XƏBƏR LENTİ

15 Dekabr 2018
14 Dekabr 2018

Digər Xəbərlər

05 Oktyabr 2018 - 20:53

QAFQAZDA MÜHARİBƏYƏ GEOPOLİTİK QADAĞA –Putin arxadan zərbə almamaq üçün iki istiqamətdə sabitliyi qorumağa çalışır - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 04 sentyabr 2018-ci il

 

Moskva Gürcüstanla yüksək səviyyəli görüşün keçirilməsini istisna etmir. Yaxınlarda Gürcüstanın nümayəndəsi Abaşidze ilə aparılan rus-gürcü danışıqlarının növbəti raundundan sonra bu barədə RF Xarici işlər nazirinin müavini Karasin bəyanat verib.

Karasin həmçinin deyib ki, tərəflər görüşün konkret mövzu üzrə olmasına hazırlıq görərək, dövlət başçıları səviyyəsində görüşün keçirilməsi üzərində işləyirlər.

Yüksək səviyyəli rus-gürcü görüşünün keçirilməsinə hazırlıq görülməsi şəraiti, əlbəttə, bir çox mənada, o cümlədən bu barədə bəyanatın MDB-nin Düşənbə sammitinin və bu sammitin ən əhəmiyyətli hadisəsi olan Paşinyan-Əliyev söhbətinin fonunda verilməsi baxımından əlamətdardır.

İş ondadır ki, regional təhlükəsizlik baxımından hər iki “yüksək səviyyə” bərabər əhəmiyyət kəsb edir. Qafqaz, praktiki olaraq, iki regional münaqişə ilə – rus-gürcü və erməni-azərbaycanlı münaqişəsilə bölünüb. Onların birbaşa, səbəb-nəticə əlaqəsi yoxdur, lakin məntiqi, zəncirvari əlaqəsi vardır. Bu mənada, məsələn, 2008-ci ildə Türkiyə Prezidenti Abdulla Gülün Serj Sarkisyanın dəvətinə yalnız üç aydan, beşgünlük rus-gürcü müharibəsindən, Qafqazın, faktiki olaraq, başqa regional reallıq çərçivəsində olmasından sonra mövqe bildirməsi – dəvəti qəbul etməsi olduqca diqqətəlayiq idi.

Hər iki münaqişə öz mahiyyətinə və tərkib hissələrinə görə, şübhəsiz, fərqlənir, lakin onlar bütövlükdə Qafqazın iki təhlükəsizlik oxunu təşkil edir. Və diqqətəlayiqdir ki, Paşinyan-Əliyev söhbətindən bir neçə gün sonra Rusiya da Gürcüstanla birinci şəxslər səviyyəsində görüş keçirməyə, hətta bu istiqamətdə bigə işləməyə hazır olduğunu ifadə edir.

Erməni-azərbaycanlı görüşünün birinci şəxslər səviyyəsində olması yeni olmasa da, Paşinyan-Əliyev söhbəti də özəl idi. İndiki halda problem ondadır ki, Ermənistandakı yeni durum bu formata və ümumiyyətlə, münaqişənin həlli prosesinə yeni xarakter verir. Baxmayaraq ki, Düşənbədəki söhbətin gedişində Nikol Paşinyanın Artsaxın (Dğlıq Qarabağın – Tərc.) danışıqların subyekti olması haqqında verdiyi bəyanata toxunulmayıb, bu barədə susmaq, praktiki olaraq, Azərbaycanın razılıq əlaməti kimi də qiymətləndirilə bilər. Hələ Aprel müharibəsindən sonra hissediləcək hərbi-siyasi və diplomatik dalana girən Bakı üçün Ermənistanda baş verən məxməri inqilab bu dalanı daha da dərinləşdirən bir amildir. Azərbaycan, Ermənistanda baş verən məxməri inqilab prosesinə paralel olaraq, həm hərbi, həm də siyasi mənada daha əlverişli mövqeyə çıxmağa cəhd edib. Lakin bu, alınmayıb, artıq erməni tərəfi həm hərbi, həm də siyasi və diplomatik planda dəqiq, nöqtə zərbələri endirib.

Paralel olaraq, Ermənistanın yeni hakimiyyətinin geopolitik tanınma prosesinin dərinləşməsi, müəyyən bir mənada, Rusiyanın mövqeyinin də həlledici rol oynadığı bu zərbələrin də tanınması idi.

Bu mənada diqqətçəkicidir ki, Əliyev Paşinyanla söhbətdən cəmi bir neçə saat əvvəl Bakıda Putini qəbul etdi. İyunda Moskvada elə Putinin köməyilə Paşinyanla tanış olmuş Əliyev, praktiki olaraq, onunla hər hansı bir şeydən danışmaqdan imtina etmişdi. Ancaq iyunda Ermənistanın yeni Baş naziri və hökuməti başqa – qeyri-müəyyən, sentyabrın sonunda isə artıq tamamilə başqa geopolitik qavrayışa sahib idi. Əliyev artıq rədd edə bilməzdi. Qafqazda müharibəyə geopolitik qadağa qoyulması aşkardır, beləliklə, dalanda boğulmaq lazım deyil. Xüsusən də ona görə ki, Bakı bu yolla Rusiyanı da boğa bilər. Hazırda Moskva xüsusən də daxili problemlərlə bağlı həddindən artıq ağır durumdadır.

Rusiyada hətta hakimiyyətin məntiqilə fəaliyyət göstərən KİV-lərdə, ehtiyatla olsa da, “Vahid Rusiya” partiyasının hakimiyyətdən getməsi variantınadək, daxili siyasi transformasiyaların qaçınılmazlığını müzakirə etməyə başlayırlar. İqtisadi vəziyyətin pisləşməsi şəraitində sosial iğtişaşların qarşısının alınması üçün Putinin başqa vasitələri yoxdur. Bu halda Rusiya üçün idarəedilən sabitliyin həyati vacib olduğu özəl region sayılan Qafqaz çox mühümdür. Qafqazın sabitliyi həmçinin Rusiyanın diqqətini daxili problemlərə cəlb etməsi üçün “arxadır”. Və yüksək səviyyəli rus-gürcü görüşünün keçirilməsinə hazırlıq da bu kontekstdədir.

Moskva “arxadan zərbə almaqdan” qaçmaq üçün Qafqazın iki əsas istiqaməti – erməni-azərbaycanlı və rus-gürcü münaqişələri üzrə müəyyən sabitliyin dəstəklənməsinin etibarlı mexanizmlərini formalaşdırmağa cəhd edir.

Nəhayət, bu şərait həm də Rusiya üçün konstruktiv beynəlxalq kommunikasiyaların yeganə istiqamətidir.

Moskvanın Qafqazda təhlükəsizlik və sabitlik istiqamətində göstərdiyi səylər onun beynəlxalq təhlükəsizlik sistemində legitim rol oynaması üçün əldən verə bilməyəcəyi unikal imkandır. Xüsusən də nəzərə alınmalıdı ki, Rusiya Aprel müharibəsində belə imkanın əldən verilməsinin ağır nəticələrinin təhlükəsini öz üzərində hiss etmişdi. Və bu kontekstdə, o cümlədən Gürcüstanla xüsusi münasibətlərinə görə Ermənistan müstəsna əhəmiyyət qazanır. Və ya bu əhəmiyyət, xüsusən də məxməri inqilab növbədənkənar seçkilərin keçirilməsi şəraitində daha anlamlı olur.

Tamdəyərli rol oynamaq üçün, ən azı, tamdəyərli hakimiyyət olmalıdır.

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə