XƏBƏR LENTİ

20 Aprel 2019
19 Aprel 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 15:28

ÇİNLƏ TƏRƏFDAŞLIQ VƏ RƏQABƏT:uyğur məsələsi Ankara ilə Pekinin yollarını ayırıb

Set Frantzman

“Jerusalem Post”, 11.02.2019

 

Keçən ay ABŞ prezidenti Juan Quaydonu müvəqqəti prezident olaraq tanıdıqdan sonra Venesuela dövlət başçısı Nikolas Maduronu dəstəkləyən ilk ölkələrdən biri Tükiyə olub. Türkiyə, həmçinin müsəlman uyğur əhaliyə qarşı Çin siyasətini qətiyyətlə pisləyən ilk  ölkələrdən biridir.

Şənbə günü, fevralın 9-da Türkiyənin Xarici İşlər Nazirliyi Çini qınayan və Çinin şimal-qərbindəki “Sincan əyalətidə humanitar fəlakətinə son qoymaq üçün təsirli tədbirlər görüməsi üçün” BMT-yə çağırış edən bəyanat yayıb. XİN-in bəyanatında deyilir ki, “bir milyondan çox uyğur türkün qanunsuz həbslər, işgəncə və həbsxanalarda “siyasi beyin yuyulması”na məruz qalır”.

Türkiyə artıq iki vacib qlobal məsələnrin ortasında qalıb. O bunu dərk edir və hökumətdə yaxın “Anadolu” agentliyinin bir infoqrafikası, Maduronu dəstəkləmələ, Venesuela böhranında Ankaranın necə böyük bir rol aldığını göstərilir. O, Rusiya, Çin, Kuba, Meksika və digər ölkələrlə eyni səfdə yer alıb.

Türkiyə Venesuelanın mövcud rejimi ilə sıx əlaqədədir. Yanvar ayının ortalarında Venesuelanın vitse-prezidenti Tariq əl-Əysami Ankarada səfərdə olub. Həmin ayın 24-də prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Venesuela xalqının seçkili liderin yanında olacağına inanıram, o, Maduro ilə birlikdə yoluna davam edəcək”.

Maduro keçən il Türkiyədə səfərində olub, məşhur bir restoranda əylənib və Venesuela qızılı ilə əlaqədar Türkiyədə “birgə müəssisə” yaradılacaını açıqlayıb. O vaxt “Bloomberg”-in xəbərində bildirilib ki, bu, İrana qarşı sanksiyaların qarşısını almaq və Türkiyənin Qərbdən uzaqlaşmasına cəhdi ilə bağlı ola bilər.

Ancaq Çinlə bağlı bəyantı ilə Ankara yalnız Venesuela məsələsi ilə Qərbdən uzaqlaşdığını yox, həm də uyğur məsələsinə müsəlman-türk mənşəyini vurğulamaqla, özünü İslam və Türk haqlarının müdafiəçisi kimi səciyələndirdiyini göstərib.

Türkiyə iqtisadiyyatı Çin investisiyalarına ehtiyac duyduğu bu mühüm zamanda XİN-in bəyanatı əks-təsirli ola bilər. Bununla belə, Türkiyə qlobal rol oynadığını və müstəqil olduğunu göstərmək istəyir.

Venesuela məsələsində Ankara Çin ilə çiyin-çiyinə dura bilər, lakin uyğur məsələsində yox.

Həmçinin, bu,Suriyadakı vətəndaş müharibəsi sonrasında Türkiyənin daha güclü xarici siyasətinin bir hissəsi də sayıla bilər. Türkiyə ABŞ prezidenti Donald Trampı Suriyadan çəkilməyə razı sala bildiyinə inanır; Ankarada həm də tezliklə Suriyada yeni hərbi əməliyyata başlayacağını açıqlayıb.

Türkiyə İrana qarşı sanksiyalardan yan keçib və ABŞ-dan möhlət alıb. Bununla yanşı, o hələ də “S-400” və “Patriot” raket əleyhinə müdafiə sistemlərini almaqla, həm Rusiyaya, həm də ABŞ sisteminə malik olan yeganə NATO ölkəsi olmağa çalışır.

Qara dəniz və Aralıq dənizindəki enerji sektorunda da Türkiyə getdikcə daha çox aktivləşir. Fevralın 9-da Türkiyə prezidenti bildirib ki, “bölgədə yer sahibi olmayanlar masa arxasında otura bilməyəcəklər”.

O, Türkiyənin dənizlər ölkəsi olduğunu vurğulayıb və bununla daha nəyə isə işarə edib.

Türkiyə Sudanda bir limanı inkişaf etdirir və Afrika ərazisində mövcudluğunu genişləndirir. O, Rusiya və Afrika ölkələri ilə əlaqələri atıraraq və Suriyada daha böyük rol oynayaraq Venesueladan Çinə qədər qlobal status axtarır.

Tərcümə: Strateq.az