Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

08 İyul 2018 - 12:08

YAXIN ŞƏRQ DAHA BİR FACİƏYLƏ ÜZ-ÜZƏ:sivilizasiyanın beşiyi sürətlə quru səhralığa çevrilir - ARAŞDIRMA

Avigdor Eskin

Regum.ru, 07.07.2018

 

Ötən həftə Tehranda xalq qəzəbinin dalğaları cənubda Xürrəmşəhrə keçib. İran ali lideri ayətullah Əli Xamenei tələm-tələsik ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin fitnələrinə işarə edib, lakin rejim düşmənlərini günahlandırmaqda bu cəhd baş tutmayıb. Cənubdakı etirazlar heç də Amerika liberalizmi, Səudiyyə vəhhabiliyi, ya da İsrail sionizmiylə həmrəyləşmək cəhdi deyil,  su qıtlığıyla bağlıydı.

Amma madam ali lider deyib ki, başqa cür ola bilməz, deməli, ola bilməz. İran mülki müdafiəsinin komandanı Qulamrza Cəlali iki gün əvvəl ağıl sarsıdan bəyanatla çıxış edib: “İranda iqlim dəyişiklikləri şübhə doğurur. İqlimin dəyişilməsinə səbəb olan xarici müdaxilə göz qabağındadır. İsrail bölgənin daha bir dövlətiylə əlbirlikdə elə edir ki, İrana gələn buludlar yağış axıtmasın, bundan başqa, təkcə yağışımızı deyil, qarımızı da oğurlayırlar”.

Bu, nə lətifə, nə də “lüləkdə su yoxdursa, deməli, cuhudlar içiblər”i farssayağı bəzəmək cəhdidir. İran kreativ düşüncəsinə canlı örnəkdir. Qəribədir, amma Qərb mətbuatı son dövrlərə qədər Yaxın Şərqdə çox ağır su böhranını müzakirədən əksərən yayınıb. Rusiya mətbuatı da bu ehtiraslar predmetinə və əhalinin köçünə nadir hallarda müraciət edib. Adamlar xroniki quraqlıq rayonlarını tərk edir və böyük şəhərlərdə sığınacaq axtarırlar. Kənd təsərrüfatı fəlakət qarşısında durub. Aclıq qapıları döyür. Bu cür davam edərsə, Avropa İran, İraq, İordaniya, Türkiyə, Suriya və Misirdən on milyonlarla qaçqına hazırlıq görməlidir. Ekoloji fəlakət bu ölkələri bürüyərək növbəti savaş və kütləvi mühacirətə səbəb ola bilər. Əyanilik üçün: Bağdad rayonunda Dəclə çayını artıq dayaz yerdən keçmək mümkündür.

Qədim Bibliya sivilizasiyası məhz Dəclə və Fərat çaylarının mənsəbində doğulub. İndi su axtarışıyla oradan qaçırlar. Su ehtiyatlarına ən məsuliyyətsiz yanaşmanın son biabırçı timsalından başlayaq. Bu, İraqla sərhədin yanında Türkiyənin Dəclə çayı üzərindəki bədnam İlisu bəndidir.  Dəclənin uzunluğu 1850 km təşkil edir. Başlanğıcını Türkiyədə Tavr dağlarından götürür, sonra isə İraqın cənubi-şərq hissəsiylə axır və Fərat çayı ilə birləşir. Son həftələr ərzində suyun səviyyəsi yarım dəfədən çox düşəndən sonra Dəclə çayında gil sahələr ortalığa çıxıb. Türkiyənin su toplamasının birbaşa nəticəsi. Yağış suyu İraqın bütün su ehtiyatlarının cəmi 30%-ni, İran və Türkiyədən gələn  çayların suyu 70% təşkil edirsə, fəlakətin miqyasını təsəvvür edin.

Bu il İraqın sərəncamında hələlik 17 milyard kubmetr su ehtiyatı var, bu da ölkəyə çox deyil, bu ili keçirməyə yardım edər. Növbəti il İraq üçün fəlakətli olacaq. Amma İraq suvarma və su ehtiyatları nazirliyi kəndlilərə yay əkini keçirməyi artıq indidən qadağan edib. Bəs düyü, buğda səpilməsə, adamlar nə yeyəcəklər? Bəs pambığın becərilməsi? Nazirlik təmsilçisi Cəfər Abdulla birbaşa deyib ki, əkinlər iki dəfə azalacaq.

Fəlakətlərin başqa bir səbəbi yağış və çaylardan asılı olan bölgə sakinlərinə ağır təsir edən iqlim şəraitinin dəyişməsilə bağlıdır. Əhali artımı, təbii qaynaqların təbii dolumunun olmaması şəraitində  bütünlükdə su istehlakının genişlənməsi. Amma başlıca səbəb hökumətlər tərəfindən başısoyuqluq, despotizm və “lap bizdən sonra daşqın olsun” psixologiyası və yaxud quraqlıq. Məsəlçün, Suriya hökuməti kənd sakinlərini pambıq əkməyə hər cür təhrik edib. Bu isə suyun xüsusən böyük istifadəsini tələb edir.

Kənd sakinləri o zaman özləri hər yerdə və sanksiyasız artezian quyuları vurmağa başlayıblar, bu isə süxur sularının səviyyəsinin azalmasına səbəb olub. Yeri gəlmişkən, Tehran ildən ilə bu cür “çökür”…

İngiltərədə hələ 2012-ci ildə İraqda ekoloji fəlakət xəbərdarlığı edən araşdırma aparılıb. Belə çıxır ki, Türkiyə və İran bu ölkəyə axan çayları bağlayır. Deməli, məsələn, İran Dəclənin şərq qollarından su vurur. Nəticədə İraqda içməli su həcmi 20% azalıb.

İranın özündə böhranlı durumların idarəsi, metereologiya və quraqlıqla mübarizə Milli Mərkəzinin başçısı Şahrux Fatih hələ bir il qabaq bəyanatla çıxış edib ki, İranda ərazinin 97 faizi quraqlığın təsiri altındadır. İran rəhbərliyi ölkənin fəlakətli ekoloji durumundan xəbərdardır. Bu, təkcə su ehtiyatlarının qıtlığı deyil, həm də havanın çirklənməsidir. İİR hökuməti quraqlıqla mübarizəyə vəsait ayırmağa başlayıb, amma indiyədək bu yöndə uzunmüddətli fəaliyyət haqda qərar alınmayıb.

Biz bölgəni bürüyən fəlakətə dedikcə ümumi  və səthi toxunduq. Kim zəmanət verə bilər ki, orada su ehtiyatları uğrunda mübarizə açıq müharibələrə səbəb olmayacaq? Xüsusən də yuxarıda adı çəkilən ölkələr arasında ənənəvi qarşılıqlı düşmənlik münasibətləri nəzərə alınmaqla.

Taleyin kinayəsidir, amma bu gün suyun şirinləşdirilməsi, təmizlənməsi və təkrar istifadəsi üzrə texnologiyalarda dünya liderlərindən biri məhz İsraildir. İsrailin bu ixtiraları qonşuları fəlakətli durumdan çıxarda bilərdi. Belə çıxır ki, indi təkcə İsrail Avropanı on milyonlarla mühacirdən xilas edə bilər. Total su qıtlığı – müharibə və kütləvi mühacirətə yoldur.

İsrail baş naziri Netanyahu bu günlərdə İran xalqına bu məsələ üzrə müraciətlə çıxış edərək konkret yardım təklif edib. Kimsə bunda siyasi və təbliği gediş görür. Qoy olsun. Amma qoy bu cür siyasət buna gətirsin ki, bütün bölgə İsrailə – çiçəklənən səhraya bənzəsin. Amma sivilizasiyanın çiçəklənən beşiyindən səhraya dönməsin.

Tərcümə Strateq.az-ındır.