Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

10 Sentyabr 2018 - 12:59

ERMƏNİ EKSPERTLƏRDƏN HƏYƏCANLI ÇAĞIRIŞ:“Naxçıvanda Türkiyə hərbi bazası Ermənistan üçün ciddi təhlükəyə çevriləcək” – Təhlil

Artak Yeqiazaryan

1-in.am, 09.09.2018

 

“Rusiya Türkiyənin Qafqaza girməyinə yol verməz”. Bu haqda EBMTİ (Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutu-red.) direktoru, politoloq Stepan Səfəryan “1-in.am”-la söhbətdə Naxçıvanda Türkiyə hərbi bazasının meydana çıxa biləcəyi haqda Türkiyə KİV-lərində yayılan informasiyanı şərh edərkən deyib.

Səfəryan “Bu, birinci hadisə deyil: bu cür məlumat keçən illərdə də dərc olunub. Həm Azərbaycan, həm də Türkiyə KİV-lərində dərc edilib. Türkiyə həm təlimatçıların, həm də şəxsi heyətin olduğu ordunun simasında Naxçıvanda dolayısıyla nə qədər böyük şəkildə iştirak edir-etsin, amma bunu formallaşdırmaq çox çətindir, çünki bu, Rusiyanın maraqlarına açıq-aydın toxunur” deyərək əlavə edib: “Hesab edirəm ki, Türkiyə Rusiyanın reaksiyasını anlamaq üçün bu məlumatı dövriyyəyə buraxıb. Keçmişdə Rusiyanın sərt əks-təsiri buna səbəb olub ki, onlar bu cür addımdan yayınıblar. Düşünmürəm ki, indi bu addımı atarlar, çünki bu, Rusiya və Türkiyənin bütün birgə təşəbbüslərini təhlükəyə aparar, Türkiyə, çətin ki, Qafqaza girməyə Rusiyanın icazəsini alsın”.

Səfəryanın sözlərinə görə, türklər həmişə Naxçıvanda olublar, amma orada möhkəmlənə bilməyiblər. O deyib: “Təsadüfi feyil ki, rusların özləri hava hücumundan müdafiənin birləşdirilmiş sistemini, habelə Naxçıvana qonşu ordu əsasında birləşmiş qoşun qruplaşmasını yaratmağı irəli sürdülər. Rusiya eyham vurub ki, Türkiyənin Qafqaza soxulmasına, sadəcə, yol verməz”.

Azərbaycan üzrə mütəxəssis Tatev Ayrapetyan öz növbəsində qeyd edib ki, Türkiyə mətbuatında bu cür baxış nöqtəsi jurnalsit/ekspert səviyyəsində səsləndirilib, amma hələlik heç bir rəsmi məlumat yoxdur. “Ancaq faktdır ki, Türkiyə Naxçıvanda öz mövqeyini addım-addım möhkəmləndirir. Türkiyə Naxçıvana dəmiryolunun inşası haqda planını artıq bildirib. Dəmiryolunun inşası həmçinin Naxçıvan Muxtar Respublikasında Türkiyə nüfuzunun güclənməsində əlavə təkana çevriləcək. Uyğun olaraq, qeydə ala bilərik ki, Türkiyə amili Naxçıvan yönündə ilbəil getdikcə daha təsirli olur. Bununla belə, Ermənistan və Rusiya tərəflərinin bu məsələdəki mövqeləri və əlbəttə, Naxçıvan məsələsindəki problemi tənzimləməkdə əsas sənəd olan Qars müqaviləsi nəzərə alınmaqla hərbi bazanın mümkün inşası haqda qeyri-rəsmi məlumatları indiki anda gerçək saymazdım”.

O, əlavə edib: “Türkiyə mətbuatında dərc edilən məqalədə qeyd olunduğu kimi, Azərbaycan-Türkiyə münasibətləri nə qədər “sıx və tərəfdaş” sayılsa da, fərq etməz, Rusiyanın xüsusən də təhlükəsizlik sahəsində öz bölgəsəl maraqları var və Naxçıvanın türk “forpostu”na çevrilməsi prosesinə laqeyd olmayacaq”.

Tatev Ayrapetyan Naxçıvanda Türkiyənin iştirakının bölgə, xüsusən də Ermənistan üçün hansı nəticələrə gətirə biləcəyi haqda sualı cavablandırıb: “Naxçıvanda zaman-zaman birgə hərbi təlimlər təşkil olunur ki, təbii, bunda həmçinin Ermənistana təsir etmək məqsədi güdülür. Əslində, Türkiyənin Naxçıvanda nüfuzunun güclənməsi, habelə Azərbaycanın bu bölgədə bu yaxınlardakı hərbi fəallığı təşviş doğurur. Gərgin Ermənistan-Azərbaycan münasibətləri və Qarabağda hərbi əməliyyatların təzələnməsi təhlükəsi şəraitində Naxçıvanın yeni amilə çevrilməsi təhlükəlidir. Özü də belə bir cəhd hələ doxsanıncı illər müharibəsi vaxtı edilmişdi, amma Heydər Əliyevin özü – Azərbaycanın indiki prezidentinin o zaman NMR Ali Sovetinin sədri vəzifəsini tutan atası bu halda müharibənin bölgəsəlləşəcəyini və nəzarətdən çıxacağını anlayaraq hər şeyi etdi ki, bunun qarşısını alsın. Bu mənada marşal Yevgeni Şapoşnikovun bir zaman etdiyi qeyd də diqqətəlayiqdir: “Burada tərəflərdən biri cəlb edilsə, onda biz üçüncü dünya savaşının astanasında görünə bilərik”. Mən hesab edirəm ki, oğul İlham Əliyev özünün döyüşkən ritorikasına baxmayaraq,  atasının bu məsələdəki siyasətindən uyğun nəticələr çıxartmalıdır”.

Azərbaycan üzrə mütəxəssisin sözlərinə görə, Naxçıvan amilinin hərbiləşdirilməsinin önlənməsi üçün inkişafı diqqətlə izləmək və hərbi, diplomatik və informasiya kanallarıyla daim iş aparmaq gərəkdir.

Tərcümə Strateq.az-ındır.