XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

09 İyun 2018 - 17:04

PAŞİNYAN OLİQARXİYAYA SAVAŞ AÇDI, SƏRKİSYANA DAŞINAN PULLARDAN DANIŞDI:“Bundan sonra xəracdan azadsınız” – Təhlil

Arşaluys Mqdesyan

EADaily.com, 08.06. 2018

 

“Xalqın baş naziri” Nikol Paşinyanın sədrliyi ilə iyunun 7-də parlamentdə Ermənistan “inqilabi hökuməti”nin proqramınn qızğın müzakirələri fonunda baş nazirin əvvəlki hökumətin dönəmində biznesmenlərin “Baqramyan 26”-ya (Ermənistanın dövlət başçısının iqamətgahının ünvanı) çamadanlarda pul gətirdikləri haqda qalmaqallı bəyanatı praktik olaraq diqqətdən yayınıb.

Paşinyan öz hökumətinin proqramı bəyəniləndən sonra parlamentdə jurnalistlərlə görüşdə bu cür bəyanatla çıxış edib. O, “Biznes ölkə rəhbərinin iqamətgahına daha çamadan-çamadan pul daşımamalıdır” deyərək, əlavə edib ki, iş adamlarilə görüşüb və onlara bildirib ki, biznes bundan belə hökumətlə işdə “korrupsiya sxemi”ndən azad olunur. Paşinyan “Mən iş adamlarından keçmişdə “Baqramyan 26”ya çamadanla pul gətirib-gətirmədiklərini soruşdum. Onlar “bəli” cavabı verdilər. Mən biznesmenlərə bildirdim: bundan sonra bu xəracdan azadsınız. İndi daha bunu etməyiniz lazım deyil. Buna görə də bu pulların hamısı büdcəyə gedəcək” deyərək ayrı-ayrı böyük biznesmenlərin müəssisələrində başlanan vergi yoxlamalarını və hökumətin biznesə münasibətdə “siyasi repressiyalara” başladığı haqda bəyanatları şərh edib.

Ermənistan Milli Təhlükəsizlik Xitmətinin (MTX) məlumatına əsasən, söhbət xüsusən də sahibkarlara milyardlarla vergini gizlətmək imkanı verən böyük supermarket şəbəkələrində üzə çıxarılan korrupsiya sxemlərindən gedir.

Göstərilən ifşalar geniş ictimai əks-səda qazanıb. Ekspert və siyasilərin bir qismi hesab edir ki, hökumət bütün ölkədə antikorrupsiya kampaniyasını güzəştsiz şəkildə davam etdirməlidir, başqa qismi ehtiyat göstərməyə çağırır, çünki iqtisadiyyatın ayrı-ayrı sektorlarında “kölgə sxemlər”in üzə çıxarılması üzrə kəskin hərəkətlər  ölkədə qiymət artımına səbəb ola bilər.

Lakin iqtisadiyyatda mənfi tendensiyaları çox gözləmək lazım gəlməyib. Ölkənin keçmiş rəhbərliyi ilə bağlı korrupsiya sxeminin aşkarlandığı 10-dan çox pərakəndə satış şəbəkəsində ərzaq malları qiymətlərinin kəskin sıçrayışı baş verib.

Baş nazir Paşinyan bu addımı şantaj cəhdi kimi qəbul edib və “qanunsuzluğun qanundan yaxşı olduğunu” sübut etmək üçün ərzağın qiymətini süni şəkildə qaldıran böyük supermarket və mağaza şəbəkələrini boykot etməyə çağırıb.

Paşinyan eyham vurub ki, əsasən, respublikaçı biznesmenlərə məxsus olan bu şəbəkələr qanun üzrə işləmək istəmir və hökumətin fəaliyyətinin bahalaşmağa apardığını əhaliyə göstərmək üçün qiymətləri qəsdən qaldırıblar. Paşinyan kəskin qıcıq verib: “Bu şəbəkələr qanunun gücünü çox tezliklə hiss edəcək. Oğruları və rüşvətxorları boykot edin”.

