XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 13:43

AMERİKANIN “KÜRD QAMBİTİ”-Vaşinqton PKK liderlərinin yaxalanmasına görə niyə mükafat təyin edib? (TƏHLİL)

“Milli gazete” (Türkiyə), 08.11.2018

 

Türkiyə Silhalı Qüvvələri (SQ) uyğun saziş əldə ediləndən bir ay sonra – Mənbicdə Amerika hərbçilərilə birlikdə keşik çəkməyə başladıqdan bir gün sonra Amerika hərbçiləri və Xalq Özünümüdafiə Dəstələri (YPG) Fəratın şərqində bu dəfə də birgə keşik çəkməyə çıxıblar və bu haqda məlumat fotoşəkillərlə birlikdə KİV-lərdə əksini tapıb.

Hamı bu ziddiyyətli durum üzərində nə baş verdiyini düşünərkən ABŞ cavabında bildirib  ki, Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri Murat Karayılanın yaxalanmasına görə beş milyon, Cəmil Bayıka görə dörd milyon və Duran Kalkana görə üç milyon dollar həcmində mükafat təyin edib. Yəni o, bir yandan Mənbicdə, guya, Türkiyəni müşayiət edir, o biri yandan bundan bir an sonra PKK/YPG terror təşkilatıyla birgə keşik çəkməyə çıxır və siqnal verir: “Türkiyə ilə danışığımıza baxmayın, biz sizinləyik və borcumuz sizi qorumaqdır”.

Qeyd etmək gərəkdir ki, bütün bunlar ABŞ-ın əsil niyyətini gizlətməyə bəs etmir. Çünki Türkiyə uzun illər boyu daim təkrar edir ki, YPG PKK-nın Suriya qanadıdır. Əslində, bu fakt ABŞ-a da məlumdur. Bu durumda PKK üzvləri Murat Karayılan, Bayık və Kalkanın yaxalanmasına yardım edənlər üçün mükafat haqda ABŞ-ın bəyanatı, ən yaxşı halda, aldanışa düçar etmək və əsil niyyəti gizlətmək cəhdidir. Amma bununla bağlı ABŞ-ın görmədiyi və bu haqda səhv etdiyi bir fakt var: bütün dünyanı səfeh saymaqla özünü səfeh kimi aparır.

Bu mövzuda cürbəcür şərhlər olsa da, bütövlükdə hamısı eyni şeyə gəlir: ABŞ PKK-nın liderləri adlananları satmaqla Türkiyəni YPG-ni tanımağa və yaxud, başqa sözlə, onunla danışıqlar masasına əyləşməyə məcbur etməyə çalışır. Bu isə Türkiyəni Suriyada kürd dövləti yaratmaq üçün dilə tutmaq deməkdir.

Düşünürəm ki, belə durumun Türkiyə üçün nə qədər problem yaradacağından danışmağa ehtiyac da yoxdur. Yada salaq ki, ABŞ İŞİD-lə mübarizə bəhanəsilə Suriyadakı terrorçulara uzun müddət silah göndərib. Məqsəd döyüş meydanında məkan ələ keçirmək üçün PKK/YPG terror təşkilatına yardım idi. Nəticədə söhbət PKK-nın bəzi ərazilərdə çoxdankı üstünlüyündən gedir. Türkiyə buna qarşı etiraz edir və bütün meydançalarda israrla bundan danışır ki, hətta ABŞ bu məsələdə dirəşsə, biz birbaşa müdaxilə həyata keçirəcək və hər şeydən qabaq sərhədimiz boyu rayonları terrorçulardan təmizləyəcəyik.

Başqa sözlə, Türkiyə son dərəcə aydın şəkildə bəyan edir ki, Suriyada yeni ərazi qurumunun meydana çıxmasına yol verməyəcək. Çünki əks halda Suriyada, ən azı, İraqda var olan muxtar rayonun analoqu meydana çıxacaq və yaxud, başqa sözlə, İraqda edildiyi kimi, Suriyada da belə ikinci addım atılacaq.

Bu isə yüz il qabaq Böyük Britaniya tərəfindən hazırlanan və səhnəyə təqdim edilən Böyük Kürdüstan layihəsinin surətinin günümüzə kölgələnməsini ifadə edəcək. Və ABŞ artıq hamıya məlum faktdan xəbərsiz olduğu görkəmini alarsa, onda barış bölgəmizə hələ uzun  müddət gəlməyəcək.

PKK liderlərinin yaxalanmasına görə mükafat təyin edilməsi Türkiyənin terrorizm bəlasından qurtulmasından daha çox İraqdan sonra Suriyada birbaşa sərhədlərimizin yaxınlığında daha bir kürd qurumunun yaradılması üçün Türkiyəni dilə tutmağa hədəflənən addımı ifadə edir. Bu durumla razılaşmaq isə bir müddət sonra ölkəmizin özünün bu vəziyyətlə necə üzləşəcəyini görmək demək olduğundan, buna nə Türkiyə rəhbərliyi, nə də xalqımız yol verər.

Pentaqonun rəsmi təmsilçisinin ABŞ-ın güney hüdudlarımızda terrorçularla əməkdaşlığını və “ABŞ və YPG güclərilə sərhədlərə nəzarəti” “təhlükəsizliyə zəmanət üçün keşik çəkmək” adlandırması isə açıq göstərir ki, bu, əsla Türkiyə üçün deyil, YPG/PKK üçün zəmanətdir.

Bütün bunlar sıradakı nəticəyə gəlmək imkanı verir: ABŞ dünən İraqdakı kimi, bu gün Suriyada da terrorçularla qarşılıqlı fəaliyyəti Türkiyə ilə dostluqdan üstün tutur. Edilən bütün hərəkətlər və gizli planlar göstərir ki, ABŞ Suriyada da kürd qurumu yaratmağa çalışır və bundan imtina niyyətində deyil. Hər halda bu şəraitdə bundan belə sözlərə deyil, fəaliyyətə fikir vermək və bundan çıxış etməklə addım atmaq gərəkdir.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə