XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

09 Fevral 2019 - 11:42

“TRAMPA, BOLTONA VƏ POMPEOYA ÖLÜM!” –ABŞ-ı "şərin təcəssümü" elan edən İranın ali lideri Avropaya da şübhə ilə yanaşır

Erin Kanninqhem

Washington Post”, 09.02.2019

 

İslam Respublikasının ali dini rəhbəri bəhsinin ABŞ prezidenti və onun üst səviyyəli administrasiya üzvləri ilə olduğunu söyləyib. Ali lider “Amerikaya ölüm!” şüarının mənasını açılayıb.

Fevralın 8-də Tehranda İran hərbi-hava qüvvələrinin zabitləri qarşısında çıxış edən Ayətullah Əli Xamnəi anti-ABŞ mitinqlərinin keçirildiyi dövründə kütlə içində tez-tez istifadə olunan “Amerikaya ölüm!” şüarının yalnız bəzi şəxslərə şamil olduğunu deyib.

O, Birləşmiş Ştatları “şərin təcəssümü” kimi səciyyələndirib.

Xamnəi deyib: “”Amerikaya ölüm!” deyəndə, prezident Tramp, milli təhlükəsizlik məsləhətçisi Con Bolton və dövlət katibi Mayk Pompeoya ölüm nəzərdə tutulur”.

ABŞ və İran 1980-ci ildən bəri rəsmi diplomatik əlaqələrə malik deyil. Bir qrup tələbə İran İslam inqilabının ilk illərində ABŞ səfirliyini ələ keçirib amerikalı diplomatları girov götürdükdən sonra münasibətlər kəsilib.

Hazırda ikili vətəndaşlığı olan ən azı dörd amerikalı İranda həbsdədir.

“Bu, Amerika siyasətçilərinin məsuliyyəti dərk etməli olduğu deməkdir. Bizim Amerika xalqı ilə heç bir mübahisəmiz yoxdur “, – Xamnəi bildirib.

Ancaq o, əlavə edib: “Birləşmiş Ştatlar əzazillik göstərdiyi müddətcə, İran xalqı “Amerikaya ölüm!” şüarlarını səslənirməni heç vaxt dayandırmayacaq”.

Ali Liderin bu şərhləri 2015-ci ildə ABŞ-ın nüvə razılaşmasından çəkildikdən sonra İranın Qərblə əlaqələrinə dair uzun danışıqlara dair açıqlamsının bir hissəsi idi.

İran və dünya gücləri arasındakı razılaşma Tehranın nüvə enerjisi proqramını dondurması müqabilində geniş yayılmış sanksiyaların ləğvini nəzərdə tutub.

Ötən il prezident Tramp nüvə razılaşmasından imtina edib və İran iqtisadiyyatına qarşı demək olar ki, tam əhatəli embarqonu reallaşdıraraq, qısa zamanda mal-əmtəə çatışmazlığı doğurub və İranın neft ixracının önünü kəsib.

ABŞ məhdudiyyətlərindən yan keçmək məqsədi ilə Avropa ölkələri ötən həftə İranla ticarətin asanlaşdırılması üçün “xüsusi məqsədli vasitə” (Instrument in Support of Trade Exchanges – INSTEX) elan edib.

İngiltərə, Fransa, Almaniya və ümumən Avropa Birliyi nüvə müqaviləsinə sadiq qalır.

Bununla belə, Cümə günü etdiyi çıxışında Xamnəi Avropaya şübhə ilə yanaşdığını bildirib və onları öhdəliklərini yerinə yetirməyə çağırıb.

“Avropalı ölkələrə etibar və hörmət edilə bilməz. Biz dəfələrlə və dönə-dönə onların əhdinə xilaf çıxmasına şahid olmuşuq”, – Xamnəi deyib.

“Mən onlarla əlaqələrin kəsilməsinə çağırmıram, – deyə o əlavə edib, – amma İran müəyyən razılaşmaları kiminlə imzaladığını bilməlidir”.

Tərcümə: Strateq.az