XƏBƏR LENTİ

11 Dekabr 2018

Digər Xəbərlər

06 Avqust 2018 - 16:24

GEC EVLƏNƏN, UŞAQ SAHİBİ OLAN, VALİDEYNLƏRİ İLƏ YAŞAYAN ÜMİDSİZ ORTABAB AMERİKALILAR –ARAŞDIRMA

Robert C. Samuelson

“Washington Post”

 

Bir çox amerikalı arasında hər bir gələcək nəslin öz sələfindən daha yaxşı yaşayacağı – aksiomdur. Əksəriyyət əmindir ki, yeni texnologiyalar, daha çox səmərəlilik və coşqun ruh bizi daha yüksək həyat standartları ilə mükafatlandıracaq. Periodik büdrəmələr ola bilər, lakin uzunmüddətli trayektoriya üzüyuxarıdır.

Bu bolluğa – gələcəyə sahib olmağa ən çox zəmanəti olan insanlar günümüzün yuxarı-orta sinfin uşaqlarıdır. Onların bütün üstünlükləri var: qayğıkeş valideynlər, yaxşı məktəblər, kollec təhsili və əmək bazarı ilə əlaqələr.

Bu, açıq-aydın hikmətdir. Məsələni xırdalamağa ehtiyac varmı?

Əgər yuxarı-orta səviyyəli valideynsinizsə, mənim kimi, gerçək dünyanın ssenariyə görə irəliləmədiyini aydın şəkildə görməlisiniz.

Bir çox gənc amerikalı arasında aşağı mobillik var. Uşaqlar (və valideynləri) onları nə gözlədiyini bilmirlər. Hətta onlar (bir çoxları) indi zəngin olsa da, gələcəkdə gəlirləri azala bilər.

Trayektoriya həmişə yuxarı uzanmır. Valideynlər isə uşaqlarının taleyindən narahatdırlar.

Qismən bu, 2007-2009-cu illərin Böyük Resessiyasının (Qlobal Maliyyə Böhranıtərc.) və böyük iş itkisinin yaddaşdakı əksidir. Əslində isə daha böyük təəssüratın.

Ağsaqqalları ilə müqayisədə, çox gənc amerikalı daha da bədbinləşir. Bu günün güclü iqtisadiyyatına baxmayaraq, onlar geridə qalırlar.

Biz bunu Rac Çetti və Stenford, Harvard və Berkli universitetlərinin digər iqtisadçıları sayəsində öyrənirik. Tədqiqat iştirakçılarının adları və kimliklərini ləğv edən müxtəlif məlumat bazalarını birləşdirərək, onlar ailələr, valideynlər və təxminən 30 yaşınadək olan uşaqların gəlirlərini müəyyən ediblər.

Çox maraqlı məlumatlardır. 1940-cı il təvəllüdlü insanların təxminən 90 faizinin gəliri valideynlərin gəlirlərindən çoxdur. Yəni demək olar ki, hamısının. Bunda bir məna ola bilər: 1940-cı il təvəllüdlü insanlar 1930-cu illərdə Böyük Depressiya (gəlirlərinin azalması) və İkinci Dünya müharibəsi sonrası (gəlirləri artıran) iqtisadi bumun nəticəsindən təsirlənib. 1970-ci il təvəllüdlü insanların isə yalnız 61 faizi valideynlərindən daha çox qazanıb və 1980-ci il təvəllüdlülərin 50%-i.

Bu – dəniz dəyişikliyidir. Yəni biz artıq indiki gənc amerikalılar və gələcək nəsillərə aid bir çoxları sələfləri kimi yaxşı güzəran keçirməyəcək. Mövcud tendensiya davam edərsə, bu, əlbəttə, tam gerçək olacaq.

1981-ci ildən 1996-cı ilədək doğulanlar arasında minilliyin nəticələrini görə bilərsiniz. Onların azalan gəlirləri həyatlarını dəyişməyə məcbur edib. Onlar gec evlənir, ev alır, uşaq sahibi olur və pula qənaət etmək üçün daha uzun müddət valideynləri ilə birlikdə yaşayırlar.

Brukinqs İnstitutunun alimləri Riçard Rivs və Katrin Qayotun yeni araşdırmasına görə, ən çox zərər çəkənlər orta və yuxarı-orta siniflərin uşaqlarıdır – ən mənfi dəyişikliklərdən qorunanlar.

Tədqiqat müəllifləri yazır: “Bir çox insanlar üçün [iqtisadi uğur] valideynlərinizdən daha yaxşı yaşamaqdan ibarətdir. 1950-ci illərin əvvəllərində orta səviyyəli ailədə doğulanlar üçün buna nail olmaq daha da çətinləşib”.

Alimlərin izahı sadədir. Orta və yuxarı-orta siniflərdə olanlar, yoxsullardan daha çox gəlir itirir. Kasıbların gəlirləri çox aşağı düşmür; şübhəsiz ki, kiçik mənfəətlə onlar valideynlərini keçə bilərlər.

Nəticə: valideynlərin gəlirləri nə qədər yüksək olsa, uşaqların rifahı ona uyğun olacaq.

Amerika Sahibkarlıq İnstitutunun iqtisadçı Aparna Mathur deyir ki, bu, hətta ailələrin ən zəngin 1 faizi üçün də doğrudur. 1980-ci ildə ən zəngin ailələrin 1 faizində doğulan uşaqların yalnız 1 faizi həmin şansa malikdir (Əlbəttə, onlar yoxsul deyil, sadəcə valideynlərindən daha az gəlirləri var. Eyni nəticə orta və yuxarı-orta siniflərə də aiddir).

Gəlirlərin aşağı düşməsinə səbəb sıradan bir şeylərdir: yoxsul işçilər istehsal edən yoxsul məktəblər; istehlak xərclərini fərqləndirən gəlir bərabərsizliyi; zəif inşaat; qeyri-adekvat yeniliklər; ifrat tənzimləmə. Çox çaşdırıcı mənbələrlə, prezident Tramp bunu deyirsə də, mövcud tendensiyaları avtomatik olaraq geri qaytaracaq üçün proqram hazırlamaq çətindir.

Mathur doğru olaraq qeyd edir ki, bu məlumatlar təsnifatlandırılmalıdır. Bəzi gəlirlər açıqlanmır, çünki onlar əlavə imtiyazları (işəgötürənlər tərəfindən ödənilən tibbi sığorta) və ya dövlət müavinətlərini (ərzaq markaları, “Medicaid”) istisna edir. Vergilər nəzərə alınmır. 30 yaş nəsil müqayisəsi üçün çox gənc dövr ola bilər. Gəlir rəqəmləri ailə ölçüsünü kiçiltməklə qeydə alınıb. Gecikmiş nikahların digər səbəbləri də ola bilər.

Hələ də geniş tendensiyalar etibarlı görünür. Paradoks aydındır. Bu günün güclü iqtisadiyyatına baxmayaraq, gələcəklə əlaqədar bir əsas narahatlıq var. İqtisadi narahatlıq getdikcə daha bərabər imkanlar yaradır. Heç kim bundan qaça bilməz. Kasıblar yoxsullaşmaqdan narahatdırlar. Alt-orta sinif ödəniş qabiliyyəti və ya işi itirməkdən narahatdır. Artıq yuxarı-orta sinif valideynləri kütlələrə qarışıb, çünki onların rifahı çox vaxt uşaqlarının rifahının nə qədər yaxşı olduğuna əsasən qiymətləndirilir. Bu, xiffətin inadkar mənbəyidir.

 

Tərcümə: Strateq.az