Biznes bu bəyanatdan bir müddət sonra hər halda geri çəkilib və yeni oyun qaydalarıyla, “inflyasiya şantajı” olmadan oynamağa hazır oduğunu bildirib. Ən böyük SAS və “İrəvan siti” supermarket şəbəkələrinin sahibləri, eyni zamanda qanunsuz deputatlar Artak Sərkisyan və Samvel Aleksanyan Respublika Partiyası parlament fraksiyasından çıxmaq haqda bəyan ediblər. Bu bəyanatlar ERP təmsilçilərinin Paşinyan hökumətini bu partiyanın üzvü olan biznesmenlərə münasibətdə repressiyalarda ittiham etməyə başlamaqda bəhanə rolunu oynayıb.

Paşinyan “Bəzi adamlar hazırda biznesmenlərə nisbətdə repressiyalardan danışırlar. Belə şey yoxdur, sadəcə, biznes və hökumət bir-birindən ayrılmalıdır və biznesə dövlət lobbinqi daha olmayacaq. Heç kim demir ki, baş nazir biznesmenləri çağırıb və bildirib ki, onlar “Baqramyan 26”ya çamadanda pul daşımamalıdır” deyərək əlavə edib ki, respublika Dövlət Gəlirləri Komitəsi qarşısında dəqiq vəzifə durur: vergilərin ədalətli yığılması və vergi sahəsində, gömrükxanada sıfır korrupsiya.

O, izah edib: “İş adamları daha deputat mandatı əldə etməyə can atmamalıdırlar, çünki dövlət onsuz da onların biznesinin təhlükəsizliyni təmin edəcək. Bundan başqa, biznesdə daha heç kim “paya” malik olmayacaq”.

Paşinyanın və rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin “qüsurlu idarəçilik əxlaqı”ndan qurtulmaq səylərini yalnız alqışlamaq olar. Lakin qəribəsi budur ki, baş nazir və komandasının təmsilçiləri (özlərinin bildirdikləri kimi) əvvəlki siyasi rəhbərliyin biznesə münasibətdə reketindən faktiki xəbər verən mötəbər məlumata malik olmaqla hüquq-mühafizə qurumlarına müraciət etmirlər. Axı Paşinyanın sözləri faktiki olaraq cinayət tərkibi haqda bəyanatdır – “rüşvət vermək və onu almaq”. İstənilən normal ölkədə hüquq mühafizəçiləri – xüsusən də Baş Prokurorluq və MTX dərhal bununla məşğul olmalıdır.

Bu arada Ermənistan Baş Prokurorluğundan EADaily-nin müxbirinə bildiriblər ki, baş nazirin bəyanatı “siyasi xarakter daşıyır” və hüquqi prosesin başladılması üçün əsas olmayıb. İdarənin mətbuat xidmətindən deyiblər: “Baş Prokurorluq göstərilən bəyanatı siyasi sayır, bununla bağlı o, hər hansı hüquqi prosesin törədilməsi üçün əsas olmayıb”.

 

P.S. Baş Prokurorluğun göstərilən bəyanatı fonunda Paşinyanın iyunun 8-də hökumət toplantısının gedişində hüquq-mühafizə qurumları rəhbərlərinin ünvanına sərt qiyməti təsadüfi görünmür – bu qiymətə əsasən, o, korrupsiya sxeminin üzə çıxarılmasıyla bağlı onların işindən narazıdır. Paşinyan bildirib: “Belə də heç nə üzə çıxara bilmirik – oğurluqlar, seçki rüşvətləri, çırpışdırmalar… Ya bu problemi siz həll edəcəksiniz, ya da mən edəcəyəm”.

Tərcümə Strateq.az-ındır.

 





Yuxarı Əvvələ Ana Səhifə