XƏBƏR LENTİ

24 İyul 2019
23 İyul 2019

Digər Xəbərlər

07 Fevral 2019 - 14:55

İŞİD-in yeni strategiyası – “Səbr”:TERROR TƏŞKİLATI ARDICILLARININ MƏYUSLUĞUNU ARADAN QALDIRMAĞA ÇALIŞIR

Asəf Dai,

“Defence Post”, 06.02.2019

 

İl yarımdır ki, İŞİD qlobal strategiyasını partizan müharibəsinə yönəldərək, əraziləri müdafiə etməkdən daha çox qeyri-müntəzəm döyüş əməliyyatları aparır. Sünni “cihadçı” yaraqlılar dözümlülük və mətanətin dini mənbəyi tək “Səbr” (ərəb dilində də “səbr”dir) strategiyasını qəbul ediblər.

Bu strategiya – “Səbr” müəyyən ərazidə qrupun dayanıqlılığını qorumaq naminə, qismən partizan müharibəsi taktikası, qismən də yerli əhaliyə qarışma hesabına tədricən güclənir. Müharibə aparma tərzi baxımından bu, təhlükəsizlik personalına qarşı sui-qəsdlər, partlayışlar törətmə, pusqular və avtomobillərə bombalar qoyulması şəklində baş verir.

“Səbr” Somali, Qərbi Afrika və Yəmən daxil olmaqla, “əl-Qaidə” və onun filiallarının strategiyası ilə də uyğunlaşır.

“Cihad” təşkilatının fəaliyyət göstərdiyi ərazilərdə tətbiq olunmaqdan başqa, “Səbr” ötən aylarda İŞİD-in nəşrləri və audiovizual materiallarında daha çox istifadə edilib. Bu məhsullar psixoloji, teoloji və iman möhkəmlənmə də daxil olmaqla, “Səbr”in bir çox aspektlərinə yönəldilib.

Son ilyarımda kök sözün صبر (“Səbr”) qrupun jurnallarında və mesajlarında geniş istifadəsi müşahidə olunur. Misal üçün, dekabrın 6-da nəşr olunan “əl-Nəba” jurnalının 159-cu sayında صبر / “Səbr” sözü 38 dəfə müxtəlif formalarda istifadə edilib.

Terminin tez-tez istifadəsi, ehtimal ki, bu köhnə / yeni ideyanı “xilafət”in – əvvəlki mövcud, faktiki dövlətin zehni anlayışını, təsəvvürünü qorumaqla, döyüşçüləri və tərəfdarları cəmləmək mənası verir.

İraq və Suriyada İŞİD-in böyük itkiləri nəzərə alınmaqla, bu, zəruri dəyişiklikdir, çünki döyüşçülərini yeni strategiyaya psixoloji uyğunlaşması fiziki transformasiya qədər, yəni eyni dərəcədə vacibdir.

Bundan başqa, eyni jurnalda “Sabirin (səbr edənlərtərc.) üçün xoş xəbər” adlı bir məqalə dərc olunub. Bu məqalədə müəllif “Səbr”in dini aspektini təfsir edən İslam mənbələrindən nümunələr və sitatlar gətirir.

Əsas ideya budur: Allah möminlərin qarşısına müxtəlif maneə və çətinlikləri sınaq olaraq çıxarır ki, bu da səbirli olanları (sabirin) həm bu dünyada, həm də axirətdə böyük mükafatla zinətləndirir.

Bu cür dini sübutları təqdim edərək, “cihadçı” təşkilat “xilafət”in fiziki süqutundan sonra üzvləri arasında ümidsizliyin qarşısını almağa çalışır.

Həmin çağırışı daha da gücləndirmək üçün İŞİD ümidsizliyə təslim məsələsini həll edərkən, təqibçilərinin imanını artırmaq məqsədilə məqalələr və infoqrafika dərc edib. “Əl-Nəba”nın 160-cı sayındakı bir məqalədə Nuh və Əyyub kimi peyğəmbərlərin üzləşdiyi çətinliklər, Allaha olan inam və iman (təvəkkül) onları bu maneələri aradan qaldırmağa imkan verən nümunələr kimi təqdim edilir.

Bundan əlavə, dekabrın 27-də nəşr olunan “əl-Nəba”nın 162-ci sayında ümidsizlik səbəblərini izah edən bir infoqrafika dərc edilib. İnfoqrafikada “əl-dünya”dan (“bu dünya”) ifrat asılılıq və ya dünyapərəstlik ümidsizlik qorxusu, şeytanın vəsvəsəsinə düşmə kimi yozulub. Eyni infoqrafikada iman sahibinin, mərhəmət və qüdrəti də daxil olmaqla, Allaha güclü güvən, Allahın müsbət düşüncəyə üstünlük verməsi ilə məyusluğun qarşısını almaq üçün istifadə edə biləcək vasitələr tək təqdim olunur.

Səbrə daha çox diqqət yönəldilməsi teoloji məsələlər olmaqla yanaşı, sünni “cihadçı” qrupu sırasındakı çatışmazlıqlar, uğursuzluqlar nəzərə alınmaqla, mövcud mənfi əhval-ruhiyyəni aradan qaldıra və müsbət motivasiyanı gücləndirə bilər.

Təşkilat bu cür fikirləri döyüşçüləri arasında azaltmağa çalışır. Bununla yanaşı, önümüzdəki həftə və aylarda, qeyd olunan dini-psixoloji məsələləri təşviq edən məqalə və infoqrafikalara əlavə olaraq, İŞİD bəzi filiallarının iddia edilən müvəffəqiyyəti ilə bağlı audiovizual materiallarını artıracaq.

Son dövrdə İŞİD-in Qərbi Afrika filialınn mütəmadi əməliyyatları məhz buna görə çoxalıb.

Tərcümə: Strateq.az