XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

09 Aprel 2019 - 13:21

TRAMPIN “İNQİLAB KEŞİKÇİLƏRİ” İLƏ BAĞLI QƏRARI TÜRKİYƏNİ DƏ VURACAQ –Regionun taleyi bu gün İsraildə keçirilən seçkilərə bağlıdır - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 09 aprel 2019-cu il

 

Vaşinqtonda iqtidara hakim olan yevangelist güc pərdə arxasında İsrailin də təzyiqi ilə regionumuzda çox təhlükəli nəticələrə səbəb ola biləcək bir qərarı qəbul etmək mərhələsindədir.

 

Yenə o təşkilat dövrədədir

 

Bu qərarın sürətlə qəbul edilməsi üçün yevangelist neokonların təşkilatı olan Demokratiyanın İnkişafı Fondu (Foundation for the Development of Democracis) da dövrəyə giribi və var gücü ilə hakimiyyət daxilində çalışır.

 

Bu, ilk dəfə baş verir

 

Sızan məlumatlara görə, ABŞ tarixində ilk dəfədir ki, iqtidar bir başqa ölkənin rəsmi ordusunu bütövlükdə terrorçu təşkilat olaraq elan etməyi düşünür. İran İslam İnqilabı Keşikçilərinin (İİİK) terrorçu elan edilməsi halında, İranın da buna ABŞ ordusunun tamamını terrorçu elan edərək cavab verəcəyi Vaşinqtonda məlumdur. Buradakı vəzifəli şəxslər belə qarşılıqlı addımların atıldığı təqdirdə, bunun regionda, demək olar ki, qarşılıqlı müharibə elanına bənzər bir durum ortaya çıxaracağını da bilirlər. Lakin ortaya çıxacaq bu təhlükəli duruma rəğmən, yenə də bunu gözə alırlar və çalışmalarını ara vermədən davam etdirirlər.

 

Türkiyəni təhlükəyə atar

 

Veriləcək bu qərar Türkiyə sərhədlərində tamamilə yeni böyük bir müharibə təhlükəsi yaratmaqla bərabər, özündə başqa ciddi təhlükələr də daşıyır. Belə ki, ABŞ İİİK-ni terrorçu elan edərsə, onunla iş görən hər bir şəxsə və ölkəyə qarşı da sanksiyalar tətbiq edə biləcək. Bu səbəbdən işin ucu Türkiyəyə də toxuna biləcək.

 

İİİK-nin şirkətləri

 

İİİK hərbi güc olmaqla bərabər, İranın iqtisadi gücünün önəmli bir hissəsini də təşkil edir. Aparılan hesablamalara görə, İran iqtisadiyyatının 20%-nə İİİK-nin qurduğu şirkətlər nəzarət edir. Onların nəzarəti altında enerji sektoru kimi önəmli sahələr də var. Hazırda ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalardan kənarda saxlanan Türkiyə İranla iş görməyə davam edir. Ancaq İİİK terrorçu təşkilat elan edilərsə və yeni sanksiya təhdidləri rəsmiləşərsə, İranla iqtisadi əməkdaşlıq edən Türkiyə bu hərbi quruma məxsus şirkətlərlə iş gördüyü halda, ölkəmizə qarşı da sanksiya tətbiq edilməsi ehtimalı ortaya çıxacaq. O da məlumdur ki, Vaşinqtondakı Türkiyə əleyhdarı olan qurumlar bunu sevə-sevə etməyə girişəcəklər.

Ona görə də seçki nəticələrinə görə içinə qapanmış kimi görünən Türkiyə bu yeni təhdidi yaxından izləməli və əlbəttə, özünü qoruyacaq təsirli addımlar atmalıdır.

 

İsrailin seçimi

 

Bu gün İsraildə keçiriləcək seçkinin nəticələri də önəmlidir və Ankara tərəfindən diqqətlə izlənməlidir. Seçkiöncəsi keçirilən son rəy sorğularına əsasən, Netanyahunun bu seçkini uduzması ehtimalı vardı. Bunun baş verəcəyi halda, regionda bir az rahatlama olması ehtimalı da doğacaq. Burada Vaşinqtonun bu qərarı seçki nəticələrinə baxaraq verəcəyi də danışılır.

P.S.: Bu yazı Trampın müvafiq qərarı elan etməsindən bir neçə saat öncə yazılıb. Görünür, Netanyahunun qələbə çalmasında maraqlı olan Vaşinqtondakı sionist-yevangelist dairələr İsraildə seçkiöncəsi keçirilən son rəy sorğularını da nəzərə alaraq bu qərarın məqsədyönlü olaraq dünən – elə birbaşa səsvermə öncəsi elan edilməsinə qərar verib.

Tərcümə Strateq.az-ındır