XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

09 Yanvar 2019 - 16:10

POMPEONUN QƏFİL BAĞDAD SƏFƏRİ:dövlət katibinin İraq rəsmiləri ilə İranı müzakirə etdiyinə şəkk-şübhə yoxdur

“Middle East Eye”, 09.01.2019

 

ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 8-də Bağdada gözlənilməz səfər edərək İraq rəsmiləri, o cümlədən spiker Məhəmməd əl-Həlbusi ilə görüşüb.

Pompeonun Yaxın Şərq turunun ikinci hissəsində aparılan danışıqlar prezident Donald Trampın ABŞ əsgərlərini Milad sürpriz ziyarətindən sonra iraqlı səlahiyyətlilərinin tənqidinə tuş gəlməsinin ardınca baş verib.

Suriyadan Birləşmiş Ştatlar qoşunlarının çıxrılmasına dair Trampın gözlənilməz qərarına baxmayaraq, ABŞ-ın baş diplomatı İran və yaraqlıların yaratdığı “əhəmiyyətli təhdidlərə” qarşı çıxmaq üçün müttəfiqlərə çağırış etmək üçün Yaxın Şərqə yollanıb.

Pompeo Bağdada Əmmandan gəlib və uzun səyahəti çərçivəsində Qahirə, Manama, Əbu-Dəbi, Doha, Riyad, Musqat və əl-Küveyt şəhərlərini ziyarət edəcəyini söyləyib.

Dekabrın 26-da Qərbi İraqdakı Əl-Əsəd hava bazasına gizli səfər edən Tramp, ABŞ komandirləri və təxminən 100 nəfərlik xüsusi qrupla görüşə xanımı Melaniyanın müşayiəti ilə getmişdi.

Baş nazir Adil Əbdülmehdi ilə onun planlaşdırılan görüşü telefon danışığı ilə əvəz olunmuş  və xüsusilə İran parlamentində əsas bloku olan İranyönlü qrupların kəskin tənqidi ilə qarşılanmışdı.

Tramp prezident seçildikdən bəri münaqişə zonasında olan ABŞ qoşunlarının ilk ziyarətindən Suriyadan çəkilmə rəyini müdafiə etmək və Amerikanın “qlobal polis” roluna son verəcəyini bəyan etmək üçün yararlanıb.

O, İŞİD-ə qarşı döyüşün qələbə ilə bitdiyini söyləyərkən, ABŞ-ın dəstəklədiyi qüvvələrin Şərq Suriyada son İŞİD qalaları uğrunda davamlı mübarizəsi hələ gedirdi. Buna görə də, zəfər elanı siyasi fırtınaya səbəb olub.

O zamandan bəri Tramp açıqlamasından yavaş-yavaş geri çəkilməklə, Suriyadan çıxışın “ehtiyatlı” bir yolla ediləcəyini söyləyib, administrasiyasının rəsmiləri isə daha da geriləyərək çıxış qrafikinin yerdəki hadisələrə bağlı qaldığını bildiriblər.

İraq 2017-ci ilin dekabrında İŞİD üzərində qələbəni elan edib, lakin terrorçu yaraqlılar böyük şəhərlərdəki şəbəkələrini qoruyub saxlamaqdadır, dağlq və ya səhra ərazilərindən hücumlar həyata keçirirlər.

İranın təsiri

ABŞ və onun regional müttəfiqləri də İranın İraqdakı təsirini azaltmağa çalışırlar, lakin Bağdad hökuməti İslam Respublikasına qarşı noyabr ayında qüvvəyə minmiş ABŞ sanksiyalarına riayət etmək istəmir.

İki qonşu ölkə arasında ticarət dövriyyəsinin təxminən 12 milyard dollardan aağı düşəcəyi düşünülür, üstəlik, İran İraqın elektrik ehtiyaclarının təxminən 40 faizini təmin edir.

Ötən həftə İraqın xarici işlər naziri bildirib ki, ölkəsinin sanksiyalara əməl etmə öhdəliyi yoxdur və ticarəti davam etdirmək üçün seçənəklər axtarılacaq.

Məhəmməd Əli əl-Hakim jurnalistlərə deyib: “Bu sanksiyalar, mühasirə və ya embarqo birtərəflidir, beynəlxalq öhdəlik deyil”.

Onun sözlərinə görə, İranla ticarət marşrutlarını açıq şəkildə saxlaya biləcək bir sıra “imkanları” təklif edib: “İraq dinarı ilə ikitərəfli ticarət də bu sıraya daxildir”.

Ötən ay İraq prezidenti Bərham Salih İrana səfər edib və İran prezidenti Həsən Ruhani ilə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə edib.

Görüşdən sonra Ruhani deyib: “İki ölkə arasındakı iqtisadi mübadilənin həcmi 12 milyard dollardır və onu 20 milyard dollara yüksəldə bilərik”.

Dekabrın 20-də ABŞ, Bağdada sanksiyalara əməl etməmək üçün 90 günlük möhlət verib.

Tərcümə: Strateq.az