Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan Mühafizəkarlar Partiyasının sədri:"KOÇARYANIN HƏBSİ RUSİYA PLANINA XİDMƏT EDƏCƏK" - Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

14 Avqust 2018
13 Avqust 2018

Digər Xəbərlər

13 İyun 2018 - 17:27

İRAN ABŞ-İSRAİL TAKTİKASINI ALT-ÜST EDİR:Ölkənin daxilində və xaricdə Tehrana dəstək dalğası yüksəlir – ARAŞDIRMA

Sergey Şəkəryants

regnum.ru, 12.06.2018

 

İranda həm birbaşa “kortəbii qiyamlar”ı qızışdırmaq, həm də ölkə xaricindən İran cəmiyyətinin bütövlük və sabitliyini sarsıdacaq  ünsürlər gətirmək cəhdlərinə qarşı durmaq üzrə bir-birini tamamlayan kompleks tədbirlərin uzunmüddətli perspektivə yönəlik proqramına  hazırlıq görürlər.

5 iyundan sonra şübhə yoxdur ki, İslam Respublikasının düşmənləri təxribat əməliyyatlarının xarici basqıyla calaşdırılımasına əl atacaqlar. İsrail kəşfiyyat naziri İsrael Kats həmin gün  KİV-lər qarşısında çıxış edərkən bildirib ki, İran “ölkəni nüvə silahıyla silahlandırmaq imkanı ilə nəzarətedilməz zənginləşdirmə sxemi”ni idarə edib.

O, “İranlılar indi təslim olmazsa və buna dönməyə çalışsalar, müttəfiqlərin İslam Respublikasına qarşı bəyanatla çıxış etməyi lazım gələcək” deyərək, əlavə edib ki, bu bəyanat iranlıları “onlara qarşı hərbi koalisiya formalaşacağı” ilə təhdid edəcək.

İsrail naziri deyib – İran “hərbi uranın” zənginləşdirilməsinə qayıdarsa, ABŞ prezidenti və bütün Qərb koalisiyasının aydın bəyanatı olmalıdır. O, əlavə edib: “Ərəblər və İsrail də mütləq orada olacaqlar”.

Beləliklə, Təl-Əviv NATO-nun bütün üzvlərini, yəni Türkiyəni də yeni antiiran koalisiyasına daxil olmağa məcbur etmək niyyətindədir  – hələ Fars körfəzinin oyuncaq monarxiyalarını demirik, Tehranla yeni qarşıdurmaya getməyə razılaşmayan təkcə Qətərdir, Oman isə birbaşa antiiran aksiyalarından həmişə çəkinib.

İsrail kəşfiyyat nazirinin bəyanatı İsrail baş naziri Benyamin Netanyahu Avropa liderlərini ABŞ-ı izləməyə və İranla nüvə sazişini pozmağa inandırmaq üçün Avropa səfərinə yollanarkən meydana çıxıb. Bu, İranın hazırda gələcək saziş haqda müqavilə imzalayan başqa tərəflərlə danışıqlar aparanda baş verir. Tehran bildirib ki, avropalılar ABŞ olmadan sazişin əvvəlkitək İranın maraqlarını qoruyacağına zəmanət verərlərsə, Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) çərçivəsində qalacaq.

Digər tərəfdən, Katsın bəyanatı ayətullah Seyid Əli Xameneinin İslam Respublikasının qurucu atasının ölümünün 29-cu ildönümüylə bağlı mərasimə qatılmaq üçün ölkənin hər yerindən İmam Xomeyninin məqbərəsinə yığılan yüzlərlə iranlıya müraciətindən sonra səslənib. Mərasimdə yüzlərlə əcnəbi qonaq, o cümlədən alimlər və araşdırıcılar, 300-dən çox xarici jurnalsit iştirak edib. O, tədbir iştirakçılarına üz tutaraq İmam Xomeynini ilk şiə imamı Əliylə tutuşdurub və deyib: “İmam Xomeyni düşmənlərə heç vaxt inanmayıb və inanıb ki, Allah xatirinə hərəkət edirsinizsə, heç vaxt heç nə itirə bilməzsiniz. Biz İmam Xomeyninin mirasına uyğun hərəkət etməliyik”.

İslam Respublikasının lideri ölkənin uğurlarından danışarkən qeyd edib: “Düşmənlər İran millətinin tərəqqisini heç vaxt durdura bilməzlər”.

İran lideri ABŞ-ın JCPOA nüvə sazişindən çıxması və İrana basqı üçün düşmənlərin göstərdiyi səylərdən danışarkən əlavə edib ki, düşmənin İslam Respublikasına qarşı tədbirləri  göstərir ki, onlar nə qədər fədakarlıqla İrana qarşı dururlar və bu, düşmənin güc əlaməti deyil. O, habelə bildirib: “İranın atom enerjisi üzrə təşkilatı nüvə sazişinə (JCPOA) uyğun olaraq zəngiləşdirici gücü 190 min ERP-ədək modernləşdirməyə hazırlaşmalıdır”.

İranın atom enerjisi üzrə Təşkilatının (İAET) təmsilçisi Bəhruz Kamalvəndi ayətullahın çıxışının ardınca məlumat verib ki, İran yeni sentrifuqaların istehsalına başladığı haqda  MAQATE-ni məlumatlandırmaq qəsdilə bu təşkilata məktub göndərib. O bildirib: “MAQATE-yə məktubda məlumat vermişik ki, uf4 və uf6 sentrifuqalarının istehsalı üçün gərəkən gücü möhkəmləndirmək və sentrifuqa rotorlarının hazırlanması üçün zavodun istehsalı və yığılması üzrə ilkin addımlar atmaq niyyətindəyik”.

İAET rəhbəri Əliəkbər Salehi həmin gün bəyan edib ki, İran liderin göstərişlərinə əməl edərək iyunun 6-da Natanzda yeni sentrifuqaların istehsalına başlayacaq. O, JCPOA-nın “təhrif edilmiş formasını” qəbul etməkdə istənilən imkanı  rədd edərək deyib: “Biz JCPOA-ya əməl edib eyni zamanda ABŞ sanksiyalarına görə əsas məsuliyyəti daşıya bilmərik”.

Bu cür sarsılmazlıq yalnız İran hakimiyyəti və ali ruhanilərinin ölkə əhalisinin böyük çoxluğunun İİR-in daxili problemləri nə qədər mürəkkəb olsa da, cari xarici siyasətin davam etdirilməsi və gücləndirilməsi uğrunda birmənalı çıxış etdiyinə əmin olduğu halda mümkündür. Həm hökumət, həm də ruhanilər buna dəqiq əmindirlər ki, xalq anlayır: bu daxili çətinliklər ABŞ və İsrail başda olmaqla məhz Qərbin (AB, NATO və s.) azğın antiiran kursunun nəticəsidir.

İranın bir çox tələbə təşkilatları Donald Trampın məlum bəyanatı və yeni antiiran sanksiyaların elanına  cavab olaraq mayda ölkədə uranın zənginləşdirilməsinin yenilənməsinin lehinə imza toplamağa başlayıb. Mayın 29-da ayətullah Xameneinin universitet tələbələri və tələbə birlikləri təmsilçilərilə birbaşa görüşü olub. Görünür, Xamenei və tələbələr, belə deyək, “saatları yoxlamaq” və eyni zamanda həm də, bir növ, bir-birinin qarşısında hesabat verməyi qət ediblər.

Xamenei qeyd edib ki, tələbələr İslam inqilabının məqsədlərini yerinə yetirməyi davam etdirməlidirlər: “İslam inqilabından sonra inqilabi qüvvələrdə yalan bir güman vardı ki, inqilab Təsisat formalaşana qədər sürəcək və bu hədəfə yetəndən sonra inqilab bitəcək. Lakin hər bir inqilab beş mərhələdən ibarət olur: hər bir inqilabın birinci mərhələsi qələbədir. İkinci mərhələ – inqilabi hökumət vasitəsilə dəyər və idealların gerçəkləşdirilməsi, sonra isə dəyərlərin inqilabi cəmiyyətdə gerçəkləşdirilməsi və nəhayət, sonuncu mərhələ – islam və ya inqilabi sivilzasiyanın formalaşdırılmasıdır”.

İslam Respublikası lideri əlavə edib ki, bu ideallar qısamüddəıtli perspektivdə gerçəkləşməyəcək və bu ideallar gerçəkləşdənədək inqilab saxlanmalıdır. Ayətullah Xamenei “milli dayanıqlıq”, “siyasi, iqtisadi və mədəni müstəqillik və azadlığı” islam təsisatının ideallarından biri kimi təsvir edib.

Bir çox ölkə və xalqlar üçün maraqlı və yeri gəlmişkən, faydalı olan budur – ayətullah Xamenei sonra vurğulayıb ki, daxili problemlər ABŞ və Böyük Britaniya üzündən meydana çıxmayıb, lakin “ölkənin əksər problemlərinə xarici amillər baisdir”: “Bu problemlərin çoxunun daxili səbəbləri olsa da, düşmənlər bundan öz siyasi maraqlarının ödənilməsi üçün istifadə edirlər”.

Bax, belə bir açıq söhbət – qeyd edək ki, İranın ali vəzifəli və ruhani simasıyla İranın tələbə gəncliyi arasında…

Nəticə kimi – iyunun 8-də İranın 900-ə yaxın şəhəri (!) Qəzzanın müdafiəsiz Fələstin əhalisinə dəstək üçün xalq mitinqlərinin şahidi olub. Cəmiyyətin bütün zümrələrindən milyonlarla iranlı bütün ölkə boyu şəhər küçələrinə çıxıb ki, İsrail işğalı və təcavüzü, xüsusən də Qəzzada bu yaxınlarda fələstinlilərə divan tutulması ilə mübarizədə məzlum Fələstin xalqına tam və sabit dəstəyini sərgiləsin.

İsraillilərin və Qərbin bir sıra KİV-lərinin öz “peyğəmbərlik”lərində davam etdiyi kimi, əgər həm ayətullah Xamenei “tezliklə ölməlidir”sə, həm də “mollalar rejimi çox keçmədən çökəcək”sə, hökumətin, ruhanilərin və ictimaiyyətçilərin Beynəlxalq Qüds Gününü qızğın keçirmək çağırışlarına bu qədər fəallıq və hazır olmaq haradandır?

Beynəlxalq Qüds Günü  – İsrailin Beytül-Müqəddəsi (Müqəddəs Evin) işğalına müqavimətə həsr edilən illik tədbirdir. Ramazanın son cüməsində bütün dünyanın müsəlman ölkələrində, xüsusən İranda, habelə xeyli sayda qeyri-müsəlman dövlətlərində antisionist mitinq və nümayişlər keçirilir. Bu tarixi 1979-cu ildə İran İslam Respublikasınınm mərhum lideri ayətullah Ruhulla Xomeyni fələstinlilərlə həmrəyliyin ifadəsi kimi və Müqəddəs Qüdsün dünya müsəlmanları üçün önəmini vurğulamaqdan ötrü təyin edib. Nümayişçilər Tehranda məhz Tehran universitetində cümə namazı yerinə – İranın tələbə fəallığı qalasına toplaşıblar.

“İntifada və Qüds” mənzil-qərargahının başçısı, İİKK briqada generalı Ramazan Şərif bildirib ki, bu il 5300-ə yaxın iranlı və xarici jurnalist, o cümlədən 160 əcnəbi fotojurnalist və reportyor İranda Beynəlxalq Qüds Gününü işıqlandırıb. Təkcə Tehranda mitinq və yürüşlərə 5 milyon adam qatılıb. Əmin deyilik ki, bu gün hansısa ölkədə və hansısa səbəbdən öz hökumətinin xəttini dəstəkləyən bu qədər adam küçə və meydanlara çıxa bilər…

