XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

07 Noyabr 2018 - 16:24

ARALIQ SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ TRAMPIN YAXIN ŞƏRQ SİYASƏTİNİ DƏYİŞƏCƏKMİ? –"Əl-Cəzirə"nin proqnozları

Co Makaron

“Əl-Cəzirə”

 

Tarixən ABŞ-da aralıq seçkiləri tez-tez Ağ Evlə Konqres arasında güc dinamikasını dəyişib. O həm də ABŞ administrasiyalarının xarici siyasət yanaşmalarını dəyişdirməsinə səbəb olub. Yaxın keçmişdə aralıq seçkilərinin uğursuzluqları nəticəsində bir sıra mühüm xarici siyasət inkişafları baş verib.

2006-cı ildə demokratların qələbəsi Buş administrasiyasını İraqdakı mövqeyini dəyişməyə təşviq edib. O, ABŞ əsgərlərinin sayını artırıb və İran rejimini narahat etməyə çalışıb.

Respublikaçıların 2010-cu ildəki aralıq seçkilərində (Nümayəndələr Palatasında üstünlük qazandıran) qələbəsindən sonra prezident Barak Obama Liviyaya hərbi müdaxiləni bir neçə aydan sonra dayandırmağa məcbur olub və sonradan bu qərarını prezidentliyinin “ən pis səhvi” adlandırıb.

2014-cü ilin noyabrında demokratların məğlubiyyətdən sonra Obama administrasiyası prezidentin davamlı xarici siyasət mirası kimi xidmət etmək üçün nəzərdə tutulan İranla nüvə razılaşmasına daha çox cəlb olunub.

Tramp administrasiyası 6 noyabr seçkilərindən sonra oxşar siyasət dəyişikliklər və ya düzəlişlər edə bilər.

Nəticə necə olursa-olsun, aralıq seçkilərinin ABŞ-ın ümumi xarici siyasətinə, daha doğrusu, Yaxın Şərqə də birbaşa və dolayı təsiri mümkündür.

 

Konqresdəki dəyişikliklər

 

Birbaşa nəticələr ABŞ Konqresindəki dinamika dəyişikliyinə, icraedici və qanunverici hakimiyyətlər arasındakı əlaqələrə aiddir.

Silahlı Qüvvələr Komitəsinin sabiq sədri Con MakKeyn və Xarici Əlaqələr Komitəsinin sabiq sədri Bob Korkerdən – iki açıq-aydın tənqidçilərindən sonra Trampa loyal olan Cim İnhof və Cim Rişin dəyişməsi mümkündür.

Ancaq Senatda digər loyal şəxslər var: Lindsi Qraham, Marko Rubio və Rand Pol (onların heç biri aralıq seçkilərinə namizədliyini irəli sürməyib). Üçü də bəzən Ağ Evin tənqid edib və hamısı xarici siyasət məsələlərinə üstünlük veriblər.

Respublikaçılar yuxarı palataya nəzarəti saxlayarsa, Trampın Yaxın Şərqə yanaşmasına, xüsusilə söhbət İran və Səudiyyə Ərəbistanından getdikdə, etiraz ediləcəyinə heç bir zəmanət yoxdur. Rubio və Qraham İrana qarşı ABŞ sanksiyalarının çoxaldılması üçün Tramp administrasiyasına təzyiq ediblər, amma Pol İranla nüvə razılaşmasından çıxmanın əleyhinə olub.

Səudiyyə jurnalisti Camal Xaşuqcinin öldürülməsinin ardından, senatorların üçü də, Trampın istəksiz olduğu Səudiyyə Ərəbistanına qarşı sərt tədbirlərə çağırış ediblər. Konqresdəki respublikaçılar bu məsələdə Ağ Evlə ortaq fikirdədirlər.

Əlbəttə, demokratların Senatda nəzarəti ələ keçirdiyi ssenaridə Trampın çətinlikləri artacaq. Demokratlar Riyad əleyhinə hərəkət etmək və İrana qarşı sanksiyaların ləğvi yönündə Tramp administrasiyasını daha çox aqressiv təzyiq göstərəcək.

Bundan başqa, əgər demokratlar Nümayəndələr Palatasının nəzarəti əllərinə alsalar, onlar siyasət tərzinin gözlərindəki ağırlığı dəyişə bilərlər. Yəqin ki, ABŞ-ın Səudiyyə Ərəbistanına silah ixracını və Yəməndə müharibəni dayandırmaq üçün Tramp administrasiyasına təzyiq etməyə çalışacaqlar. Tramp administrasiyasının noyabrın sonunadək Yəməndə atəşkəsə çağırışı bu gözlənilən inkişafı önləmək cəhdidir.

Demokratların hakim olduğu Konqresdə müdafiə büdcəsi qayçılana bilər. İraq və Suriyadakı ABŞ müharibələrinin maliyyələşdirilməsini nəzərdə tutan Xarici Əməkdaşlıq Əməliyyatlarının (OCO) maliyyələşdirilməsinin 2019-cu ildə əhəmiyyətli dərəcədə azalması gözlənilir.

Ağ Evin İranın Yaxın Şərqdəki təsirini hərbi cəhətdən dayandırmaq qabiliyyəti də məhdudlaşacaq.

 

Xarici siyasətə diqqət artır

 

Aralıq seçkiləri, adətən, ümumiyyətlə, Ağ Evin daxili gündəminin Konqres vasitəsilə dəyişməsinə gətirib çıxarır. Bu mənada, Tramp administrasiyası, aralıq seçkiləri və 2019-cu ilin ortalarında prezidentlik kampaniyasının başlanğıcı dövründə xarici siyasətə daha çox diqqət yetirəcək.

Bu, Trampın İsrail-Fələstin münaqişəsi üçün elan etdiyi sülh planının təfərrüatlarını açıqlamasına səbəb ola bilər. Prezident israillilər və fələstinliləri müzakirə masasına gətirmək niyyətləri haqqında geniş danışdıqda, iki tərəfə nə təklif edəcəyinə dair konkret təfərrüatları açıqlamayıb. Yenidən başlayan danışıqlar İsrail baş naziri Binyamin Netanyahunun əhəmiyyətli kompromislər etməyə hazır olmasını çətinləşdirəcək. Tramp da bu günə qədər buna istəksizdir.

Trampın ilk prezidentlik müddətin bitməsinə qədər sülh danışıqlarının başlamasına ciddi yanaşması halında, iki tərəf arasında potensial ziddiyyətlər ola bilər.

Ağ Ev İrana təzyiq göstərməyə davam edəcək. Tramp, həmçinin Moskva ilə yenidən məşğul olmağı planlaşdırır, lakin onun səyləri (Kremlin 2016-cı ilin prezident seçkilərinə müdaxilə ittihamına görə) Konqresdəki demokratlar tərəfindən müqavimətlə qarşılanacaq.

Rusiya ilə hər hansı bir yaxınlaşmaya Konqresin müxalifəti Suriya məsələsinin həlli və müxalifətlə Əsəd rejimi arasındakı sülh danışıqlarının yenidən başlanması ilə bağlı istənilən irəliləyişə sədd çəkəcək.

Konqresin Səudiyyə Ərəbistanı ilə bağlı sanksiya tələbi gündəmə gələrsə, ABŞ-ın dəstəklədiyi Ərəb-İsrail sülhü planı Trampın prezidentliyinin son iki ilində uğursuzluğa düçar ola bilər.

Bu birbaşa və dolayı nəticələrdən başqa, səsvermədən sonra yaxın həftələrdə baş verə biləcək bir sıra mümkün proseslər də mövcuddur. Müdafiə naziri Ceyms Mattis istefa edə bilər ki, bu da Tramp administrasiyasının içərisində güc dinamikasını dəyişdirəcək və onu sağa itələyəcək. Xüsusi müşavir Robert Möllerin istintaqı da, kifayət qədər sübutlar olduqda, növbəti ABŞ Konqresi üçün oyun dəyişdirici ola bilər.

Ağ Evin aralıq seçkilərdən sonra Yaxın Şərqdə siyasəti ümumi xarakterini az dəyişəcək və aktiv olacaq: daha taktiki, nəinki strateji; daha gözlənilməz, nəinki davamlı.

 

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə