XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

22 Noyabr 2018 - 10:48

“Strateq baxışı”nda müzakirə:“İran vurularsa, Azərbaycan nə etməlidir?”- VİDEO

Strateq.az saytının layihəsi olan “Strateq baxışı” verilişinin 8-ci bölümü “İran düyünü və İrana tətbiq olunan sanksiyaların bölgəyə və bölgə dövlətlərinə təsiri” mövzusuna həsr olunub. Mövzunu verilişimizin daimi ekspertləri –  Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İB-nin prezidenti Yasəmən Qaraqoyunlu və qonağımız, Türk tarixi tədqiqatçısı Əkbər Nəcəflə müzakirə edirik. Gündən-günə gərginləşən bölgəmiz və konkret olaraq İrandakı vəziyyətin bizə nə təsiri olacaq? Əgər İran vurularsa, bu, Azərbaycana və bölgəyə hansı təsirləri göstərəcək? İranın vurulması və ya vurulmaması hallarında Azərbaycan nə etməlidir? Azərbaycan cəmiyyəti, dövləti və müxalifətinin üzərinə hansı yük və məsuliyyətlər düşür? Bu suallara cavab tapmaqla yanaşı, İranın daxili problemləri, İranın etnik tərkibi və digər məsələlər haqqında da ekspertlərlə və qonağımızla ciddi müzakirə apardıq.

Ümid edirik ki, “Strateq baxışı” proqramının bu buraxılışı da Oxucularımızın marağına səbəb olacaq və onlar öz düşüncələrini bizə yazacaqlar.

Buyurun, “Strateq baxışı” verilişinin 8-ci bölümünü seyr edin. Hər şeyin necə olduğunun ən yaxşı qiymətini Siz verəcəksiniz, əziz tamaşaçılar.

“Strateq baxışı”,

Əvəz Zeynallı

 

 

 

 

 

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə