XƏBƏR LENTİ

20 Aprel 2019
19 Aprel 2019

Digər Xəbərlər

07 Fevral 2019 - 19:16

“Sasna tsrer” Paşinyan hökumətini hədələdi:“SERJANTDAN GENERALA QƏDƏR HAMINIZI DÖŞƏMƏYƏ YATIRDACAĞIQ”

Sərkis Artsruni

ru.1-in.am (Ermənistan), 07.02.2019

 

 

Hətta “tsrer”in günahsız olduğunu israr edən adamlar da dünən məhkəmə zalında baş verənlərdən şoka düşüblər. “Sasna tsrer” qrupunun üzvləri və tərəfdarları dünən məhkəmədə Ermənistanın polis rəisi Valeri Osipyanı alçaldıblar və görmək çətin deyildi ki, Polisin dilxor rəisi bu şəraitdə səslənən ittiham və hədələri öz üzərinə götürərək yalnız hökuməti təmsil edirdi.

Nikol Paşinyan və inqilab populimzə görə bədəl ödəyir. PPX alayını ələ keçirmiş, silahlı qrupun iki nəfər istisna olmaqla polisləri qətlə yetirməkdə ittiham olunan üzvləri inqilabın qələbəsindən sonra həbs qətimkan tədbirinin dəyişilməsi nəticəsində azadlığa çıxıblar. Nikol Paşinyan yeni hökumətin məhkəmələrə təsir etmədiyini nə qədər iddia etsə də, aydındır ki, “tsrer” hökumətin siyasi qərarı nəticəsində azad olnub. Hətta “zəngə görə” ədalətin yerinə inqilaba yaxın deputatların xahişi gələrkən inqilabsonrası Ermənistanda kədərli ənənə formalaşıb. “Tsrer”ə münasibətdə göstərilən humanizm hətta Nikol Paşinyanın tərəfdarlarını da parçalayıb – çoxu təkid edib ki, dinc inqilab siyasətdə zorakılıq və terrora yad olmayanlara güzəştə getmək hüququna malik deyil.

Əlbəttə, Jirayr Səfilyan və komandası dəfələrlə bildirib ki, özlərini inqilabın arxa cəbhəsi sayır və silahlı mübarizə səhifəsini qapanmış hesab edirlər, amma “Sasna tsrer”in partiya qurultayında bir sıra çıxışlar tamamilə əksindən xəbər verirdi, nəticədə baş  nazir parlamentə seçkilər kampaniyası vaxtı Səfilyanın komandasına qarşı sərt şəkildə durmağa məcbur oldu.

Cəmiyyət hökumətdən xeyli ağıllı çıxdı: “Sasna tsrer” parlament seçkiləri zamanı hətta iki faiz səs də yığa bilmədi, bundan sonra onun liderlərinin ritorikası daha da radikallaşdı, bunun məntiqi zirvəsi dünənki məhkəmə iclası oldu.

Dünən məhkəmə zalında polis rəisi Valeri Osipyanın ünvanına hədələr səsləndi – onun aşkar dilxorluğu  göstərdi ki, Nikol Paşinyan inqilabsonrası ilk həftələrdə populimzə güzəştə getmək və “gilyotin inqilabı” tərəfdarlarını qanuniləşdirməklə necə böyük bir səhv edib. Lakin silahlı qruplaşmanın üzvü Areq Kyureqyan dünənki məhkəmə iclasında “proqram” nitqiylə çıxış edib. O, polis rəisinin keçmiş müavini Vardan Yeqiazaryanın ifadəsi vaxtı xəbərdarlıq edib: “Onda sizə də izah ediblər ki, hakimiyyət qanunsuz mənimsənilib. Polis hökumətlə əməkdaşlıq edirdi, insanların həyatını əlindən alırdı, işgəncəylə öldürürdü, intihara çatdırırdı, onlarla vətəndaş İrəvanın küçələrində güllələnirdi. Və bu hal təkrarlanarsa, biz də serjantdan generala qədər döşəməyə uzadacağıq”.

Hər bir ağıllı adam bu “manifest”dən sonra tələb etməyə borcludur ki, 2016-cı ilin iyununda PPX alayına silahlı hücum edərək üç polisin ölümünə bais olmuş adamlar qanunun bütün ciddiliyi ilə cəzalandırılsınlar. Əks halda “döşəməyə yatırtmaq” dramının təkrarı olacaq – daha amansız nəticələrlə.

Tərcümə Strateq.az-ındır.