ABŞ və İsrailin İrana qarşı taktikasının hələlik yalnız uğursuz nəticələr gətirdiyini qeyd etməsək, yekun tam olmayacaq. Bu, hətta onunla da nəzərə çarpır ki, mayın sonunda ABŞ-ın 5000 professoru, eksperti və siyasətçisi istənilən məhkəmədə İrana dəstək üçün çıxış etməyə hazır olduğunu ifadə edib:“Biz İran hökumətini təkidlə Deniels məhkəməsinin qərarından şikayət üçün mayın 28-i bitənədək hüquq komandası yığmaq istiqamətində “9/11 təhqiqatı üzrə hüquqşünaslar Komitəsi”ndən İran İslam Respublikasına yardım edə biləcək cənab Mik Harrisonla əlaqəyə girməyə çağırırıq”.

ABŞ Nümayəndələr Palatası mayın sonunda yekdilliklə ABŞ-ın 2019-cu il milli müdafiə büdcəsinə Konqresin təqdiri olmadan İrana qarşı istənilən  müharibənin elan edilməsini yasaqlayan düzəliş edib. Demokrat Kit Morris Ellisonun təklif etdiyi və bir sıra başqa demokratların, habelə respublikaçı deputatların dəstəyini alan düzəliş həmrəyliklə bəyənilib. Sonradan iyunda beynəlxalq KİV-lər xəbər verib ki, İsrail baş naziri Netanyahu Böyük Britaniyanı İranla nüvə sazişindən çıxmağa inandırmağa nail olmayıb. Avropa Komissiyası isə AB firmalarına ABŞ-ın İran sanksiyalarına əməl etməməyə icazə verən qanun qəbul edib. Daha bir zərbəni FransaMAQATE vurub. Emmanuel Makron bildirib ki, İranın nüvə sazişini pozduğunun heç bir nişanəsi yoxdur, agentlik isə Avropa komissarı Federika Moqerininin  mətbuat katibi Mayya Kosyançiçlə  birlikdə vurğulayıb ki, İranın bəyan etdiyi uranın zənginləşdirilməsi üzrə gücün artırılması niyyəti nüvə sazişini pozmayıb.

NATO-nun baş katibi Yens Stoltenberq isə alman dərgisi “Der Spiegel”lə söhbətdə, əslində, İsrailin kəşfiyyat naziri Katsa cavab verib – İsrail NATO-nun üzvü deyil, tərəfdaşıdır, NATO-nun təhlükəsizlik zəmanəti isə  Təl-Əvivə tətbiq edilmir. Alyans bununla da eyham vurub ki, İranın hər hansı mümkün hücumu və yaxud İsrail təcavüzündən sonra Tehranın cavab hərəkətləri zamanı NATO İsraili müdafiə etməyəcək.

Amerika-İsrail taktikası İranın daxili-siyasi səhnəsində də bəhrə gətirmir. Təcrübəli mühafizəkar Əli Ərdəşir Laricaninin Məclisə yenidən spiker seçilməsi isə – özü də üç “islahatçı” ilə rəqabətdə – göstərir ki, əks effekt işə düşüb.

Yekun vururuq:

1) İranda “vətəndaş itaətsizliyi”nin yeni təzahürü haqda məlumatlar təsdiqini tapmır;

2) ABŞ və İsrail basqısı İranda mühafizəkar siyasətçilərin mövqeyinin tədricən bərpasına şərait yaradır;

3) Vaşinqton və Təl-Əvivin hədə və şantajları beynəlxalq qurumları inandırmır;

4) ABŞ daxilində antiiran məstliyində Tramp administrasiyasına üz verməmək tendensiyaları artır;

5) İran tələbəliyinin təşəbbüsləri və Qüds günündə kütləvi aksiyalar həm hökumətin xalqla əlaqəsini, həm də İranın gənc nəslinin İslam inqilabı ideologiyasından geri çəkilməməyə hazır olduğunu təsdiq edir.

Tərcümə Strateq.az-ındır.