Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

06 Avqust 2018 - 13:55

“CƏBHƏDƏ ATIŞIRLAR, NATO TƏLİMİNDƏ İSƏ TƏRƏFDAŞDIRLAR” –Rusiya Cənubi Qafqazda gedən proseslərdən çox narahatdır

Stanislav Tarasov

regnum.ru, 05.08.2018

 

Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova NATO-nun Gürcüstanda keçirilən “Noble Partner” (“Layiqli tərəfdaş”) birgə təlimlərini sıradakı şəkildə şərh edib: “Biz bununla razılaşa bilmərik ki, bu təlimlər Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradır. Bu təlimlərin əsil məqsədi Abxaziya, Cənubi Osetiya və Rusiyaya güc basqısı törətməkdir. Təəssüf doğurur ki, Gürcüstanla qonşu ölkələr bu şübhəli tədbirə cəlb olunub”.

Gürcüstanla bağlı hər şey sanki aydındır, o, var gücüylə NATO-ya can atır. Lakin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verildiyi kimi, Bakı “səhra şəraitində NATO standartlarının tətbiqi,  NATO/SNT ölkələrilə qarşılıqlı fəaliyyətin məşqi və təkmilləşdirilməsi məqsədilə rota səviyyəsində” bu təlimlərə ilk dəfə qatılıb.

İndi də Bakının öz siyasətini haşiyələdiyi söz fəndgirliyi haqda. Qərbi Kaspi  Universitetinin professoru Fikrət Sadıqov sıradakı saqadan xəbər verib: guya “Azərbaycan Şimali Atlantika alyansına can atmaq və bu məsələni sürətləndirmək üçün deyil, tarazlaşdırılmış çoxyönlü xarici siyasət həyata keçirdiyi” üçün təlimlərə qatılıb ki, “ölkənin ərazi bütövlüyü təmin edilsin”.

İrəvana gəlincə, Sadıqovun  fikrincə, “Ermənistanın yeni rəhbərliyi iki kürsüdə əyləşməyə cəhd edərək birmənalı şəkildə vurnuxur, yeni baş nazir Paşinyan isə Brüsselə gedir, Avropa dövlətləri başçılarının, ABŞ prezidentinin qılığına girir, çox şeylər vəd edən, Rusiya-Ermənistan münasibətlərinə zidd gedən və bu tərəfdaşlıq əlaqlərinin maraqlarına cavab verməyən müsahibə verir”.

Öz tərəfimizdən şərh edək ki, KTMT üzvü İrəvan bu təlimlərdə guya cəmi dörd zabitlə təmsil olunub. Amma bu, prinsipcə heç nəyi dəyişmir. Fakt budur ki, Ermənistan NATO-nun hərbi təlimlərinə qatılıb və bu, Rusiya XİN tərəfindən uyğun dəyərləndirilib. Hətta Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttində bir-birinə qurğuşun yağdıran Azərbaycan və Ermənistan hərbçiləri NATO-nun aşkar antirusiya meylinə malik təlimlərində tərəfdaş kimi çıxış edirlər. Bu paradoksu kim və necə izah edər və Bakıyla İrəvan iki kürsüdə əyləşməyə, demək olar, eyni cür cəhd və az qala, eyni sözlərlə onu “dost tərəfdaşlıq münasibətləri”nə əmin etdiyi halda Moskva necə hərəkət etməlidir? Buna görə də, fikrimizcə, söhbətin bölgəsəl təhlükəsizliyin təminatından getdiyini bəyan edərək Gürcüstana sarı irəliləməklə Ermənistandakı Rusiya hərbi bazasının hərbi təlimlərinə başlamaq məntiqli olardı. Amma Ermənistanın yeni hakimiyyəti bunun üçün əlverişsiz şərait yaradıb. Çarəsiz qalmışıq. Əgər KTMT üzvü Ermənistan və Gürcüstanda NATO təlimlərinə ilk dəfə qatılan Azərbaycan təkcə NATO bayrağı altında birgə görünmək deyil, həm də Rusiyaya münasibətdə ikili siyasi standartlardan istifadə etməyə başlayıbsa, bu bildirir ki, Moskvanın bu bölgədəki siyasətinin əvvəlki resursu tükənib. Bununla bağlı İldırım Bəyazit adına universitetin professoru, Rusiya Araşdırmaları İnsitutunun başçısı Salih Yılmazın yazdığı kimi, Rusiya “Ermənistanda arxa cəbhədən zərbə alıb, ABŞ isə Paşinyanın hakimiyyətə gəlişilə özünə taktiki üstünlük təşkil edib”.

Düzdür, İrəvan, Tiflis və potensialca Bakının necəsə bir “Qərb oxu” qurmağa səy göstərdiyi haqda fərziyyələr olduqca cürətli görünür. Yaxşı nəticəni də istisna etmək olmaz – Paşinyan və komandasının bütün hərəkətlərini hələlik təcrübəsizlikdən savayı heç nə ilə izah etmək istəmirsən. Amma Cənubi Qafqazdakı hadisələrin gedişatı gözlənilənliyi tərgidir və orada ən inanılmaz ssenarilər mümkündür.

Tərcümə Strateq.az-ındır.