XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

13 Mart 2019 - 18:15

İRAN PREZİDENTİNİN İRAQA SƏFƏRİ:əlaqələrin genişlənməsindən udan tərəf hansıdır?

Əli Məmuri

“Əl-Monitor”, 12.03.2019

 

Prezident Həsən Ruhani İran iqtisadiyyatını hədəfə alan ABŞ sanksiyasının təsirini azaltmaq üçün İraqla əlaqələri genişləndirmək cəhdləri əsnasında martın 11-də Bağdada gəlib.

Tehrandan yola düşməzdən əvvəl Ruhani bildirib ki, “İranın İraqla əlaqələri bölgədə nifrət edilən Amerika kimi işğalçı ölkə ilə münasibətlərlə müqayisə edilə bilməz”.

Bu, Ruhaninin 2013-ci ildə vəzifəsinə başlamasından bu yana Bağdada ilk səfəridir.

İran liderinin İraqa üçgünlük səfəri enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və səhiyyəyə dair bir sıra müqavilənin imzalanması və iraqlı səlahiyyətlilərlə görüşləri əhatə edir.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif Ruhanidən bir gün əvvəl Bağdada gəlib.

İran öz qonşusu ilə illik ticarət dövriyyəsini 12 milyarddan 20 milyard dollara qədər artırmaq məqsədi güdür.

Ruhani ilə görüşdə prezident Bərham Salih: “İraq İranla, Türkiyə ilə qonşu olmaqdan və eyni zamanda, Ərəb dünyası ilə əlaqədə olmaqdan xoşbəxtdir, – deyib. – Ümid edirik ki, İraq qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan bölgə xalqları arasında körpü ola bilər”.

Ruhanini müşayiət edən yüksək səviyyəli bir İran rəsmisi “Reuters”-ə bildirib ki, “[İraq] Amerikanın ədalətsiz sanksiyalarını adlamaq üçün İranın başqa bir kanalıdır… Bu səfər İran iqtisadiyyatına imkanlar yaradacaq “.

Ruhani və İraq baş naziri Adil Əbdülmehdi iki ölkə arasında sərhəd şəhərləri olan Şələmçə və Bəsrəni dəmir yolu ilə birləşdirmək barədə müqavilə imzalayıb. 48 kilometrlik yol İrana Cənub İraq mallarının nəqlinə və onların şimala doğru daşınması imkan verəcək.

Dəməşq hökuməti ilə yanaşı, iki ölkə əvvəlcədən İran və Suriyanı dəmir yolu ilə birləşdirməyə razılaşıb və bu, İranın Aralıq dənizindəki Latakiya limanına mal ixracına imkan yaradacaq.

Birləşdirici dəmir yolu müqaviləsi İranı sıxışdırmaq məqsədi güdən Donald Tramp administrasiyasının siyasətinə qarşı mübarizə baxımından səfər zamanı ən mühüm razılaşma ola bilər. Dəmir yolu əlaqəsi yalnız İran iqtisadiyyatını çox vacib bir sahə ilə təmin etmir, eyni zamanda, Tehrana öz müttəfiqlərinə, Livan və Suriyaya dəstək vermə imkanı yaradır ki, bu da Birləşmiş Ştatların regionda nüfuzunu daha da genişləndirəcək Səudiyyə Ərəbistanının başçılıq etdiyi anti-İran ittifaqına müqaviməti gücləndirəcək.

Ruhani və İraq liderləri həm də öz ölkələrinə ABŞ sanksiyalarına və ya cəzalara məruz qalmamaq və iqtisadi əlaqələrini ABŞ dollarına müraciət etmədən genişləndirməni təmin etmək naminə ortaq bank qurmanı müzakirə ediblər. Üstəlik, İran və İraq arasında yerli iqtisadiyyatları inkişaf etdirmək və xalqların rifahını daha da yaxınlaşdırmaq üçün viza rüsumunu ləğv etməyə razılaşıblar.

İraqa gedən iranlıların sayı rialın məzənnə ikisi və ABŞ sanksiyalarının yenidən bərpasından bəri azalıb.

İran nümayəndə heyəti və iraqlılar, uzun müddətdir davam edən ikitərəfli məsələlərin həlli istiqamətində, o cümlədən sərhədlərin müəyyənləşməsi, sərhədyanı neft yataqlarının kimin mülkiyyətində olacağı və 1975-ci ilin Əlcəzair razılaşması ilə Şatt əl-Ərəb çayına dair mübahisəni həll etmək üçün müqavilələr imzalamağı planlaşdırırlar.

Neft naziri Bijən Zəngənə keçən ay Bağdaddan narazılıqlarını ifadə edərək, “neft sazişlərini ləğv etməsi, sərhədyanı neft yataqlarına sərmayə qoymaması və  2 milyard dollar borcu ödəməməsi”ndən şikaətlənmişdi. Həmçinin, “Bağdadın öhdəliyin xilafına, ABŞ sanksiyalarına görə gündəlik 11 min barel neft satdığımız Kərkük razılaşması kimi kiçik müqavilələri ləğv etmə”sini dilə gətirmidi.

Əlbəttə, Ruhaninin səfəri zamanı iki ölkə arasında bütün məsələlər həll ediləcək. Amma bəzi problemlərin müəyyən həlləri Birləşmiş Ştatlar və onun regional müttəfiqlərinin maraqlarına uyğun deyil, odur ki, Bağdad Vaşinqtonda narazılıq  yaratmaq istəmir.

İraq siyasəti Əbdülmehdi dövründə ümumiyyətlə, bütün tərəflərlə yaxşı münasibətləri və balanslı yanaşmaların qəbul edilməsi yolu ilə regional və beynəlxalq qarşıdurmaların və münaqişələrin qarşısını almaq üçün Heydər əl-İbadi siyasətinin davamıır.

Həsən Ruhani bu gün Ayətullah Əli Sistani ilə görüşmək üçün Nəcəfə gedib. Şiə müctəhidi əvvəllər sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani və Zəriflə görüşüb. 2008-ci ildə İraqa səfər edərkən o, Mahmud Əhmədinejadı qəbul etməyib.

ABŞ sanksiyaları İranın sabitliyini yalnız iqtisadi baxımdan deyil, həm də sosial-siyasi cəhətdən təhdid etdiyindən Tehran artıq Bağdada ehtiyaclı görünür. İraq qonşu ölkənin iqtisadiyyatını dəstəkləmək və xalqını sanksiyalardan qorumaq üçün İrana açıq olan bir neçə qapıdan biridir.

İraqla əlaqələri genişləndirməkdən udan Tehran olsa da, bunun Bağdadın ABŞ, Səudiyyə Ərəbistanı və İranın digər rəqibləri ilə əlaqələrinə zərər verib-verməyəcəyi aydın deyil.

Tərcümə: Strateq.az