XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

04 Dekabr 2018 - 17:54

G20-də UDAN VƏ UDUZAN TƏRƏFLƏR:sammitdən əlidolu çıxan yalnız Donald Tramp oldu - TƏHLİL

Peter Apps

“Middle East Monitor”

 

G20 həftəsonundan sonra evlərinə qayıdan dünya liderləri qısa müddətli bəraət ala bilərlər. İki həftə əvvəl Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq sammitindən fərqli olaraq, dövlət başçıları birgə bəyanat məsələsində razılığa gəliblər. ABŞ prezidenti Donald Tramp və çinli vəzifədaşı Si Zinpin arasında ən mühüm görüşü hər iki tərəfdən uğurlu sayılıb, ticarət savaşının daha da artmasına yol verilməyəcəyi bildirilib.

Ancaq bu müsbət başlıqlar mənzərənin yalnız yarısıdır. İşi davam etdirmək üçün bütün səylərə baxmayaraq, Buenos-Ayresdəki görüş beynəlxalq fərqliliklərin sayında narahatlıq doğuran artım nümayiş etdirib. Fransa prezidenti Emmanuel Makrondan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman əleyhinə qınama ifadələrindən tutmuş Rusiya prezidenti Vladimir Putinin liderlərin açıq şəkildə düşmən saydığı şəxsə rəğbətinədək.

Zirvə toplantısının əsas diplomatik sıçrayışı – Dünya Ticarət Təşkilatının islahatına dair birgə bəyanatdır. Əksər ölkələr DTT-də dəyişikliklərin olmasını istəsələr də, ABŞ-Çin gərginliyi bunun necə olacağına dair razılığı çətinləşdir.

Təəccüblü olsa da, beynəlxalq diplomatiya üçün dünyanın qabaqcıl platformalarından biri kimi hazırlanmış forum, Tramp kimi liderləri təhqir etməkdən qorxaraq, “çoxtərəfli” sözünü işlətməkdən çəkinib. Diplomatik səylərin əksəriyyəti, insayderlərin sözlərinə görə, böyük ölkələrin, xüsusilə də ABŞ və Çinin artan tabularından yayınmaq üçün əngəllənib.

2009-cu ilin aprelində Londondakı G20 zirvəsində dünya liderləri əvvəlki ildəki qlobal maliyyə böhranından sonra birgə yanaşma barədə razılığa gəlib, ortaq təməl tapmışdılar. İndi isə, xüsusilə də Qərbin ən böyük demokratiyaları evlərində siyasi dramlarla daha çox qayğılanır. Məsələn, xarici liderlərlə görüşlərində belə Makrona Fransada şiddətli küçə nümayişləri barədə məlumatlar verilib. Britaniya baş naziri Tereza Mey parlamentdə “Brexit” razılaşması ilə bağlı çətinliyə düşüb. Tramp xüsusi məsləhətçi Robert Möllerin 2016-nın prezident seçkisində Rusiyanın iştirakı ilə əlaqədar istintaqında son inkişaflar haqqında qəzəbli “tweet”-lər yazmağa vaxt sərf edib.

Putinlə Səudiyyə Ərəbistanı şahzadəsi arasında coşğun əlsıxma dünyanın repressiv, avtokrat dövlətlərinin ortaqlığı barədə hekayətdir. Eyni zamanda, avtokratlar da özlərini təzyiq altında hiss ediblər. Qərbli vəzifədaşları kimi, Putin də Rusiyanın iqtisadi problemləri üzündən öz daxili etimad reytinqinin enişindən xəbərdardır və Ukrayna kimi ölkələrlə rəqabətin bu dinamikanı necə dəyişə biləcəyi aydın deyil.

Bununla yanaşı rəsmi Riyad, İstanbulda, Səudiyyə konsulluğunda jurnalist Camal Xaşuqcinin öldürülməsi ilə ciddi diplomatik böhrana məruz qalıb.

Avtokrat liderlər də bloklaşa bilmir və Türkiyə prezidenti Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı ilə əlaqələrdən uzaqlaşa-uzaqlaşa Putin Rusiyası ilə daha da yaxınlaşır.

Göründüyü kimi, beynəlxalq əlaqələrə daha çox hərəkət edən hissələr var və ikitərəfli münasibətlərin bir çoxunda qarşılıqlı ziddiyyət böyüməyə davam edir.

Trampın bütün problemlərini nəzərə alaraq. G20 – ABŞ prezidentinin uğurlu səfər olub. ABŞ-ın istəyi ilə qaçqınlar və köçə dair bənd bəyannamədən çıxarılıb; Tramp Meksika və kanadalı vəzifədaşları ilə yenidən işlənmiş ticarət sazişini imzalayıb; Vaşinqton yenə iqlim dəyişikliyinə dair hər hansı bir öhdəlikdən çəkinib; Çin Trampın tariflərinə istinadı sənədə daxil edə bilməyib. Trampun çinli Si ilə razılığa gəldiyi halda, Putinlə görüşünü ləğv edib.

ABŞ administrasiyası gələn il Şimali Koreya lideri Kimlə yeni görüşdə diplomatik sıçrayışlara ümid edir. Vaşinqton-Pekin münasibətlərinin müvəqqəti inkişafı bu prosesə kömək edə bilər. Bundan başqa, Tramp Si və Putinlə üçtərəfli görüşlə ümidsiz silahlanma yarışını dayandırmaq istəyir.

Bu ruhun nə qədər davam edəcəyi müəmmadır. Si-Tramp görüşündə 1 yanvar tarixindən nəzərdə tutulan yeni tarifləri 90 günə təxirə salmaq razılaşdırılıb və s. Ancaq tariflər məsələsi və gərginliyin tezliklə təkrar yüksələ biləcəyinin əlamətləri var. ABŞ və Çin Cənubi Çin dənizində hələ də rəqabət halındadır.

Demək olar ki, hər bir lider evinə əliboş qayıdıb. Gələn ilin iyun ayında Yaponiyada keçiriləcək növbəti G20 çoxtərəfli uğurlu diplomatiya üçün hələ də çətin ola bilər.

 

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə