezliklə başlamalı idi.

Bu gün ən yaxşı hərbçilər peşəkarlardır, çağırışçılar orduya cəlb edilmir. Ancaq Soyuq müharibədən sonra Almaniya Bundesverinin yeni rolu, modeli ortaya çıxmadı. Mənəvi və funksional potensial xərclərlə birlikdə çökdü.

NATO sammitindən sonra Almaniya ÜDM-nin 2%-ini müdafiə xərclərinə ayırmağı boynuna götürüb. Amma xərclər əslində, ÜDM-in 1%-inə endi, vəsaitin əksəriyyəti maaş və pensiyalara yönəldilir. NATO-nun son məlumatlarına görə, Almaniyanın müdafiə avadanlıqlarına, tədqiqat işləri və inkişafa yönəltdiyi xərclər 2017-ci ildə ÜDM-in yalnız 0.17%-i, Fransada – 0.42%, Böyük Britaniyada isə 0.47%-ini təşkil edib.

Almaniyada hərbi investisiyaların azlığı müdafiə qabiliyyəti və Avropanın qalan hissəsi arasında sərt bir boşluq yaradıb. Rəsmi Berlinin ordusunda silah-sursat və hərbi vasitələrin yalnız bir hissəsi işləkdir. Avropanın şərq sərhədində, NATO-nun Baltikyanı ölkələrdə yerləşdirəcəyi 5 min nəfərlik qüvvəsinə Bundesverin verdiyi 44 tankın yalnız 9-u gələn il istifadəsinə veriləcək. Bu hərbi vahiddə, həmçinin çadırlar, qış geyimləri, gecə görmə avadanlıqları və zirehli geyim kimi missiya üçün zəruri olan digər avadanlıqları da çatışmır.

Qaba qüvvət istifadəsinə qarşı çıxan alman solçular resursların yoxluğuna təəssüf etmir. Ancaq Bundesverin zəifliyi Almaniyanın yumşaq gücdən istifadəsini də azaldır. 2014-cü ildə “Ebola” ilə bağlı Liberiyaya yardım göstərməkdən ötrü Almaniyanın hərbi-humanitar qrupu Kanarya adalarında qapanmış qaldı. Alman Dəniz Donanmasının böyük təchizat gəmiləri – Aralıq dənizində qaçqın xilasetmə əməliyyatları üçün ən faydalı olanlar – ehtiyat hissələrinin çatışmaması nəticəsində 18 ay müddətinə sıradan çıxacaq.

Bundesver silahları işləməyəcəksə, onun freqatları tərsanədə qalacaq. Donanmanın hazırkı logistik qabiliyyəti sıfırdır; belə olan halda, fransız vergi ödəyicisi üzərinə hansı digər öhdəlikləri götürə bilər? Müdafiə xərclərinin qarşılıqlılığı məsələsində ildən-ilə razılaşmaqla, Fransa islahat aparması üçün Almaniyaya hansı təşviqlər verir?

Fransızlar sadə xərcləmə qaydanı tətbiq edərlərsə, 1990-cı ildən bu yana ümumilikdə ÜDM-in 30%-ini Almaniyadan müdafiəsinə sərf etmələri aydınlaşacaq. Yəni rəsmi Berlinin özündən də çox.

Almanları ən çox maraqlandıran Fransanın nüvə çəkindirməsidir, həmin dövrdə bu silaha xərclər Fransa ÜDM-nin təxminən 4,5-5%-ini təşkil edib.

Beləliklə, mövcud məsələlər əhəmiyyətlidir. Bundan əlavə, Almaniyanın kök salmış post-hərbi vərdişlər nəzərə alınarsa, geri çəkilmə gözləniləndir. Fransa prezidenti Emmanuel Makron bu ayın əvvəlində elan edilmiş Almaniya dövlət büdcəsində müdafiə xərclərinin marjinal artımını qeyd edib, lakin o, NATO hədəfləri üçün kifayət etmir.

Alman kansleri Angela Merkelin yeni böyük koalisiya hökuməti etibarlı təhlükəsizlik ortağı kimi görünməyəcək. Ancaq nə etməli, rəsmi Paris Avropada qarşılıqlı hərbi əməkdaşlıq çərçivəsində Almaniyanın əvvəlki müdafiə borcunu ödəməsini gözləməlidirmi?

Avropanın 21-ci əsr təhlükəsizlik strategiyasını inkişaf etdirməsi ehtiyacı yalnız Donald Trampın etibarsız olmasından irəli gəlmir. Bunu fövqəladə humanitar hallar tələb edir. Birgə mədəniyyət inkişaf etdirmək və müdafiə qüvvələrinin yerləşdirilməsinə qərar vermək üçün demokratik idarəetmə qurulmalıdır. Bu, hərtərəfli dərin mədəni və siyasi düzəlişləri tələb edir. Həm Almaniya, həm də pulsuz müdafiə olunma vərdişi və Fransanın post-müstəmləkə meyli müzakirə olunmalıdır.

Bu məsələlər demokratik qurumlar və qüvvələrin ümumi istifadəsinə imkan verən qərar qəbuletmə prosesləri ilə dəstəklənən, Avropa suverenliyinin inkişafının təməlindədir. Lakin Avropa tarixi onu gətirdiyi yerdən başlamalıdır: Fransanın təhlükəsizlik siyasəti sahəsində əməkdaşlığı tələb etməsi və Almaniyanın iqtisadi siyasətlə bağlı eyni həqiqəti tanıması.

Başlanğıc vəzifələri qeyri-bərabər, təşviqedici qurumlar qeyri-kamildir. Ancaq Avropa həmişə birlikdə irəliləməyə razı olmalıdır, əks halda, qopma riski var.

 

Tərcümə: Strateq.az