XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 17:15

BU GÜN OPEK NƏ QƏRAR QƏBUL EDƏCƏK? – Əsas hasilatçılardan biri ABŞ-ın çaldığı havaya oynayır

Tom Stivenson

“Midl İst Ay”

 

Səudiyyə Ərəbistanı bu gün keçiriləcək OPEC (OPEK) üzvlərinin görüşündə qabaqcadan bir sıra iqtisadi və diplomatik təzyiqləri balanslaşdırıb. Amma Qətərin OPEK-dən çıxma kimi sürpriz qərarı padşahlıq üçün mühüm görüşü şübhəli hala gətirib.

Vyana iclasının planı aydın görünürdü: neft istehsalını azaltmaq və qiymətləri qaldırmaq üçün Səudiyyə Ərəbistanına karteldəki müttəfiqlərinin dəstəyi lazım idi. Mühüm zirvədən üç gün əvvəl Qətər 2019-cu ilin yanvarından etibarən təşkilatdan çıxdığını elan edib.

Qətərin energetika naziri Səəd Şərida əl-Kəəbi bildirib ki, bu “sırf texniki” qərardır və ölkə təvazökar neft istehsalını artırmağı nəzərdə tutur.

Beləliklə, 1960-cı ildə təşkilatın qurulduğu gündən bu yana Fars körfəzi dövləti OPEK-i tərk edir və bu, əhəmiyyətli bir vaxtda elan olunur.

Müşahidəçilər deyir ki, bu addım 2017-ci ilin iyun ayında, yarımadanın blokadası elan edildiyi gündən bu yana Qətərlə şiddətli diplomatik mübahisədə kilidlənmiş Səudiyyə Ərəbistanına göndərilən mesajdır.

Atlantik Şurasının Rafiq Həriri Mərkəzinin təsisçi direktoru,  sabiq ABŞ diplomatı Mişel Dann bildirib: “Görünür, Qətər hələ də Xaşuqci cinayəti ilə bağlı başı qarışmış Səudiyyə Ərəbistanına daha bir zərbə vurmağa çalışır”.

Qətərin hələ də iştirak etməyi planlaşdırdığı Vyana toplantısında kartel üzvləri, Rusiya və Qazaxıstan da daxil olmaqla, digər böyük istehsalçılarla yanaşı, 1 barelə görə qiymətin 60 dollar olduğu zamanda neft qiymətinin daha aşağı düşməsini müzakirə edəcəklər.

İyun ayında ABŞ-ın təzyiqi altında OPEK (noyabr ayının sonunda 1 barelə görə 50 dollar) qiymətləri aşağıya endirən qlobal neft hasilatını artırmağa razılaşıb. Lakin uzun müddətli perspektivdə milli büdcəsini dəstəkləmək üçün Səudiyyə Ərəbistanı neft qiymətlərinin 73 dollardan çox olmasında maraqlıdır. Səltənət və Fars körfəzinin digər neft ölkələri indi neft qiymətlərini yüksək səviyyəyə çatdırmaq istəyirlər.

 

Risk böyükdür

Cümə axşamı OPEC konfransının nəticəsi qlobal neft qiymətlərinə və qlobal iqtisadiyyata böyük təsir göstərəcək.

Səudiyyə Ərəbistanının xarici valyuta ehtiyatları (2014-cü ilin iyun ayında təxminən 750 milyard dollar) 500 milyard $-a enib. Energetika naziri Xalid əl-Falih Cümə axşamı günü keçirilən yığıncaqda qiymətlərə daha yaxşı nəzarət olunacağı yeni müqaviləyə ümid edir.

Əl-Falih Rusiyanın TASS xəbər agentliyinə verdiyi müsahibəsində deyib: “Əlaqələrimizə dair yeni əməkdaşlıq müqaviləsi imzalamaq istəyirik”.

Səudiyyə planının boşa çıxması və hasilatın azaldılması barədə tədbir görülməzsə, neft qiymətləri aşağı səviyyədə qalacaq və başlıca neft ölkələri, o cümlədən Səudiyyə Ərəbistanının büdcələri məhdudlaşacaq.

Bununla belə, MBS neft hasilatının məhdudlaşdırılmasını müzakirə edə bilsə, qiymətlər Səudiyyə hökumətinin büdcəsinin sağlamlaşması ilə birlikdə artacaq.

Üçüncü nəticə zirvə üçün qeyri-müəyyən nəticə ola bilər. OPEK üzvləri 2016-cı ilədən mövcud istehsal kvotalarını tam tətbiq etməyə razı ola bilərlər.

Səudiyyə Ərəbistanı və digər neft istehsalçıları bu kvotaları aşırlar, buna görə də, kvotalara riayət etmə ABŞ-ın tənqidini özünə cəlb etmədən qiymətlərin və hasilatın azalması deməkdir.

 

Diplomatik mövqe

İstehsalın yavaşdılması üçün Səudiyyə Ərəbistanı dünyanın ən böyük ikinci istehsalçısından – Rusiyadan dəstək tələb edəcək.

Vyana görüşündən əvvəl Səudiyyə şahzadəsi Məhəmməd bin Salman (MBS) Buenos-Ayresdəki G20 zirvəsi çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Müşahidəçilər indi Rusiyanın necə hərəkət edəcəyini gözləyirlər.

Oktyabrın 2-də Səudiyyə jurnalisti Camal Xaşuqcinin İstanbulda öldürülməsi ilə Səudiyyə Ərəbistanının beynəlxalq diplomatik mövqeyi zəifləyib.

Xaşuqci məsələsi ilə Səudiyyə Ərəbistanının neft siyasətinin beynəlxalq ittifaqlara necə təsir göstərə biləcəyi məlum deyil.

CIA direktoru Cina Haspel Xaşuqcinin öldürülməsi ilə əlaqədar keçirdiyi brifinqindən sonra iki aparıcı respublikaçı senator MBS-in cinayəti istiqamətləndirdiyini bildirib.

Çərşənbə günü İstanbulun baş prokuroru MBS-in xarici kəşfiyyat başçısının müavini barədə ittihamnaməni elan edib.

Karnegi Fondunun Yaxın Şərq üzrə mütəxəssisi Maykl Yanq bildirib: “Səudilərin zəif mövqedə olduğuna inanmıram. Onlar xəcalətlidir, amma çox yox.  Bu hadisə, həqiqətən də, ABŞ-ı səltənətin lehinə daha güclü mövqe tutmağa məcbur edib. Vaşinqton MBS-i müdafiə edir”.

 

Rusiya üçün fürsət

Qərb Avropa ilə krallıq arasında gərginliyin olmasına baxmayaraq, Rusiya bu işi Səudiyyə Ərəbistanı ilə əlaqələri möhkəmləndirmək imkanı kimi görür.

Hər iki ölkə hazırda ABŞ-da çıxarılan Qərbi Texas neftinin bumu sonrası qlobal neft bazarında öz paylarını qoruyur. Bu il ABŞ onilliklər ərzində dünyada ən böyük xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanı və Rusiyanı hasilatda ötüb-keçib.

Oktyabrda ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı gündəlik 11 milyon barel neft hasil ediblər. Noyabr ayında, ehtimal ki, Səudiyyə istehsalı rekord həddə çatdırıb.

Kembric Universitetinin siyasi iqtisadiyyat professoru Helen Tompsonun sözlərinə görə, neft qiymətlərindəki dəyişkənlik beynəlxalq iqtisadiyyatda əks olunan əsas problemdir.

“Paylar çox yüksəkdir, lakin heç kimin istədiyi şeyi əldə edə bilməyəcəyi qeyri-sabitlik dinamikası var. ABŞ-dakı prezident seçkisinin perspektivlərinə görə qiymətin nə dərəcədə vacib olduğu bilinir, neft istehsalçılarının isə öz maraqları var və onlar hasilatın maliyyə cəhətdən etibarlı olmasını təmin etməlidirlər”.

 

Eyni musiqi altında rəqs

Leyden Universitetinin təmsilçisi Kristofer Devidsonun fikrincə, prezident Donald Tramp ABŞ-da baş verən iqtisadi böhrana son qoymaq və idarəçilikdə işgüzarlığını isbatlamaq istəyir. İndi Qətərin OPEK-dən çıxış açıqlaması Səudiyyə Ərəbistanını öz iqtisadi maraqları və ABŞ siyasəti arasında seçim etməyə sövq edir.

“Qətər OPEK-dən çıxması ilə Səudiyyə Ərəbistanına mesaj göndərir ki, Səudiyyə Ərəbistanı tərəfindən hazırlanan kartelin mövcud traektoriyası nəticəsində iqtisadi zərərə düşmək istəmir”.

Cümə axşamı OPEK konfransı və bu ayın sonlarında keçiriləcək Körfəz Əməkdaşlıq Şurasının zirvəsi Qətərın qərarı ilə “rənglənəcək”.

Neftin aşağı qiyməti son nəticədə Səudiyyə Ərəbistanının hasilatı tarixən ən yüksək səviyyədə artırmağa  hazır olmağından asılıdır.

Bu Səudiyyə Ərəbistanı üçün yaxşı hal deyil, – Devidson bildirib, – lakin Xaşuqci işindən sonra o, Ağ Evin çaldığı hava altında rəqs etməlidir”.

 

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə