XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

19 Oktyabr 2018 - 21:57

İQBAL AĞAZADƏ 2003-cü İLİN SİRLƏRİNİ AÇIR:“Milyonlarla dollar Arif Hacılıya çatıb...” - VİDEO

“Azadlıq salnaməsi”ndə İqbal Ağazadə danışır: “Müsavatçılar gəlsinlər, pulun kimə, necə çatdırıldığının hesabını verim…”

 

Son günlər “Ümid” partiyasının sədri İqbal Ağazadə və Müsavat partiyasının başqanı Arif Hacılı arasında başlanan söz davası özünün zirvə nöqtəsinə çatıb. Meydan TV-də İqbal Ağazadə-Arif Hacılı debatında yaşanan ittihamlar ondan sonra nəinki azalmadı, artaraq davam etdi. Arif Hacılının debatı yarımçıq tərk etməsi Azərbaycan mətbu gündəmində indiyə qədər görünməsə də, İqbal Ağazadə sona qədər jurnalistin suallarını cavablandırdı. Bundan sonra Arif Hacılı Natiq Adilovun “Azadlıq qəzeti”ndə canlı yayına çıxıb və qarşılıqlı ittiham oradan davam edib.

“Azadlıq salnaməsi”ndə İqbal Ağazadənin müsahibəsini və məhz 2003-cü ilin oktyabr ayının 15-16-da baş verən hadisələri ehtiva edən hadisələri əhatə edən söhbəti hələ uzun müddət əvvəldən planlaşdırmışdıq – təxminən, ilyarım bundan əvvəl. Amma vaxt edib qərarlaşdığımız bu müsahibəni götürmək mümkün olmadı. İndi tam zamanı gəldi və düşündük ki, vaxtıdır.

Bu baxımdan, bu müsahibə aylar əvvəl planlaşdırılan söhbət kimi qəbul olunmalıdır. Sadəcə, indi Meydan TV-dəki söhbət sözümüzü yerinə gətirdi.

İqbal Ağazadənin tükürpədici ittihamları var müsahibədə. Təbii ki, “Azadlıq salnaməsi” həm Müsavat partiyasının başqanı Arif Hacılının, həm də digər bir ittiham hədəfi olan İsa Qəmbərin, eyni zamanda İqbal Ağazadənin şahid kimi adlarını çəkdiyi Ramiz Rövşənin, Seyran Səxavətin, Pənah Hüseynin, Kamil Vəli Nərimanoğlunun, Rauf Arifoğlunun, Sərdar Cəlaloğlunun və digərlərinin də fikirlərini dərc etməyə, onların da münasibətini öyrənib yaymağa hazırdır. Hər kəs istədiyi qədər cavab haqqına malikdir və bu hadisələrin aydınlığa qovuşması cəmiyyət üçün də faydalı olar.

Beləliklə, Ümid partiyasının sədri İqbal Ağazadə “Azadlıq salnaməsi”ndə 2003-cü il oktyabrın 15-16-da baş verən hadisələrin pərdəarxasından danışır…

Əvəz Zeynallı

“Azadlıq salnaməsi”

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə