XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

30 Noyabr 2018 - 19:43

PAŞİNYANLA DAĞLIQ QARABAĞ SEPARATÇILARI ARASINDA GƏRGİNLİK:“Ağlınızı başınıza yığın və öz işinizlə məşğul olun!” – TƏHLİL

Sərkis Artsruni

ru.1in.am, 30.11.2018

 

Ermənistanda 20 il boyu Artsaxın (Dağlıq Qarabağın-red.) maraqlarını təhlükə altında qoyan xeyli hadisə baş verib, amma biz Stepanakert (Xankəndi-red.) tərəfdən heç bir məzəmmətli bəyanat eşitməmişik. Hətta Artsax Robert Koçaryanın “yüngül əli”ylə danışıqlar prosesindən sıxışdırılanda Artsax elitası bunu “təbii” sayıb. Hələ bunu demirik ki, Aprel müharibəsi zamanı Ermənistan ordusundakı, yumşaq desək, pis vəziyyət aşkara çıxarkən Stepanakert tərəfdən heç bir etiraz eşitmədik.

Qəbul edilmiş ümumi rəyə görə, DQR (Dağlıq Qarabağ-red.) rəhbərliyi hesab edib ki, Robert Koçaryan və Serj Sərkisyan qarabağlı olmaqla Artsaxa və maraqlarına qarşı gedə bilməzlər. Əlbəttə, bu, dayaz  düşüncədir, çünki Robert Koçaryan və Serj Sərkisyanın “milli siyasəti”nin bəhrələrini Aprel müharibəsi günlərində dərmişik.

Sözsüz, bunu Qarabağ elitasında da başa düşürlər və o qədər sadəlövh olmaq lazım deyil – onun Ermənistanın son iki prezidentiylə həmrəyliyi milli və ideoloji məsələlərdə razılaşmaların nəticəsiydi. Ola bilsin, etiraf etmək ağırdır, amma Qarabağ qəbiləsi deyilən qüvvə iki təmsilçisinin bir-birini əvəzləyərək Ermənistanda hakimiyyəti mənimsəyərək öz qruplaşmasına “elit” statusu ayırdığı durumla məmnun idi. Artsaxda son iyirmi ildə klassik mənada müstəqil hakimiyyət öz varlığına son qoymuşdu və hakimiyyət Ermənistanın  kriminal oliqarxiyasının yerli qruplaşmasınn əlində cəmləşmişdi.

Ermənistanda baş verən məxməri inqilabdan sonra aydın idi ki, gözəl günlərin birində Ermənistanın yeni hökuməti və Artsaxın köhnə hakimiyyəti arasında çox ciddi böhran yaranacaq, çünki hər iki sistem bir araya sığmazdır və Stepanakert elitası qarşıdurma üçün dəfələrlə  əsas verib. Məsələn, Robert Koçaryanın həbsindən sonra Ermənistanın ikinci prezidentiylə, demək olar, açıq həmrəylik ifadə edib və yaxud DQR prezidentinin müşaviri Qarnik İsaqulyanın fitnəkar müsahibəsiylə. Bir qayda kimi, Stepanakert elitasının narazılığı spontan deyildi və Ermənistanın əski sistemi təmsilçilərinin “qiyamları”, ya da Moskvadan gələn siqnallarla yemlənib.

Bu kədərli qanunauyğunluq bu günlərdə də saxlanır.

Sasun Mikaelyan ehtiyatsız bəyanatla çıxış edib, ardınca respublikaçı xadimlərin tənqidləri, sonradan isə Qarabağın bir neçə məmurunun hövsələsiz tənqidi gəlib.

Yaxud – Nikol Paşinyan Alaverddə seçkiqabağı görüş ərəfəsində  bildirib ki, o, Ermənistanın, oğlu Artsaxda qulluq edən yeganə dövlət başçısıdır.  O, qeyd edib ki, hətta Qarabağ xadimlərinin oğulları da Qarabağda və ümumiyyətlə orduda qulluq etməyiblər.

Paşinyanın bəyanatı respublikaçı xadimlər, Robert Koçaryanın ofisinin rəhbəri  tərəfindən bir anda tənqidə layiq görülüb və xatırladıblar ki, Ermənistan baş nazirinin özü orduda qulluq etməyib.

Artsax prezidenti Bako Saakyanın mətbuat katibi David Babayan isə sonradan “Yerkir media” teleşirkətinə müsahibədə tənqidçilərə züy tutaraq qeyd edib ki, Paşinyan konkret hansı rəhbərdən söz getdiyini izah etməlidir. Babayan deyib: “Məsələn, Artsaxın fəaliyyətdəki prezidenti Bako Saakyanın oğlu orduda qulluq edib, keçmiş prezident Arkadi Qukasyanın da oğlu qulluq edib, Müdafiə Ordusu komandirlərinin hər ikisinin oğlu da qulluq edib”.

Baş nazir Stepanakertin “şıltaqlıqlarına” 6-7 ay boyunca açıq reaksiya verməyib, hətta Artsaxda yayda baş verən iğtişaşlar fonunda Bako Saakyan hakimiyyətinə qeyd-şərtsiz dəstək verib. Lakin, görünür, nəhayət, dünən Paşinyanın əsəbləri dözməyib. Əlbəttə, bu, Ermənistanda gedən seçkiqabağı təbliğatın məntiqiylə şərtlənir.

Nikol Paşinyan Qeharkunik mərzində Çambarak icmasındakı mitinqdə Ermənistanda parlament seçkiləri seçkiqabağı təbliğatının gedişatında Qarabağ xadimlərinin fəallığını qəribə hesab edib.

Nikol Paşinyan qeyd edib: “Mənim suallarım var və bunu Artsax prezidenti Bako Saakyanla müzakirə etmək fikrindəyəm, buna qədərsə cənab Saakyanı öz hökumətinin nümayəndələrini intizama çağırmağa və birbaşa öz işləriylə məşğul olmağa dəvət edirəm. Artsax prezidentinin mətbuat katibi dediyim sözlər haqda bir gündən sonra şərhlər verir, bu nə deməkdir? Əzizlərim, ağlınızı başınıza yığın və öz işinizlə məşğul olun”.

Əlbəttə, Paşinyanın açıq çıxış etməyinin nə qədər məqsədyönlü olduğunu müzakirə etmək olar, xüsusən də ona görə ki, bu məsələni, doğrudan da, Bakon Saakyanla özəl söhbətin gedişində müzakirə edə bilərdi. Biz bu haqda danışırıq, çünki Ermənistan siyasi elitasında Artsaxda hakimiyyəti “işğal etmək” fikrinin şirnikləndirdiyi adamlar az deyil – eynilə Stepanakert elitasının 20 il qabaq Ermənistanda hakimiyyəti “işğal etdiyi” kimi.

Amma bu təhlükəli fikri, hətta “Sasna Tsrer” partiyasının bəhs etdiyi Artsaxa inqilab “ixrac etmək” ideyasını kənara qovmaq lazımdır.

Artsaxda inqilab yolverilməzdir, çünki ön cəbhəyə sarsıntıya imkan vermək böyük israfçılıq olacaq, o biri yandan isə, Ermənistanı 20 il boyuna yönəltmiş Robert Koçaryan-Serj Sərkisyan cütlüyü qarşısında özün borclu sayan Artsax cinayətkar-oliqarxik sisteminin saxlanması yolverilməzdir.

DQR hökuməti Ermənistan siyasi sisteminin qisasçı düşərgəsinin hissəciyinə çevrilərək ayrıca subyekt olmağı buraxıb. Ermənistan və Artsax sistemlərinin yenidən inteqrasiyası baş verərsə, bu durum aradan qaldırıla bilər ki, bu da Artsaxda hökumətin keyfiyyətini və kadr tərkibini sarsıntısız dəyişməyə imkan verər – növbəti seçkilər və islahatlar vasitəsilə.

Hələlik isə etiraf etmək kədərlidir ki, parlament seçkiləri təbliğatı Artsaxda məzmunsuz diskurs doğurmayıb, seçkiqabağı gəmirişməyə səbəb olub – Artsax hökuməti təmsilçilərinin iştirakıyla.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə