XƏBƏR LENTİ

19 Mart 2019
18 Mart 2019

Digər Xəbərlər

29 Dekabr 2018 - 00:03

PAŞİNYAN İNQİLABI QARABAĞA NƏ GƏTİRƏCƏK? –"STRATEQ BAXIŞI"nda növbəti Qarabağ müzakirəsi - VİDEO

Strateq.az saytının layihəsi olan “Strateq baxışı” verilişinin 9-cu bölümü “Ermənistan inqilabı: Qarabağ məsələsinə mümkün təsirləri” mövzusuna həsr olunub.

Mövzunu verilişimizin daimi ekspertləri Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri, keçmiş Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbər, “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İB-nin prezidenti Yasəmən Qaraqoyunlu və qonağımız keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılla müzakirə edirik.

Ermənistanda nələr baş verir, Ermənistan-Paşinyan inqilabının səbəbləri nələrdir, necə oldu ki, illərlə hakimiyyətdə olan, Qarabağ “qəhrəmanları”ndan ibarət “qaliblər komandası”nı kiçik bir azlıq devirə bildi, Rusiyanın bu inqilabda barmağı varmı, Ermənistan inqilabının Azərbaycana, Qarabağ probleminin həllinə nə kimi təsirləri ola bilər?

Müzakirə boyu bu və ya digər suallara cavab axtarıldı və 1 saat 19 dəqiqəlik veriliş su kimi axıb keçdi. Keçmiş Baş nazir Pənah Hüseynin sensasion açıqlamaları, keçmiş Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbərin Əbülfəz Elçibəy-Ter Petrosyan görüşünün baş tutmamasının pərdəarxası məqamlarını ilk dəfə söyləmələri mətbuat üçün də yenilik oldu. Yasəmən Qaraqoyunlu və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə ciddi təhlilləri ilə mövzunun tam açılmasında maraqlı və zəngin məlumatlar verdilər.

Əminik ki, “Strateq baxışı” verilişinin bu buraxılışı da geniş tamaşaçı kütləsinin diqqətini çəkəcək.

Buyurun, “Strateq baxışı” verilişinin 9-cu bölümünü seyr edin. Hər şeyin necə olduğunun ən yaxşı qiymətini Siz verəcəksiniz, əziz tamaşaçılar.

“Strateq baxışı”,

Əvəz Zeynallı

 


FOTOLAR:

 

Strateq.az