XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

09 Mart 2019 - 12:03

ABŞ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ İRƏVANDA TƏŞVİŞLƏ İZLƏNİR:“Bu sputniklər Ermənistana qarşı istifadə olunacaq” – TƏHLİL

Aşot Səfəryan

ru.armeniasputnik.am, 07.03.2019

 

Ekspertlər diqqəti buna yönəldirlər ki, ABŞ son illərdə kosmosun mənimsənilməsində Bakının əsas tərəfdaşına çevrilir. ABŞ ötən ilin dekabrında Azərbaycana ümumilikdə 109 milyon dollar məbləğində  aviasiya-kosmik məhsulların önəmli həcmini ixrac edib. Bu məlumatlar Amerika-Azərbaycan ticarətinin keçən ilki rəsmi statistikasının içindədir.

Qaynağa əsasən, Azərbaycan təyyarələr, kosmik texnologiya və sputniklər alıb. Diqqətçəkəndir ki, 2017-ci ildə ixracatın bu maddəsi sadəcə olmayıb. Bakı ABŞ-dan habelə 31 milyon dollar məbləğində mülki təyyarələr və onlar üçün komplektləyicilər alıb.

Politoloq, amerikaşünas Suren Sərkisyanın fikrincə, göstərilən məhsul formal olaraq mülki təyinatlı olsa da, istisna etmək olmaz ki, Bakı gələcəkdə ikitəyinatlı texnologiyalar almağa başlayacaq. Örnək üçünn uzağa getmək lazım deyil – Azərbaycan ötən il mülki “Bell-412” helikopterləri alıb və bunları hərbiləşdirib.

ABŞ Azərbaycana silah və hərbi texnika satmadığı üçün Bakı belə fəndlərə əl atır. ABŞ-da münaqişə edən ölkələrə silah tədarük etməyə, o cümlədən müəssisədaxili və qanunvericilik xarakterli bir sıra maneələr var.

Sərkisyan “Sputnik Armeniya”ya müsahibədə qeyd edib: “Münaqişə edən ölkələrə silah tədarükünü yasaqlayan bir sıra hüquqi normalar var. Amma ABŞ yenə də silah satmağa başlasa, bunu balanslı şəkildə edəcək. ABŞ-ı Bakıya hərbi yardım göstərməyi qadağan edən 907-ci düzəliş qabakı kimi qüvvədədir”.

Söz düşmüşkən, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton hələ keçən ilin oktyabrında bildirib ki, ABŞ prezidenti Azərbaycana dövlət səviyyəsində Amerikanın yardım göstərməyini məhdudlaşdıran “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin təsirini dayandırmaq üçün öz səlahiyyətlərindən istifadə edə bilər. Ekspertlərin çoxu o zaman bu bəyanatı Bakıya silah satışı üçün Vaşinqtonun əl-qolunu açmaq cəhdi kimi dəyərləndirib.

Sərkisyanın sözlərinə görə, ABŞ bütünlükdə son illərdə kosmosun mənimsənilməsində Bakının əsas tərəfdaşına çevrilir. Azərbaycan ABŞ və Fransa ilə birlikdə kosmos sahəsində bir sıra layihələr gerçəkləşdirir. Bakı son illərdə orbitə bir neçə sputnik buraxıb. Sərkisyan ehtimal edir – bu sputniklər gərəkli anda Ermənistana qarı istifadə olunacaq. Rəsmi İrəvan bu şəraitdə ABŞ və Azərbaycanın aviasiya və kosmos sahəsində işbirliyinə praktik mane ola bilməz. Ermənistan dövlətinin bunun üçün resurs və imkanları son dərəcə azdır. Lakin alınan malların ikili təyinatı təsdiqlənəcəksə, ABŞ-dakı erməni lobbiçilik strukturları mane olmaq  üçün müəyyən iş görə bilər.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə