Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

07 Avqust 2018 - 10:18

AZƏRBAYCANDA DOLLARA TƏLƏBAT KƏSKİN ŞƏKİLDƏ ARTIB –Manatı nə gözləyir? (ekspert şərhi)

Vüqar Bayramov

(İqtisadçı)

 

Türkiyə lirəsinin rekord düşüşü davam edir. Bu gün 1 dollar almaq üçün 5.27 lirə ödəmək lazımdır. Digər qonşumuz Rusiyada rubl müqavimət göstərməkdə davam etəsə də, Avrozonanın vahid valyutası ucuzlaşmaqda davam edir. Cənub qonşumuzda isə “dollar panikası” yaşanmaqdadır. Lirənin ucuzlaşması Türkiyə – ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiyanın tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır. Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə bağlı makro-iqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələr gözləntiləri doğrultmaması konteksində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır.

Qonşu ölkələrdəki valyuta krizisi fonunda manatın məzənnəsi necə dəyişəcək? Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan fond, ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dolların tələbin artıdığından xəbər verir.

İdxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənilir. Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da, qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil. Bu baxımdan, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir. Amma əgər, lirə daha kəskin ucuzlaşarsa, o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir. Növbəti aylarda isə dekabrda dollara tələbin artacağı gözlənilir. Bu həmin özəl və dövlət müəsssisələrin xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlar ilə bağlıdır. Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır. Bununla belə, bütün bunlara və eləcə də baş bankın özündən gələn açıqlamalara baxmayaraq Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir.