XƏBƏR LENTİ

14 Dekabr 2018

Digər Xəbərlər

06 Oktyabr 2018 - 13:54

VAŞİNQTON İRANIN “YEDDİBAŞLI ƏJDAHA”SINI NECƏ BƏSLƏYİR? –ABŞ sanksiyaları SEPAH-ın nəzarətindəki "qara bazar"ı xeyli gücləndirib – ARAŞDIRMA

İsfəndiyar Batmanqhəlic

“The Foreign Policy” (ABŞ), 05.10.2018

 

Sentyabrda İranın Hormozqan əyalətinin cənub sahilində 52 barrel dizel yanacağı aparan yük maşını aşkarlanıb. Bu yanacağı Hörmüz boğazı üzərindən qaçaqmalçılıq yoluyla göndərmək niyyətindəydilər. Qaçaqmalçılar hələ o vaxt bilmirdilər ki, Tehranda həmin anda qaçaqmalçılığın imkanlarını köklü şəkildə genişləndirə biləcək müzakirələr gedirdi.

İran hökumətinin Ali İqtisadi Əlaqələndirmə Şurası İran nefti ixracatının azaldılmasına yönəlmiş ABŞ sanksiyalarının nəticələrinin yumşaldılması üçün səylər çərçivəsində xam neftin özəl alıcılara satış üçün çıxarılması planını bəyənmişdi. Energetika bazarında gündə bir milyon barrelə qədər neft satacaqlar.

Bu, neft ixracatı üzərində dövlət nəzarətinin xeyli zəiflədilməsi sayəsində mümkün olub.

İran parlamentariləri narahatlıq ifadə ediblər ki, hökumətin neft ixracatı sahəsində yeni siyasəti şəxsi gəliri milli maraqlardan üstün tutan neft dilerlərinin imkanlarını genişləndirir. Lakin parlamentarilərin yeni siyasətə müqaviməti təkcə neft dilerlərinin işgüzar əxlaqı haqda narahatlıqla bağlı deyil.

İranda həmçinin sanksiyalardan yayınmaq bu və ya digər üsulu siyasi rəqiblərin varlanmasına və qara bazarın genişlənməsinə xidmət edirsə, bundan istifadənin səmərəli olub-olmadığı haqda da müzakirələr gedir.

Vaşinqtonda bu məsələ üzrə müzakirələr daha az gərginlik daşıyır. ABŞ prezidenti Donald Tramp administrasiyasının məmurları əvvəllər dəfələrlə xəbərdarlıq ediblər ki, İranın iqtisadi siyasətinin “ticarətə yardım və yaxud terrorizmin maliyyələşdirilməsi”nə yönəlib-yönəlmədiyinə sona qədər tam əmin olmaq olmaz, bu zaman İranın qanuni biznesi “İran rejiminin terrorizmin maliyyələşdirilməsi və insan haqlarının pozulması üçün” sxeminin tərkib hissəsi çıxa bilər.

Bu baxımdan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) gizlin sahibi olduğu böyük müəssisələr ABŞ milli təhlükəsizliyi üçün təhlükə ola bilər, çünki bu müəssisələrin gəliri İranın bölgədəki inanılmış şəxslərinin maliyyələşdirilməsinə yönələ bilər.

Amma Amerika məmurları İranın inanılmış şəxslərinin fəaliyyətinin təkcə qanuni yolla əldə edilən gəlirlər hesabına maliyyələşəcəyini göstərən faktlara məhəl qoymurlar. Qazancın gerçək imkanları İİKK kimi qruplar üçün neft, narkotik və xalq istehlakı mallarının gəlirli qaçaqmalçılığı daxil olmaqla “qara bazar”a bağlıdır. Çoxsaylı faktlar göstərir ki, ticarət sanksiyaları İİKK-in nəzarət etdiyi İran “qara bazar”ında qaçaqmalın həcm və dəyərinə önəmli təsir edir.

Neft ixracatı sahəsində yeni siyasət haqda İranda indiki diskussiyalar xəbər verir ki, İran hökuməti ciddi tapmacayla üzləşib: daxili istehlakçılar üçün neftə əlyetənlik genişləndirilsə, bu neftin “qara bazar”a düşəcəyi ehtimalı çoxalır və buradan gəlirlər leqal iqtisadiyyata qayıtmayacaq.

İran parlamenti 2007-də İİKK-in qaçaqmalının həcmini 12 milyard $ dəyərləndirib. Parlamentarilərin fikrincə, qaçaqmalın belə bir həcmi konteyner daşımaları, mal göndərilməsi üçün poqonluların nəzarətindəki qeyri-rəsmi kanallar və körpülər daxil olmaqla İİKK-in “qara bazar”da geniş əhatəli fəaliyyətindən xəbər verir.

ABŞ Dövlət Departamentinin dəyərləndirməsinə  görə, “İran 2012-ci idən bəri Əsəd rejiminə və Suriya, İraq və Yəməndə başqa inanılmış şəxslərə dəstəyə 16 milyard $-dan çox sərf edib”, “Belə transferlər yalnız qaçaqmalçılıqdan gələn gəlirlər hesabına təmin oluna bilər”.

İranın qaçaqmalçılıqla mübarizə ilə məşğul olan idarəsinin rəsmi məlumatına əsasən, 2014-də, İrana qarşı beynəlxalq sanksiyaların qızğın çağında İran neftinin qaçaqmal ixracatından (gündə 125 min barrel neft) gəlir 7 milyard $ təşkil edib.

ABŞ İranın neft ixracatına qarşı təkrar sanklsiyalar qoysa və İranın leqal neft ixracatı gündə 1 milyon barreldən aşağı düşsə, onda neftin qaçaqmal ixracatı İran neft ixracatının ümumi həcminin 10%-dən çoxunu təşkil edə bilər.

İran prezidenti Həsən Ruhanini 2018-in avqustunda parlamentə çağırıblar ki, qaçaqmalçılığın həcminin niyə kəskin şəkildə artdığını parlamentarilərə izah etsin. Ruhani boynuna alıb ki, belə problem var, amma bildirib ki, onun müddətinin başlanğıcından bəri hökuməti qaçaqmalçılığın həcmini 22 milyard $-dan 12 milyard $-a salmağa nail olub. İİİK-də əvvəllər, 2018-in martında qaçaqmalçılığın “yeddibaşlı əjdahası” ilə mübarizə aparmağa hazır olduqları haqda tutarsız bəyanat veriblər.

Əlbəttə, Tramp administrasiyasında İİKK-in “qara bazar”dakı rolunu bilirlər. Vaşiqnton İİKK-in qanunsuz fəaliyyətinin önlənməsi üçün əməliyyatlar aparır, amma bu əməliyyatlar İİKK-in əsasən İrandan qıraqdakı qanunsuz fəaliyyətinə qarşı yönəlib. Görünür, Amerika siyasətçiləri anlamırlar ki, onların sanksiyaları İİKK-in iqtisadiyyatın özəl və dövlət sektorunda nüfuzunun genişlənməsinə imkan verən şərait yaradır. Bu, iki səbəbə bağlıdır: praktik və siyasi xarakterli. İran hökuməti praktik baxımdan sanksiyalar şəraitində ödəniş qabiliyyətini dəstəkləməlidir, siyasi baxımdan isə sanksiyalar mötədil siyasi gücləri sarsıdır və sərt xətt tərəfdarlarının mövqeyini bərkidir.

İİKK-in indi sürgündəki qurucusu Möhsün Sazeqar 2017-də “The Guardian”-a müsahibədə bildirib: “Biz ölkənin müdafiəsi, habelə fövqəladə durumlarda yardım üçün xalq ordusu yaratmışdıq, amma o, divə çevrilib”.

İİKK və onun inanılmış şəxsləri qaçaqmalçılıq hesabına varlanır və Amerika sanksiyalarının sayəsində öz siyasi mövqeyini gücləndirir. Deyəsən, Tramp administrasiyası bu “yeddibaşlı əjdaha”nı yemləməyin həsrətini çox çəkirmiş.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə