Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 İyul 2018 - 16:25

KOSOVO “XRİSTİAN KLUBU”NA DAXİL EDİLƏCƏKMİ? –Kiçik Balkan ölkəsi müsəlman mənşəyini itirməyə belə hazırdır - TƏHLİL

Ceyms Raynl

“Middle East Eye”

 

ABŞ-ın sabiq prezidentlərinə Karaçi və ya Qahirə küçələrində nadir hallarda ehtiram göstərilir. Müsəlman dünyasının ucqarı sayılan Kosovoda – kiçik Balkan bölgəsində isə bu, çox qabarıqdır.

Paytaxt Priştinadakı köhnə meydanda arkanzaslı Bill Klintonun 3,5 metrlik heykəli ucalır. Başqa bir abidə Corc Buş küçəsinin tinində yerləşir.

NATO-nun hərbi əməliyyatlarından 19 il və serblərin törətdiyi qırğınlardan 10 il sonra belə Kosovoda zolaqlı amerikan bayraqları dalğalanır.

“Middle East Eye”-a danışan baş nazir Ramuş Haradinay kosovoluların Yaxın Şərqdəki müsəlman qardaşlarından çox “fərqli bir dünya”da yaşadığını vurğulayıb.

“Biz Avro-Atlantik millətik”, – deyən Haradinay hələ də Kosovo Azadlıq Ordusunun (KAO) üzvüdür və 1998-1999-cu illərdə serb-Yuqoslav qüvvələrinə qarşı döyüşlərin sağ qalmış qəhrəmanıdır. “Mən albanam. Müsəlman deyiləm. Din mənsubiyyət əsas deyil, həqiqət biz 2000-dən çoxdur ki mövcuduq, uzun müddət xristian olaraq yaşamış və Osmanlı dövründə İslam dinini qəbul etmişik”.

Bu sayaq açıqlamalar Kosovo müsəlmanlarının əksəriyyəti üçün mövcud tendensiyanın inkarı sayılmır. Ölkənin 1,8 milyonluq əhalisinin 90 faizi Kosovo albanı və müsəlman olsa da, dünyəvi təşkilatlar, Yaxın Şərq bölgələrindəkindən fərqli olaraq, şəriət qaydaları və İslam hüququna iştahasızdır.

Bir təhlilə əsasən, bu, yalnız mədəni meylidir. Kosovolular NATO və Avropa İttifaqına üzv olmağa talib və xristian kökləri olan ölkələrin klubuna daxil olmaqla, İslam kimliyini itirə bilərlər.

Türkiyənin təcrübəsi bu sarıdan müstəsna nümunədir. Ankarada və Aİ 2005-ci ildən açıq üzvlük müzakirələri aparır, ancaq 81 milyon müsəlman əhalisi olan ölkə xristian klubundan getdikcə uzaqlaşır.

Bəzi müsəlman hüquq müdafiəçilərinin fikrincə, bu, Aİ üzvlərinin İslama qarşı düşmən münasibəti və Türkiyə, Kosovo və Balkanların digər dövlətlərində olan milyonlarla müsəlmanı öz sıralarına qəbul etməmək istəyindən irəli gəlir.

Onlar 2004-cü ilə aid “WikiLeaks” sənədinə işarə edirlər. Həmin sənəddə tezliklə Papa XVI Benedikt olmuş kardinal Ratzinger müsəlman dövlətinin Aİ-yə üzv olmasına icazə verməmək və Avropanın “xristian kökləri” barədə müddəanı Konstitusiyalara daxil etmək barədə açıqlaması yer alıb.

Avropanın populist siyasətçiləri, söhbət Aİ-nin cənub-şərqə genişləndikdən düşdükdə, tez-tez müsəlman miqrantların dalğasından xəbərdarlıq edirlər. 2016-cı ildə Böyük Britaniyanın “Brexit”pərəst kampaniyası zamanı Naycel Farac “İslamçı və avtoritar” Türkiyənin Aİ blokuna daxil olması ilə milyonlarla miqrant axını və terror hücumlarının öncəgörməsini verib.

Bolqarıstanda yerləşən düşüncə quruluşu – “Xarici Əlaqələr Şurası”nın analitiki Vessela Çerneva Avropanın əksəriyyətində antimiqrant ritorikanı etiraf edir, lakin bunun Avropa siyasətinin ana xəttindən kənarda qaldığını söyləyir.

Çerneva Aİ-yə üzv olan Bolqarıstanda əsrlər boyu müsəlman azlığını mövcudluğuna, Fransanın böyük müsəlman icmasına və 2015-ci il qaçqın böhranı zamanı Almaniya kansleri Angela Merkelin ölkə qapılarını suriyalılar, əfqanlar və s. açdığını qeyd edib.

“Avropa bunun öhdəsindən gələ bilər”, – Çerneva “MEE”-yə bildirib. O  əlavə edib ki, din “hər kəsin qanun qarşısında bərabər olduğu liberal demokratiyanın” inkişafına sadiq olan Aİ prinsipləri üçün paradoksdur.

Buna görə də, Çerneva Kosovonun Avroklub üçün yaxşı bir uyğunluğu ola biləcəyini söyləyir. Delaver ştatı ölçüsündə olan qismən tanınmış, dənizə çıxışı olmayan, dağlıq respublika artıq dünyəvi təşkilatlarla sıx bağlıdır.

“Din, əslində, heç vaxt güclü xüsusiyyət olmayıb, Kosovo hər zaman ateist dövlət olub, Balkanlardakı müsəlman cəmiyyətlərinə din qaytarmaq uğrunda bəzi yenilənmiş cəhdlər var, lakin bu həlledici faktor deyil”, – Çerneva “MEE”-yə bildirib.

Analitikin fikrincə, Kosovonun Avropa inteqrasiyasında dinə nisbətən daha böyük maneə var. Priştina 28 Aİ üzvündən 23-ü də daxil olmaqla, 115 hökumət tərəfindən tanınıb, lakin onun Birləşmiş Millətlər Təşkilatına üzvlüyü Serbiyanın müttəfiqləri Rusiya və Çin tərəfindən bloklanır.

Albaniya, Bosniya, Kosovo, Makedoniya, Çernoqoriya və Serbiya Aİ-yə qatılmağa ümidlidir. Serbiya və Çernoqoriya ilə üzvlük müzakirələri aparılır. Belqrad 2025-ci il hədəfinə çatmaq istəyirsə, Kosovo – ayrılmaz əyaləti ilə müqavilə imzalamalıdır.

Brüssel Kosovonun müstəqilliyini tanımaq üçün Serbiyaya təzyiq göstərsə də, eyni zamanda, Priştinanı korrupsiya və qohumbazlıqla mübarizəyə, KAO-nun hərbi canilərinin təqib etməyə və serb azlığın (əhalinin 4%-i) qoruduma təhrik edir.

Şimaldakı Mitrovica şəhərindəki serb hüquqlarını müdafiə edən “Aktiv”in icraçı direktoru Miodraq Miliceviçin fikrincə, serblərin və kosovolu albanlar arasında gərginlik ölkənin ən böyük təhdididir.

Serb əhalisi olan şimal bölgələrində aparılmış bir araşdırmada respondentlərin 90 faizi ölkənin pis istiqamətdə hərəkət etdiyini və önümüzdəki beş il içərisində xaricə köçlə əhalinin təxminən yarıyadək azalacağını söyləyib.

Miliseviçin sözlərinə görə, din fərqlər İslam və serb pravoslav kilsəsi arasındakı gərginliklərdən daha çox milli kimliyə görə ayrı-seçkilikdən, müharibə cinayətlərindən şikayətləri çoxaldır.

“Bu cür kövrək və qeyri-sabit mühitdə gələcəyinizi düşünmürsünüz, vəziyyətin uzun illərdən sonra yaxşılaşmadığını görüb, Kosovoda qalmaqdan daha çox miqrasiya etməyi ağlınızdan keçirirsiniz”.

Tərcümə: Strateq.az