XƏBƏR LENTİ

10 Dekabr 2018

Digər Xəbərlər

26 Sentyabr 2018 - 02:25

“STRATEQ BAXIŞI”nda NÖVBƏTİ MÜZAKİRƏ:“Türkiyə ilə bir yerdə olmaqdan başqa çarəmiz yoxdur” - VİDEO

Strateq.az saytının layihəsi olan “Strateq baxışı” verilişinin 7-ci bölümü Azərbaycanın yerləşdiyi strateji bölgədə baş verən son olaylara həsr olunub. Mövzumuz “Azərbaycan regionda baş verən hadisələrin burulğanında” adlanır və bu dəfə verilişimizin daimi ekspertləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər və “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İB-nin prezidenti Yasəmən Qaraqoyunlu ilə qonağımız Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

1 saat 22 dəqiqə boyunca Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətləri, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Ermənistanda baş verən son hadisələrin Azərbaycana mümkün təsirlərinin olub-olmadığı, Rusiya prezidenti Putinin Azərbaycana səfəri haqqında mülahizələr bölüşülüb və ekspertlər Azərbaycanın nə etməli olduğu haqqında fikirlərini bildiriblər. Məhz Putinin Azərbaycana səfər etdiyi zamanla üst-üstə düşən “Strateq baxışı”, hər zaman olduğu kimi, zamanın strateji məsələlərdə nəbzini tutmağa davam edir.

Məlumat üçün bildirək ki, ötən verilişimizdə Rusiya ilə bağlı səsləndirilən fikirlər xaricdəki müəyyən düşmən çevrələrin diqqətini çəkib və onlar “Regnum” İA-da prezident İlham Əliyevin Rusiyaya səfəri ərəfəsində materialımızdan Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq məqsədiylə istifadəyə cəhd göstəriblər.

Bir daha bildiririk ki, bu layihədə məqsədimiz verilişdə iştirak edən ekspertlərimizin və qonaq qismində dəvət edilən şəxslərin siyasi mövqeyini təbliğ etmək deyil, məhz baş vermiş və ya baş verəcək hadisələrin, gedən proseslərin pərdəarxasını çözməyə çalışmaq, tamaşaçıya nələrin olduğunu izah etmək istəyi dayanır.

Buyurun, “Strateq baxışı” verilişinin 7-ci bölümünü seyr edin.

Əvəz Zeynallı

“Strateq baxışı”

 

 

“Strateq baxışı”ndan fotolarda qalanlar:

 

  

 

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə