XƏBƏR LENTİ

22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 13:03

Liviya nefti uğrunda Fransa-İtaliya çarpışması:Moskva isə “Liviyanı heş kimə vermərik” deyir – Araşdırma

Lyubov Stepuşova

pravda.ru, 11.10.2018

 

İtaliya KİV-ləri təntənə edir – İtaliya Rusiyanın yardımıyla Liviya nefti uğrunda Fransa ilə mübarizəni udur. Belə olmasa da, Moskva Liviyada nüfuz uğrunda Fransa ilə mübarizədə İtaliya kartını oynayır. Buna görə də London artıq düşünür ki, Putini necə durdursun.

İtaliya hökuməti Vladimir Putini 12-13 noyabrda Palermoda baş tutacaq Liviya üzrə konfransa qatılmağa dəvət edib. İtaliya XİN başçısı Entso Moavero-Milanezi konfransı liviyalıların özlərinin, habelə bölgə ölkələri təmsilçiləri, BMT TŞ-yə üzv ölkələrin iştirakıyla mümkün qədər geniş formatda keçirmək istəyir.

Konfransın vəzifəsi təkcə Liviyada seçkilərin konkret tarixini razılaşdırmaq deyil, daha çox bundadır ki, “bu məqsədə yetmək üçün mərhələləri sözləşməkdir”. İtaliyanın “Lettera43” nəşri yazır ki, Vladimir Putin Fransaya qarşı oyunda “Liviya partiyasını udmaqda İtaliyaya yardım edər”. İş burasındadır ki, Paris Roma ilə paralel olaraq Liviyada nüfuz və deməli, neft uğrunda mübarizə aparır. Emmanuel Makron mayda Liviyanın əsas liderləri – Tripolidəki Milli Keçid Hökumətinin (MKH) başçısı Faiz Sərac və Tobrukdakı hökumətin başçısı, Liviya milli ordusunun komandanı, feldmarşal Xəlif Həftarla sammit keçirib. Guya onlar seçkiləri 10 dekabrda keçirməyə razılaşıblar. İtaliyalılar başa düşüblər ki, təşəbbüs əldən çıxır. Makronun Tripoli və Tobruka təsiri varsa, onda İtaliyanın yeni baş naziri Cuzeppe Kontenin  nə ona var, nə də buna. Əvəzində Rusiya Liviyanın  hər iki liderinə təsirdə Fransa ilə çəkişə bilər. “Lettera43” yazır – Moavero Lavrovdan xahiş edib ki, general Xəlif Həftarın Palermo konfransına qatılmasını təmin etsin. Qəzet şadyanalıq edir: “Xarici işlər naziri Sergey Lavrov bir neçə gün qabaq BMT Baş Assambleyasında İtaliyanın tərəfində duraraq bildirib ki, Liviyada dekarbrın 10-da “istənilən qiymət”ə seçkilərin keçirilməsinə qarşıydı”. Amma bu, Rusiyaya əl verirmi – Liviya hökumətini legitim seçməkdən yana kiminsə tərəfində durmaq?

 

Putin Həftara bel bağlayır, amma Səracı da yaddan çıxartmayacaq

 

Yaxın Şərq və Mərkəzi Asiyanı araşdırma Mərkəzinin direktoru Semyon Baqdasarovun “pravda.ru”nun oxucularına xatırlatdığı kimi, Liviyada iki hökumət var – Misir ərazisində əsas hərbi qüvvələrin toplandığı Tobrukda və “Müsəlman qardaşlar”ın kök atdığı Tripolidə. Ekspert “pravda.ru”ya danışıb: “İndi Tobruk güclərilə Tripolini təmizləməyə hazırlıq gedir. Biz və BƏƏ Tobruku dəstəkləyirik. Nəticədə Liviya neftindən güclü asılı olan İtaliya Tobrukdakı hökumətlə məsələləri həll etmək üçün bizimlə dostlaşmağı qət edib”.

Semyon Baqdasarovun sözlərinə görə, bizim Liviyadakı maraqlarımız “bizə zamanında məlum yoldaşların BMT TŞ sanksiyalarına qoşulması nəticəsində itirilmiş yeni neft müavilələri gətirəcək neft və sabitlikdir. Bu milyardları qaytarmaq olar və gördüyümüz kimi, məsələ həll olunur” – deyə politoloq “pravda.ru”nun müxbiriylə söhbətdə qeyd edib.

Liviyanın qarşıdakı bölgüsündən necəsə geridə qalmamaq üçün britaniyalılar canlanıblar. Britaniyanın “The Sun” tabloidi qaynaqlara isnadən yazır ki, guya Rusiya AB-yə ən böyük miqrasiya marşrutunu “nəzarətə götürmək” üçün Liviyaya qoşun göndərmək istəyir. Qəzet göstərir: “Moskva ölkənin sahil xətti üzərində nəzarəti ələ keçirərsə, bu, Aralıq dənizini keçən mühacirlərin yeni dalğasını törədə bilər”.

Amma artıq bu ərdo Avropa siyasətçilərinə təsir etmir – xüsusən də AB-dən gedən Britaniyaynınkı. Bir də Brüssel milli hökumətlər üzərində nəzarəti getdikcə daha çox itirir.

Semyon Baqdasarov “pravda.ru”ya müsahibədə deyib: “Biri digərinə mane olmur, marşrutları da nəzarətə götürmək olar, Tripolini nəzarətə götürməkdə Həftara da yardım etmək olar”.

Bəs seçkilərdən kim uda bilər? Əlbəttə, gerçək hakimiyyəti olan, yəni neftlə varlı Kirenaika əyalətinin sahibi general Həftar – Muəmmar Qəddafi qvardiyasının köhnə adamı. Halbuki Sərac BMT-nin “adamı”dır. Həftar zaman-zaman Kremlə səfər edir və Ramzan Kadırovun himayəsi altındadır. O, Liviyanı yönəltsə, Rusiya Qəddafi gedəndən sonra itirlmiş dörd milyard dollarlıq hərbi və neft müqavilələrini bərpa edər, ola bilsin, bunu üçqatlaşdırar.

Rusiyanın gücü bundadır ki, Moskva Suriyada danışıqlar prosesinin uğurundan sonra Yaxın Şərqin yeni arbitrinə çevrilib, özü də ABŞ-dan əsas fərqi bundadır ki, Putin jandarm üsullarıyla deyil, sülhyaradıcı yollarla hərəkət edir. Bu hamını cəlb edir. Məlum olub ki, Tripoli Rusiyadan ümumi məbləğdə 700 milyon dollarlıq bir milyon ton taxıl alacaq. Sərac bilir ki, Kreml onu Həftarın cənginə verməz, amma düzəlişməyi xahiş edər.

Çox önəmlidir ki, bu uğurlar başqa cəbhələrdə, məsələn, Ukraynada da tezliklə öz bəhrəsini versin.

Tərcümə Strateq.az-ındır.

 

 





Yuxarı Əvvələ Ana Səhifə