XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 09:06

AMERİKANIN SATDIĞI SURİYA KÜRDLƏRİ YENƏ DƏ MOSKVAYA ÜZ TUTUBLAR- Xilasa aparan yol çox amansız olacaq – ARAŞDIRMA

Jorj Mabryuno

Le Figaro (Fransa), 09.01.2019

 

ABŞ-ın atdığı kürdlərə Suriyanın şimali-şərqindəki hərbi istehkamlarına Türkiyənin hərbi həmləsindən yayınmaq üçün Rusiya və Dəməşqə üz tutmaqdan savayı nəsə qalmır. Kürd məmurları ABŞ güclərinin Suriyanın kürd bölgələrindən çıxarılması haqda gözlənilməz  elanından sonra dekabrın 14-də Moskvaya səfər vaxtı Rusiya diplomatlarına yol xəritəsi təqdim ediblər ki, “xarici təhlükələrdən ümumi müdafiə sistemi” hazırlansın – danışıqların iştirakçısı Bədran Cia Kürd belə məlumat verib.

Kürd heyəti Moskvaya səfəri zamanı vasitəçilik haqda Rusiyaya müraciət edib. Bədran Cia Kürdün sözlərinə görə, “Rusiya bu vasitəçiliyə çox ciddi yanaşıb” və Suriyanın suverenliyi və ərazi bütövlüyünün saxlanması üzərində işləməyə hazır olduğunu ifadə edib. Bədran Cia Kürd əlavə edib: “Hətta amerikalılar qarşı çıxsalar da, yekun qərar Suriya hökumətiylə sazişdən ibarətdir”.

Bu yol xəritəsinin ilk mərhələsi Fəratdan şərqdə Türkiyə ilə sərhədin qorunması olmalıdır. Bu rol Əsədə qarşı üsyanın güc topladığı dövrdə Dəməşq qoşunlarının – kürdlərlə saziş əsasında – 2012-də çıxarıldığı bölgələrə sərhədçiləri qaytaracaq Suriya ordusuna ayrılıb. Moskvaya səfər etmiş kürd heyətinin daha bir təmsilçisi Eldar Xəlil etiraf edib: “Türkiyə ilə şimal sərhədində ordunun düzülməsini istisna etmək olmaz”.

Amma kürdlər israr edirlər ki, onların bəziləri sərhədçilərin sıralarına inteqrasiya olunsun.

 

Könüllü yığmanın buraxılması

İŞİD-ə qarşı savaşda Qərblə birgə önəmli rol oynamış kürd döyüşçülərinin üstünlük təşkil etdiyi, amma ərəblərin də daxil olduğu alyansın – “Suriya Demokratik Qüvvələri”nin buraxılması ikinci mərhələ olacaq. Bu, şimali-şərqə müdaxilə etməmək üçün Türkiyənin tələbiydi. Suriya müxalifətinin kürd-Rusiya təmaslarına qatılmış təmsilçilərindən biri deyib: ““SDQ”-nin bir bölümü Suriya ordusuna daxil olacaq. Bunu istəməyənlər mülki həyata qayıda bilərlər. Xeyli keçmış polis də Suriya polisinə qoşulacaq, hazırlıq keçməyənlər isə polis akademiyasına gedəcəklər”.

Kürdlər ümid edirlər ki, SDQ-nin buraxılması bildirməyəcək ki, amerikalılar onlara verdikləri silahları geri alacaqlar. Tərəflər indi danışıqlar aparırlar.

 

Ağır silahlarla bağlı məsələ

Həmin təmsilçinin sözlərinə görə, amma “amerikalılar silahları ərəb, ya da kürd hərbçilərinə buraxmağa hazırdırlar ki, İŞİD-lə vuruşsunlar”. BMT-nin Suriya dosyesinə məsul diplomatı sorub: “Tanka qarşı raketlər kimi ağır silahlar daxil olmaqla? Hətta son hesabda bunlar Suriya ordusunun əlinə düşərsə də?”

Reuters” agentliyinin məlumatına görə, Amerika zabitləri Pentaqona cihadçıların son ocağına qarşı mübarizənin sonunadək silahları kürdlərə buraxmağı tövsiyə ediblər.

Faydalı qazıntılar bölümü də kürdlərin yol xəritəsinə daxildir, amma ən kəskin məqam bu deyil. Kürdlər ölkənin şimali-şərqində göz qoyduqları neft quyularının Suriya hökumətinə qaytarılmasına qarşı deyillər. Danışıqların ən qəliz bəndi özəl idarəçiliyin – seçilmiş mini parlament və təhlükəsizlik güclərinin saxlanması olacaq.

Kürdlər son illərdə öz bölgələrinin muxtariyyətindən lap çox danışıblar. Və hətta onların yol xəritəsində “birləşmiş Suriya”da yaşamaq istədiklərindən danışılırsa da, kürdlər yeni konstutisiyanın zəmanət verəcəyi muxtariyyətlərinin bir bölümünü saxlamağa ümid edirlər. Suriya hökumətiylə bu haqda danışıqlar hələ ötən yayda başlanmışdı, amma çox tezliklə yığışdırıldı. Kürdlərə özəl status verilməsi ideyası yada düşür. Suriya xarici işlər naziri Valid Muəllim kürdlərə bəzi muxtariyyət verilməsinə “qarşı olmadığı”nı bir dəfə bildirsə də, bəəsçilər rejimi mərkəzsizləşdirməyə qabaqkı kimi inamsız yanaşır. Kürdlər Rusiyaya ümid bəsləyirlər ki, Dəməşqi inandırsın.

Fəratdan şərqdə əhalisi əsasən ərəblər olan, kürdlərin 2016-da İŞİD-i vurub  çıxartdıqları və Ankara və ABŞ arasında keçən yayda əldə edilən sazişə əsasən, kürd dəstələri geri çəkilməzsə, Türkiyənin hücum hədəsi gəldiyi Mənbicin taleyi məsələsi qalır.

Nəhayət, ötən yayda “kürd müşavirlər” Mənbicdən daşınıb. Amerikalılar qabaqkı kimi şəhərdə gözətçilik edirlər, Suriya qoşunları isə qərbdən ora yaxınlaşıb. Dəməşqə loyal tayfaların təşəbbüsüylə hərbi şura şəhərin özündə dövlət bayrağı qaldırıb. Və Moskva ilə danışıqlarda müzakirə olunan sazişə uyğun olaraq Suriya hökumət administrasiyasının qayıdacağı şəhərdə Amerika qoşunlarının yerini Əsədin əsgərləri deyil, Rusiya hərbi polisi tutacaq. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib: “Terrorçular yoxdursa, bizim qarışmağa səbəbimiz yoxdur”.

 

Bəşər “zəif şərdir”

Bu danışıqlarda öz uğurlarını saxlamaq üçün kürdlərin manevr üçün imkanları azdır. Onların SDQ-dəki keçmiş müttəfiqi, insan haqları uğrunda Suriya mübarizi Həytam Manna hesab edir: “Onların içində öz bölgəsini istənilən qiymətə qorumağa hazır olan çox güclü təmsilçilər var. Amma onlar indi azlıqdadır”.

ABŞ getməzdən qabaq Türkiyəyə etiraz işarəsi kimi döyüş təcrübəsi son illərdə faydalı olan Suriya kürdlərinin hərbi liderlərinin İraqdakı Qəndil qalasından getməyinə nail olub.

Görünür, kürdlər üçün durumu dəyərləndirməyin böhranlı çağı yetişib. Həytam deyir: “Çoxları hesab edirdilər ki, ABŞ prezidenti hər necə  olur-olsun, MKİ, Pentaqon, ya da Dövlət Departamenti onları tərk etməyəcək”. Bağlanğıcdakı keçmiş müttəfiq Amerika, keçmişdə məyus etdikləri yeni havadarları Rusiya və kürdlərin “zəif şər” saydıqları müzəffər Bəşər arasında xilasa aparan yol çox amansız olacaq.

Tərcümə Strateq.az-ındır.