XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

07 İyun 2018 - 14:57

MESSİNİN İSRAİLƏ VURDUĞU ŞAPALAQ:Qüdsdə keçirilməli olan matç niyə ləğv edilib? - ARAŞDIRMA

Mustafa Əbu Sneynə

“Middle East Eye”

 

İsrail nazirləri və mətbuatı Argentinanın Qüdsdəki futbol matçından imtina qərarına qəzəblənərək, onu antisemitizm, Fələstinin müdaxiləsi və argentinalı forvard Lionel Messiyə qarşı ölüm təhdidləri ilə əlaqələndiriblər.

Baş nazir Benyamin Netanyahu İsrail yığması ilə şənbə günü keçiriləcək matçın ləğvinə bu cür münasibət bildirib: “Biz dayanmırıq, uşaqlar”.

Prezident Reuven Rivlin bu xəbərləri “nəvələrim də daxil olmaqla, azarkeşlər üçün kədərli bir səhər” kimi təsvir edib… “amma Messidən daha böyük”.

Rivlin də Argentina yığmasının qərarının “siyasiləşdirilməsi”dən narahat olduğunu söyləyib.

Lakin mədəniyyət naziri Miri Reqev fələstinliləri müdaxilədə, 1972-ci ildə Münhendə, İsrail olimpiyaçılarının qırğını ilə müqayisə edərək, terrorizmdə günahlandırıb.

İsrailin müdafiə naziri Aviqdor Liberman Argentinanı “İsrailə nifrət… antisemit terrorist tərəfdarları”nın oyununa gəldiyini və cəzalanacağını deyib.

Argentina qəzeti “Clarin” xəbər verib ki, “Messinin təhdid olunması ilə məlumatından sonra oyunçular İsraildə oynamaq istəmədiyindən” Argentina Futbol Federasiyası bu qərara gəlib. Üstəlik, qərarın siyasi motivi və ya İsrailin Fələstini işğal etməsi ilə heç bir əlaqəsi yoxdur.

Buna baxmayaraq, fələstinli səlahiyyətlilər bu qərarın alınmasında iddia edilən rola görə İsrail mətbuatında hücumlara məruz qalıb. O cümlədən Buenos-Ayresdəki Fələstin səfiri Hüsnü Əbdül Vahid.

Yəhudi mətbuatı yazıb ki, Əbdül Vahid Fələstinin İsrailin işğalı ilə Folklənd adalarının İngiltərə işğalı arasında paralel aparıb. Argentina Folkləndi suveren ərazisi sayır, 1982-ci ildə ingilis ekspedisiya qüvvələri ilə müharibədə o, məğlub olub.

Əbdül Vahid Argentinanın İsrailin müstəqillik bayramına qatılmasının fələstinlilərin ingilis işğalını qeyd etməsinə bənzədiyini söyləyib.

Fələstin Futbol Assosiasiyasının (PFA) rəhbəri Cibril Əl-Racub da matçın ləğv edilməsi çağırışında roluna görə tənqid edilib.

Argentina 1978-ci ildə Dünya Kubokuna ev sahibliyi edib və çempionatın qalibi olub. O illərdə ölkədə hərbi xunta hökm sürür və minlərlə siyasi müxalif qətlə yetirilirdi.

“Haaretz”in iddiasına görə, Racub bir ay əvvəl Argentina Futbol Federasiyasına matçı ləğv etməyi xahiş edən məktub göndərib. Racub yazıb: “Argentina və bir sıra digər Latın Amerikası ölkələri hərbi diktaturaların futboldan sistemli insan haqları pozuntularını ləğv etmək üçün necə istifadə etdiyini yaxşı bilirlər”.

Həmçinin məktubda ayrıca matçın əvvəlcə Hayfada keçirilməli olduğunu, lakin sonra 70 illiyini qeyd edən İsraillin yubiley tədbirlərinin bir hissəsi olaraq onu Qüdsə keçirildiyini qeyd edilib.

Racub futbolun siyasətdən uzaq qalmalı olduğunu da əlavə edib.

Yəhudi “Walla” saytına verdiyi müsahibəsində o, Argentina komandasının qərarını “İsrail hökumətinə vurulmuş sillə” adlandırıb. Oyunu Yerusəlimə köçürmək, habelə Netanyahu və Reqevin Messi və digər argentinalı ulduzlarla fotoşəkil çəkə bilməsi üçün milyonlar dollar ödədiyini iddia edib. “Amma Messi və komanda İsrail faşizmi, nasizmi və irqçiliyinə şapalaq vurdu”.

İsrail səlahiyyətliləri və qəzetləri İsrailin Akademik və Mədəni Boykotu üçün Fələstin Kampaniyasının (PACBI) bu məsələdəki rolunu bilərəkdən azaldıblar, halbuki PACBI iyunun 9-a planlaşdırılan futbol matçından imtina üçün Argentina komandasını hərəkətə gətirən vasitə idi.

Çərşənbə axşamı ESPN televiziya şəbəkəsinə verdiyi müsahibəsində ölkənin ən yüksək səviyyəli oyunçularından biri olan qolçu Qonzalo İquain qərarı müsbət qarşılayıb: “Biz İsrailə getməməyin doğru olduğunu düşünürük”.

Qarşılaşma “Teddy Kollek” stadionunda keçirilməli idi. Stadion İsrail və Qərbi Şəriyyəni ayıran divarın yaxınlığındakı fələstinlilərin əl-Məlha qəsəbəsinin yerində tikilib.

İyun 16-da burada Rusiyaya yollanan İslandiya ilə də matç keçirilməlidir.

“Makor Rishon” xəbər saytı Argentina yığmasının Qüdsə gəlmədiyinə bəraət qazandırılıb. Sayt mədəniyyət və idman naziri Miri Reqevi Messi ilə fotoşəkil çəkmək üçün futbol matçının təşkilatçıları rüşvət verməkdə günahlandırılıb.

Knessetin Dövlət Nəzarəti Komitəsinin rəhbəri bildirib ki, Reqevin başçılıq etdiyi nazirlik oyunun təşkilatçılarına 2.6 milyon şekel (730 min ABŞ dolları) ödəyib. Bunun əvəzində o, İsrail və Argentina arasında keçiriləcək tədbirdə “aktiv rol” almalı, o cümlədən meydançada Messiyə əl uzatmalı və  birgə mətbuat konfransı keçirməli imiş.

İsrail mətbuatı, həmçinin keçən həftə 30 min biletin, yalnız üçdə birinin 20 dəqiqədə satılmasını da şübhəyə alıb. Nəzarət Komitəsi bilet satışı ilə əlaqədar araşdırma aparmalıdır.

“Yeş Atid” partiyasının rəhbəri Yair Lapid “biletlərin “qara bazar”da satıldığını” iddia edib.

“Yisrael Heyom” qəzeti isə Fələstin cəmiyyəti və Argentina tərəfdarlarını matçın ləğvində günahlandırıb. Qəzetin yazdığına görə, üç ay əvvəl Netanyahu Argentina prezidenti Maurisio Makriyə məktub göndərərək, matçın Qüdsdə keçirilməsini istəyib. Netanyahu və Reqev arasındakı telefon danışığında baş nazir matçın Hayfada keçirilməsi təklifi rədd edib.

Buenos-Ayresdəki İsrail səfirliyi artıq Argentinalı mətbuat vasitəsi ilə oyunu ləğvi məlumatını təsdiqləyib. O, Argentina yığmasının kapitanı və ulduz oyunçusu Lionel Messiyə qarşı “təhdidlər və təxribatlar”a görə bu qərarın verildiyini açıqlayıb, ancaq dəqiq sübut gətirməyib.

Təhlükəsizlik naziri Gilad Erdan isə İsrail radiosuna açıqlamasında “argentinalı oyunçuların Qüdsdə fiziki hücuma məruz qalacaqları”ndan ehtiyatlandığını bildirib.

 

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə