XƏBƏR LENTİ

23 Mart 2019
22 Mart 2019

Digər Xəbərlər

05 Yanvar 2019 - 13:22

TRAMPIN SURİYA TƏLƏSİ:ABŞ-ın Suriyadan çəkilməsi üç ölkə arasına təfriqə sala bilər – TƏHLİL

Avigdor Eskin (Qüds)

regnum.ru, 04.12.2019

 

ABŞ prezidenti Tramp Vaşinqtonun güclüləri tərəfindən coşğun qarşıdurmadan sonra şübhələrə dalmayıb: Amerika hərbçiləri Suriyadan çıxarılacaq. Amma bir saatın içində və hətta bir ay boyunca deyil, tədricən. Qəbul ediləndən qırağa çıxan nəsə baş verməsə, Amerika hərbçiləri aybay (və beləcə dörd ay ərzində) Suriyanı tərk edəcəklər.

Prezident bunu bu yaxınlarda mətbuatla təmasın gedişində təsdiqləyib. O deyib ki, Suriya “qum və ölümdür”. Sovetlərin Əfqanıstanda ard-arda gələn əzablarını yada salıb. Və özünəməxsus qətiyyətlə təsdiqləyib ki, Amerika qoşunları çıxarılacaq.

İranın Suriyada iştirakı haqda çox önəmli sözlər söylənib. Tramp qeyd edib ki, Tehran Suriyada hərbi iştirakını artıq azaltmağa başlayıb. Və bu, iqtisadiyyatda ağır böhranın nəticəsidir. O, habelə vurğulayıb ki, bu günki İran iki il qabaqkından tam başqa bir bölgəsəl gücdür. Tehran o zaman Yaxın Şərqdə öz nüfuzunu sürətlə genişləndirməyi bacarırdı, indi isə həslənir. Və bir anda əlavə edib: “Qoy Suriyada nə istəyirlər, etsinlər”. Əlbəttə, o, Suriya torpağından İsrailə qarşı təcavüzkarlıqda İrana yaşıl işıq nəzərdə tutmur. Amma İsrailin özü vəzifənin öhdəsindən pis gəlmir: İran Suriyada olduğu son iki ildə güclü zəifləyib – o cümlədən İsrailin zərbələrinə qarşı dura bilməmək bacarıqsızlığından.

Əlavə etmək önəmlidir ki, Amerika prezidenti Amerika hərbçilərinin Əfqanıstanda olmasının effektsizliyinə də işarə edib. Orada hərbi iştiraka azman vəsaitlər itirilir, nəticələr isə görünmür. Radikal islamçılar bütün işğalçılar üçün tələyə çevrilən bu dövlətin ərazisindən isitfadəni davam etdirirlər.

Lakin Trampın Suriyadan qoşunları məhz niyə indi çıxardığı tapmaca olaraq qalır. İstefadakı polkovnik və hərbi analitik Daqlas Makqreqor öz izahatını verib. Onun fikrincə, Tramp nəticəyə gəlib ki, Amerika Suriya ilə vidalaşandan sonra İran, Suriya və Rusiya arasında çözülməz ziddiyyətlər meydana çıxacaq. Orada münasibətlərin qəliz aydınlaşdırılması gözlənilir. Kürdlər isə təkcə Suriya rejiminə deyil, İranınkına da neft satışını işə salmağa macal tapıblar. Bunu Trampın özü də vurğulayıb və əlavə edib ki, belə bir şey ona heç xoş gəlmir.

Başqa sözlə, amerikalıların bəslədiyi kürdlər Suriyanın şimalında Tehranla roman başlamağa macal tapıblar. Amerikalılar orada olduqca türklər öz qəzəblərini saxlayırdılar. Suriya kürdləri onlar üçün terrorçu, Kürdüstan Fəhlə Partiyasının və Türkiyə zindanına salınmış lideri Öcalanın tərəfdarlarıdır.

Vaşinqtondakı səriştəli Makqreqorun sözlərindən nəticə çıxır – Donald Tramp bundan çıxış edir ki, Amerikanın getməsi indi Suriya torpağında yerləşən hər üç oyunçunu – Türkiyə, Rusiya və İranı zəiflədəcək münaqişənin sonrakı yayılmasına səbəb olacaq. Buradan əsla irəli gəlmir ki, amerikalılar tərəflərdən hansınasa silah tədarükünə başlayacaqlar. Onlar özəlliklə də radikal qruplaşmaları yemləməyə hazırlaşmırlar. Amma təqdim olunan baxışa əsasən, davanın başlıca iştirakçılarının qarşılıqlı zəifləməsinə də mane olmayacaqlar.

Prezident Trampın özü də Əfqanıstandakı duruma görə bu ruhda fikir bildirib. Orada “Taliban” və İŞİD döyüşçüləri arasındakı qanlı tutuşmaları yada salıb. Amerika hərbçiləri qarşılıqlı qırğına cəlb olunanları indiyəcən dəfələrlə “ayırmağa” çalışıb. Prezident Tramp onlara mane olmamaq göstərişi verib. İlişməmək, amma mane olmamaq da.

Prezident Ronald Reyqanın qarşılıqlı qırğın və zəifləmə üzrə başladığı işi hər iki tərəfin davam etdirəcəyi ümidiylə İran və İraqa eyni zamanda silah tədarük etdiyi dönəmi yada salaq. Söhbət hər iki tərəfdən Amerikanın düşmənlərindən gedirdi.

Donald Tramp belə dərinə getmək niyyətində deyil, amma Suriyada quduzlaşanların ayaqları altından xalçanı dartıb çıxarmaq Yaxın Şərq məsələlərinə cəlbin azaldılmasına ilk addım olacaq. Və bu, İsraili heç cür zəiflətməməlidir. İsrail hərbi kəşfiyyatı (AMAN) başçısının keçmiş müavini, general Yaakov Amidror hesab edir ki, Amerikanın gedişi Suriyada İsrailin işini yalnız asanlaşdıracaq. Fəaliyyəti belə önəmli və nüfuzlu tərəfdaşla uzlaşdırmaq gərək olmayacaq. İsrail isə güc və imkanlara görə indiki münaqişənin bütün başqa iştirakçılarını əsaslı üstələyir. Və Qüds (yəni Təl-Əviv-red.) bu zaman əzəmətli strateji üstünlüyü saxlayır: İsrail öz qoşunlarını Suriya torpağında yerləşdirmədiyindən üzərinə heç bir öhdəlik götürmür. Qonşuluqda baş verənlər İsraili heç cür zəiflətməyib.

Əlbəttə, Suriya ilə barışıq və işbirliyi Qüds üçün ən yaxşı variant olardı. Amma axı hər şey bunsuz da yaxşı yetişir.

Tərcümə Strateq.az-ındır.