XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

06 Fevral 2019 - 15:44

TİRYƏKXOR XANƏDAN:İran şahının ailəsini Avropada rüsvay edən narkotraffik dosyesi

“Xorasan” qəzeti (İran), 06.02.2019

 

İslam Respublikasının uğurlarından biri ailə və cəmiyyətin təməllərini məhv edən narkotik maddə istifadəsi və qaçaqmalçılığı ilə şəksiz və barışmaz mübarizədir. İnqilabdan sonrakı 40 il ərzində İslam Respublikası həmişə “ağ ölüm” əleyhinə mübarizənin ön cərgəsində olub. Amma keçmiş dövrdə İranda narkotiklərin qanunsuz dövriyyəsi beynəlxalq qaçaqmalçılar və Pəhləvi ailəsinin bəzi üzvləri arasında inkarolunmaz əlaqə mövcud idi.

 

İran və tiryək bəlası

Qacar dövrünün ortalarından etibarən İranda gəlirli narkotik ticarəti müstəmləkəçilərin diqqətini çəkib. Çində işləyən ingilis şirkəti “Sasson” Əfqanıstandan tiryək tranziti üçün Buşəhrdə şöbələr açıb. Tiryək bəlası İranda geniş yayılaraq ictimai nifrət doğurub.

Tədricən narkotik ticarəti inkişaf edib və tiryək satışından gələn böyük mənfəətləri nəzərə alan bir sıra yerli hökmdar İranda tiryək alış-satışna inhisar yaradıb.

 

İlk Pəhləvi və tiryək ticarəti

Rza şahın hökmranlığa başlaması ilə tiryək ticarətindən əldə edilən gəlir ilk Pəhləvini də ovsunlayıb. 1307-ci ildə (miladi 1928-ci il) “Tiryək satışına dövlət inhisarı” qanununun qəbul edilməsi narkotiklərin tədarükü və təchizatının nizamlanması istiqamətində mühüm addım hesab edilib, amma rejim, ilk növbədə Rza şah kiçik narkotik tacirlərinin əl-qolunu açıb. Eyni zamanda öz cibini böyük mənfəətlə doldurub. Bu dövrdə narkotiklərə qarşı təsirli mübarizə tədbirləri təşkil olunmayıb.

Rza şahın özü tiryəkxor, narkotik asılılığı olan şəxs idi. Hüseyn Ferdost, şahın rəfiqi və nədimi xatirələrində yazırdı: “Rza xan tiryək çəkirdi, ancaq bu azar müəyyən olundu və o, müalicə edildi. Guya kimsə ona deyibmiş ki, əgər hər gün müəyyən miqdar tiyək çəksən, bütün xəstəliklərdən qoruna biləcəksən. Bircə şərtlə ki, tiryək çəkməkdən ləzzət almaq niyyəti olmaya!.. O, həmişə bu tövsiyəni diqqətlə yerinə yetirdi və işin üstü sonradan açıldı”.

 

Aldadıcı jestlər

Məhəmməd Rza Pəhləvi hakimiyyətinin başlaması ilə narkotik maddə dövriyyəsi yeni mərhələyə qədəm qoyub. Dünyada bu qorxunc fəlakətin yayılmasının qarşısını almaq üçün mübarizə və müxtəlif konfransların təşkili Pəhləvi rejimini də bu məsələdə, heç olmazsa, formal olaraq hərəkətə gəlməyə məcbur edib.

Bir müddət kiçik narkoqaçaqmalçıların həbsi xəbərləri kütləvi informasiya vasitələrinin manşetlərinə çıxıb. Şahın əkiz bacısı olan Əşrəf isə narkotiklərlə mübarizə mövzusunda bir konfransın sədri təyin edilib.

Jandarma orqanları minlərlə tiryək satışı halları aşkar etsə də, İranda narkotik maddə ticarəti həcmində heç bir azalma müşahidə olunmayıb və İran hələ də narkotiklərin Avropaya nəqli üçün ən təhlükəsiz yolu olaraq qalıb!

Halbuki o zamanlar məhkəmələrdə gəlirli narkotik ticarəti ilə bağlı araşdırmalara dair xəbər və fotoları hər bir nəşrdə görmək mümkün idi.

Həqiqət sonralar ortaya çıxıb və yalnız iranlılar deyil, dünyanın bütün xalqları məsələnin mahiyyətini anlayıb.

 

Kuantran hava limanında aşkarlnan qorxunc həqiqət

Bir çox tarixçinin fikrincə, 1961-ci ilin noyabr ayında İsveçrənin Sürix şəhərində yerləşən (əslində, Cenevrə yaxınlığındatərc.) Kuantran hava limanında baş vermiş hadisə əsl qalmaqaldır: hava limanı müfəttişləri Əşrəf Pəhləvinin baqajında böyük miqdarda heroin aşkar etmişdi. Amma Əşrəfn diplomatik toxunulmazlığı olduğuna görə o, sərbəst buraxılıb.

Şahın Avropaya səfərindən qısa müddət əvvəl baş vermiş bu hadisə başqa bir fəlakətlə davamını tapıb: Ferdostun və digər keçmiş məiyyət üzvlərinin iddialarına əsasən, Məhəmməd Rza Pəhləvinin orgiya sessiyalarının keçirilməsində birbaşa rol oynayan Əmir Huşəng Dəvəli (yaxud Dəvəlu – Qacarlar elinin nümayəndəsi Məhəmmədvəli xan Asəfüs-səltənənin oğlu, anası Əhməd şah Qacarın xalası, Kamra Mrzənin qızı Münir-e Əzəmdirtərc.) Cenevrədə Həsən Qureyşi adlı bir iş adamı üçün tiryək gətirərkən, (1972-ci ildətərc.) İsveçrə polisi tərəfindən tutulub. Həmin vaxt San-Moritzdə olan şah Dəvəlini həbsxanadan azad etdirib və onu xüsusi təyyarə ilə İrana göndərib.

Bu xəbərin yayımlanması qalmaqal yaradıb və Avropada Pəhləvilərə rüsvayçılıq gətirib. Mahmud Tolui “Pəhləvi dövrünün ricalı” kitabında Əmir Abbas Hoveydanın qardaşı Firidun Hoveydanın dilindən nəql edir: “Şah onu İsveçrədə narkotik qaçaqmalçılığına görə həbs olunmasndan sonra öz zəmanəti ilə həbsxanadan çıxardı. Dəvəlini polisin müşayiəti ilə uçuşa hazır təyyarəyə apardılar və İsveçrədən yola saldılar. Bir neçə aydan sonra Cenevrə məhkəməsi cinayət işini araşdırmağa başladı, Dəvəli öz fransız vəkili ilə birlikdə İsveçrəyə gəldi. Tələbə Konfederasiyası və digər rejim opponentləri İsveçrə polisinin ittihamçısına mühüm məlumatlar verərək məhkəməni şah rejimi əleyhinə platformaya çevrdilər”.

Bir çox araşdırmaçının fikrincə, Dəvəli şahın narkoyüklərinin nəqlində əsas vasitəçi və baş qaçaqmalçı Məhəmməd Rza Pəhləvinin özü olub. Əks halda, şah Dəvəlinin azad edilməsinə tələsməzdi.

Fransız qəzeti “Le Monde” bu beynəlxalq qalmaqala dair bir məqalə dərc edərək, Pəhləvilərlə ciddi problemlər yaşayıb.

“Le Monde” qəzetinə təkzib üçün minlərlə dollar xərclədikdə, bu nəşr maliyyə böhranı ilə qarşı-qarşıya idi, odur ki, yazıdakı faktları inkar etmək təklifini qəbul edib.

 

Narkotik ticarəti üçün açılan yol

Əşrəf və ümumən Pəhləvi ailəsinin narkotik maddələrin qanunsuz dövriyyəsində fəaliyyətləri beynəlxalq qaçaqmalçılıqla məhdudlaşmayıb. Amma narkotiklərin, xüsusilə də heroinin alqı-satqı bazarını asanlıqla ələ keçirmiş Əşrəfin axmaq hərəkətləri bəzən şahı xəcil durumda qoyurub.

Ölkənin şərq sərhədindən ölkənin qərb sərhədlərinə qədər narkotiklərin tranziti üçün məsuliyyət Əşrəfin rəhbərliyi altında şahın qardaşı Qulam Rza Pəhləvinin öhdəsinə qoyulub. O, vəzifə borcunu yerinə yetrən sərhədçilərə hədə-qoxu gəlmə və böhtan atmaqdan belə çəkinməyib. SAVAK (şah dövrünün gizli polis-kəşfiyyat qurumutərc.) sənədlərindən ən azı biri bu faktı təsdiqləyir.

Şahın başqa bir qardaşı – Həmid Rza Pəhləvi də narkotik maddə istifadəçisi olub. SAVAK-ın hesabatlarına görə, onun heroin asılılığı olub. Bir müddət sonra Həmid Rza özü ölkənin içərisində heroin istehsalına cəlb edilib və dünya miqyasında ən məşhur narkoistehsalçılardan birinə çevrilib.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə