XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 14:09

BƏŞƏR ƏSƏD MOSKVANI ATIB TEHRANI TUTUR:Dəməşq  Putini oyundankənar duruma salır – Təhlil

Viktor Sokriko

svpressa.ru, 14.04.30129

 

İdeya yeni deyil – İran Aralıq dənizi sahilində özünün hərbi-dəniz bazasını qurmaq planlarını artıq çoxdan gözaltı edib. Məhz Suriyadakı limanlardan birini istifadə etməkdən savayı başqası  sadəcə yoxdur (həm coğrafi, həm də siyasi mülahizələrə görə). Buna görə də İranın oktyabrın 1-dən Latakiya şəhərinin limanını öz məqsədləri üçün icarəyə götürdüyü haqda məlumat tamamilə gözlənilən idi. Ehtimal olunur ki, belə bir saziş prezidentlər Bəşər Əsəd və Həsən Ruhani tərəfindən Tehranda fevral görüşü vaxtı imzalanıb. Və artıq indidən körpü və liman infrastrukturunun yeni “sahiblər”in gəlişi üçün logistik hazırlğı  başlanıb.

Təbii ki, bu hadisəni yalnız Rusiya üçün əlverişliliyi-əlverişsizliyi baxımından dəyərləndirəcəyik. Həmişəki kimi, bu durumun öz sualtı daşları da var. Bunlardan biri – tamamilə aydındır ki, Suriya prezidenti süzgün şəkildə Moskvanın təsiri altından çıxır, artıq Rusiya prezidenti Vladimir Putinlə qabaqkı kimi tez-tez məsləhətləşmir və hərbi yardım istəmir. Bu, sarayı qorumağa yardım edənləri və iti yataqanların padişahın başı üzərində havanı yardığını artıq yaddan çıxararaq başını getdikcə daha dik tutduğu Yaxın Şərqdə normal durumdur.

Xülasə, madam Əsədin üç il qabaq Ruhani ilə anlaşması olubsa, onda zaman keçdikcə indi bunu yada salmağın mənası olmadığını qət edərək Putinlə məsləhətləşməyib. Bəşər Əsəd son zamanlar prezident kürsüsündə özünü getdikcə daha inamlı hiss edir və daha müstəqil siyasətçi olur ki, bu da tamamilə izah edilən hadisədir. Təbii ki, indi qonşularla – İraq, Livan, İordaniya, Türkiyə və İsraillə əlaqələrin bərpası Suriya üçün son dərəcə önəmlidir.

İlk üçü ilə hər şey nisbətən aydın  və anlaşılandır, münaqişəli özəl durum yoxdur. Türkiyə ilə daha qəlizdir – bu həm ərazi mübahisələri, həm Kürdüstan Fəhlə Partiyasına fərqli münasibət (Kürdüstan hər iki ölkənin ərazisində yerləşir), həm də Suriyada indiki vətəndaş savaşının nəticələridir. Məhz Rusiya qabaqlayıcı hansısa üçüncü güc kimi çıxış edir.

İsraillə, ümumiyyətlə, hər şey pisdir. Colan yüksəklikləri uğrunda hərbi əməliyyatlar artıq 40 ildir aparılmasa da, Suriya oranı özünün qanunsuz işğal edilmiş ərazisi sayır. Üstəlik, Təl-Əviv aviasiyası guya Suriya ərazisində yerləşmiş İran hərbçilərini hədəfləyərək ora müntəzəm raket zərbələri endirir.

Suriya ilə ümumi quru sərhədin yoxluğuna baxmayaraq, İran Dəməşqin Yaxın Şərqdə əsas müttəfiqidir, İİKK tərkibindən 12 min nəfərdən az olmayan sayda hərbçi isə hökumət qoşunları tərəfində döyüş əməliyyatlarında iştirak ediblər (edirlər). Aydındır ki, Əsəd İranla sazişə, o cümlədən öz ölkəsinin ərazisində hərbi-dəniz bazası verməyə məmnunluqla gedir. Ola bilsin, hərbi obyektləri qorumaq üçün İranın Latakiyada yerləşdiriləcək HHM vasitələrinin İsrail təyyarələrini də vuracağı durum da ağlına gəlir. Rusiya indi bunu etmir.

Rusiya Suriya ordusuna S-300 zenit raketləri kompleksi tədarük edib Suriya heyətinə və bununla işləməyi öyrədib. Güman olunurdu ki, S-300 “Favorit” Dəməşqin hava hücumundan müdafiəsini bir çox baxımdan dəyişdirəcək. Özəlliklə Suriyaya 3-200 km mənzildə aerodinamik hədəfləri, 5-40 km mənzildə ballistik hədəfləri məhv etməyə qabil ən “qabaqcıl” kompleks – S-300 ÇBQ-2 tədarük edildiyinə görə. Bununla yanaşı, hədəflərin aşkarlanması 300 km məsafədə baş tutur.

Məlum olduğu qədər, bu gün Suriyada S-300 “Favorit” zenit raketi kompleksinin 3 divizonu (hər birində 8 çevik qurğu olmaqla) yerləşir. Bu, bütün ölkə ərazisinə əhatəli hava basqınlarını dəf etməyə deyil, Dəməşq ətrafında və yanaşı aerodromlarda HHM “qurşağı” yaratmaq üçün tam bəs edir. Bununla yanaşı, iddia olunur ki, Rusiya Suriyada uzaq və yaxın radiuslu raket atəşi sistemi, ZRK-ya müdafiə, habelə “bütün yüksəkliklər” üçün radiolokasiya sahəsini birləşdirən tamdəyərli klassik HHM qurur.

Amma indi elə bir durum yaranıb ki, Rusiya hərbi müşavirləri Suriyada hərbi əməliyyatların gedişinə qarışmadan öz həmkarlarına yalnız hava hücumundan müdafiə bacarığını öyrədə bilərlər. Rusiyanın Tartus və Xmeymimdə bazaları qoruyan HHM gücləri isə yalnız öz hərbi oyektlərinin hava hücumundan qorunmasına sorumludur. Əks halda – ruslar amerikalıları, ya da israilliləri vururlar – qalmaqallı nəticələr qaçılmazdır. Ehtimal ki, Suriya hərbçilərinə də S-300 kompleksiylə İsrail təyyarələrini vurmaq imkanı vermirlər ki, münaqişəli durum törəməsin. Ya da lap pisi – haradasa Livanın Tripoli şəhərinə yaxınlaşan mülki təyyarəni vurmaqla.

Aydın məsələdir ki, Dəməşq Moskvanın belə “dişsiz” mövqeyindən son dərəcə narazıdır və artıq İsrail təyyarələrinin nazıyla heç oynamayacaq Tehranı cəlb etməyə hazırdır. Özəlliklə İran ordusunun silahlanmasında hərbi obyektlərin qorunması üçün işlədiləcək Rusiyanın S-300 ÇBQ-1 kompleksləri olduğuna görə.

Hər hansı üçüncü tərəfin cəlb edilməsi – qoy lap dost İran olsun – Rusiya üçün həm də sırf imic məsələsdir, axı hesab olunur ki, Suriyada sabitlik və gələcək sülhə əsas zamin məhz Moskvadır. Tehranın rolunun güclənməsi belə mövqeyin itirilməsdinə gətirər. Rusiya-İsrail münasibətləri də ciddi ziyan görəcək, axı Təl-Əviv hesab edəcək ki, Suriyada yerləşən İran hərbçiləri tərəfindən istənilən zərbə, əslində, Tehranı “tutub saxlamağı” o qədər də asan olmayan Moskva ilə uzlaşdırılıb.

Moskvanın səsləndirmədiyi, əslində, Dəməışq və Tehran arasındakı belə sazişi sanksiyalaşdıracaq və Latakiyada İran hərbi-dəniz bazasının yerləşdirilməsinə mane olmağa başlamayan başqa bir plan da var. Bu şəhərin Aralıq dənizi sahilində Rusiya hərbi-dəniz bazasının yerləşdiyi Tartus şəhərinə və RF HKQ-nin əsas qüvvələrinin mənzilləndiyi Xmeymimə yaxınlığının onları ABŞ və İsrail tərəfdən təhlükə altında qoya biləcəyi  haqda iddialar o qədər də korrekt deyil.

Latakiyadan birbaşa Tartusa qədər 72 km, Xmeymimə qədər 24 km-dir ki, bu da raketin düşmə “təsadüf”ünü istisna edir – xüsusən də Rusiya obyektləri HHM vasitələrilə (S-400 ZRK), “Zireh-S1” ZRBK və “Tunquska”) qorunduğuna görə.

Ehtimal ki, Suriyada İran hərbi-dəniz bazasının yerləşdirilməsi üzrə Moskva tərəfdən belə bir “güzəşt” İran, İraq və Suriya dəmiryollarının bir bütövdə  birləşdirilməsi planının  təzələnməsiylə də bağlıdır. Bu strateji layihə hələ Suriya böhranından qabaq 2011-ci ildə başlanıb və bəlli səbəblərdən dayandırılıb. Nəzərdə tutulurdu ki, İran və İraq bu qayda ilə Suriya limanları üzərindən Aralıq dənizinə çıxış əldə edəcək, dəmiryolu isə perspektivdə şərqə də uzanar – Çinədək. Suriya hətta layihəni 97% gerçəkləşdirməyə macal tapıb, amma hərbi əməliyyatlar zamanı yolun xeyli bölümü dağıdılıb. İraqda dəmiryol yatağının cəmi bir neçə kilometri çatmır, İraqda isə Bəsrə şəhəri bölgəsində İraq sərhədinədək fəaliyyətdədir.

Rusiya da belə bir dəmiryolu vasitəsilə Suriya üzrə Aralıq dənizinə qurudan çıxış imkanı əldə edə bilər – İranın Xəzərdəki dəniz terminalları vasitəsilə. Burada təkcə Suriyadakı hərbi bazaları təchiz etmək deyil, həm də bütün Yaxın Şərqə daha əlverişli mal axınını yoluna qoymaq imkanı görünür.

Bu iki xəbər – Latakiyada İran bazası və Suriya və İran arasında dəmiryolu – hadisələrin qəribə cərəyanı üzrə praktik olaraq eyni zamanda meydana çıxıb. Bəlkə, hər şey məntiq üzrədir?

Tərcümə Strateq.az-ındır.