XƏBƏR LENTİ

19 İyun 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 13:51

RƏSMİ PEKİNİN TAYVAN SİYASƏTİ:adaya sərt təzyiq ABŞ-la hərbi qarşıdurma yarada bilər

Minzin Pey

“Project Syndicate’”, 11.01.2019

 

Çin və ABŞ arasında baş verən geosiyasi mübarizəni bir çoxları Yeni Soyuq müharibə kimi səciyyələndirir. Onun “istiləşməsi”nin səbəbi yalnız Tayvan ola bilər və böyük ölçüdə Çinin adaya dair siyasəti ucbatından.

Çin hökuməti 2016-cı ilin iyun ayında Tayvanla diplomatik təmaslarını dayandırıb. Çünki yenicə hakimiyyətə qayıdan və müstəqillik tərəfdaı olan Demokratik Tərəqqi Partiyası (DTP) 1992-ci ildə qəbul edilən Konsensusu – “vahid Çin” prinsipinin siyasi əsasını tanımaqdan imtina edib. O vaxtdan bəri Tayvan prezidenti Tsay İnven mülayim siyasət yürüdür və DTP tərəfdarlarının işini çətinləşdirib.

Bu, Tayvandakı təzyiqi sərtləşdirməyə davam edən Çin üçün kifayət deyil. Misal üçün, Pekin beş ölkəni Tayvanla diplomatik əlaqələri kəsməyə razı salıb, nəticədə, ada ilə formal münasibətləri olan dövlətlərin sayı 17-yə enib.

Çin, həmçini materikdən adaya turizmin kəsilməsinə doğru addımlar atıb: 2015-ci ildə təxminən 4.2 milyon nədər çinli turist Tayvanı ziyarət etdiyi halda, 2017-ci ildə bu rəqəm 2,73 milyon nəfərə enib.

Tayvan hökuməti də Pekindən geri qalmayıb. Keçən ilin noyabr ayında DTP yerli seçkilərdə böyük ölçüdə itkilərə məruz qalıb – siyasi cəhətdən zəifləmiş Tsay partiyanın liderliyindən istefa verməli olub.

Çin üçün bu, ideal bir an olub. Beləliklə, yanvarın 2-də Çin prezidenti Si Zinpin Tayvan mövzusunda böyük bir çıxış edib. O, Çinin yenidən birləşməyə hazır olduğunu açıqlayıb.

Si Çinin avtokratik siyasi sisteminin Tayvanın ürküdücü demokratiyasına uyğun gəlmədiyi iddiasını rədd edib və 1997-ci ildə ingilislərdən geri alınan Honq Konqda tətbiq olunan “bir ölkə, iki sistem”in Tayvanın maraqları və muxtariyyəti üçün yetərli olduğunu bildirib. Halbuki Sini prezidentliyi dövründə həmin formul Honq Konqda azadlıqların eroziyaya uğradılması ilə həyata keçirilib.

O, danışıqlar masasında Tayvana güzəştə getməyəcəyini də bildirib. “Çinlilərin Çinlə döyüşməyəcəy”ini bəyan etməsinə baxmayaraq, Tayvanın rəsmi müstəqillik əldə etməsini maneə törətmək üçün güc tətbiqindən imtina etməyib. Si Çin təhdidinin yalnız “xarici qüvvələrə və daha çox az sayda separataçılara” yönəldiyini iddia etsə də, Pekinin “zəruri tədbir görmə” haqqnı da dilə gətirib.

Yenə Tayvan hökuməti həssaslıq göstərib. Tsay “vahid Çin” prinsipini və “bir ölkə, iki sistem” formulunu rədd edib və beynəlxalq birliyi Tayvanın de-fakto müstəqilliyini dəstəkləməyə çağırıb.

Sinin Tayvana qarşı sərt mövqe Tsay və DTP-yə dəstəyi artırmaq gücündə olsa da, Çinin siyasətinin dəyişəcəyini düşünmək üçün heç bir səbəb yoxdur. Tayvana iqtisadi zərbə və diplomatik alçaltma Çin üçün qısa müddətli psixoloji məmnuniyyətə səbəb ola bilər.

Misal üçün, Çin materik qonaqlarının sayını azaltdıqdan sonra Tayvan digər ölkələrdən gələn turistlərin cəlb edilməsinə diqqət yönəldib. 11 milyon turist 2018-ci ildə adaya səfər edib – yeni rekord. Materikdən iqtisadi asılılığını azaltmaq üçün Tayvan xarici bazarları da şaxələndirib.

Bundan əlavə, Çin iqtisadiyyatı daha böyük olsa da, Tayvanın bəzi təsir qaynaqları var. Məsələn, Çinlə qlobal informasiya texnologiyaları təchizat zəncirləri arasında mühüm əlaqə quran elektronika sənayesini məhdudlaşdırma – materiklə iş aparmaqdan imtina ABŞ-ın idxal tariflərindən asılı Çin ixracatını çətin durumda qoyur.

Çinin Tayvan siyasətinin ən təhlükəli nəticəsi Birləşmiş Ştatlarla gərginlikdir. Tayvanın de-fakto müstəqilliyini qoruyan ən qüdrətli ölkə kimi, ABŞ artıq sakit oturmayacaq. Keçən ilin fevral ayında ABŞ Konqresi yekdilliklə amerikalı rəsmilərə Tayvanı ziyarət etmə imkan verən qanun qəbul edib. Qanun böyük ölçüdə rəmzi olsa da, Çinin qəzəbinə səbəb olub, çünki bu, Tayvan hökumətinin rəsmi tanınması deməkdir.

Bununla yanaşı, sentyabr ayında ABŞ Tayvanla diplomatik əlaqələri kəsmək qərarına etiraz olaraq, Dominikan Respublikası, Salvador və Panama səfirlərini geri çağırb.

ABŞ-Tayvan müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün təkliflər, o cümlədən daha qabaqcıl silah satışı vasitəsilə müzakirə olunur.

Çin bu cür çağırışlara ndiyədək Tayvana təzyiqləri davam etdirməklə, “vahid Çin” siyasəti ilə cavab verib; ABŞ-Çin münasibətlərnin təhlükəli dinamikasını qoruyub-saxlayıb. Çinin lideri bu davranışı dayandırmazsa, ABŞ-la birbaşa qarşıdurma ola bilər.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə